Kral Salmanın ögey qardaşı: "İran 24 saata Səudiyyəni..." |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 00:26 | Şərh sayı: (0) | Baxılıb: 276
Kral Salmanın ögey qardaşı: "İran 24 saata Səudiyyəni..."
“İran bizi 24 saata məhv etmə qüdrətindədir” İslamazeri.az-ın “abcgazetesi”-nə istinadən verdiyi xəbərə əsasən, bu sözləri Səud şahzadələrindən olan Tallal bin Əbduləziz Almaniya telekanallarından olan Fox-a deyib.
Şahzadə İran ilə mümkün müharibənin Səudiyyə Ərəbistanına xeyir verməyəcəyini deyərək “Müttəfiqlərimiz İranı təhdid etməməyimizi və onları savaşa çəkməməyimizi bizə məsləhət görürlər. Çünki bu addım dünya alovunu üzərimizə çəkəcəkdir. Onlar bizə deyirlər ki, Ərəbistan ordusunun İran qarşısında dözümü 24 saat olacaqdır" bildirib.
Hazırki kralın ögey qardaşı və tez-tez kral siyasətini tənqidə məruz qoyan Tallal Ərəbistanın Yəmənə hücumunun yalnış olduğunu indi anladığını bildirib.
Tallal bin Əbduləziz daha sonra deyib: "Səudiyyə, Yəmənə hücumunun səhv olduğunu anladığına görə, savaşdan öncə razılaşmadığı çıxış yolunu qəbul edəcəkdir. Yəməni bombalayan pilotlar büdcəmizə ciddi zərbə vururlar. Pakistan, Hindistan, Fransa, ABŞ və Misirdən olan pilotlar hər uçuşa görə 7500 dollar tələb edirlər."
Kralın ögey qardaşı Səudiyyənin müttəfiqlərini xəyanət etdiyini də müsahibəsi zamanı bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Müdafiə naziri Məhəmməd ibn Salman Əl-Səud "Ekonomist" jurnalına verdiyi müsahibə zamanı "Müharibə istəmirik və olacağını da güman etmirik. Kim ölkələri bu istiqamətdə təhrik edir, yəqinki özündə deyil. Səudiyyə Ərəbistanı ilə İran arasında müharibə - reqionda böyük bir fəlakətin başlanğıcı olmaqla bütün dünyaya yayılar. Təbii biz buna imkan vermərik." demişdi.
Xatırladaq ki, şahzadə Tallal bin Əbduləziz Səudiyyənin hazırki hakimiyyətinə müxalif kimi tanınır. Buna səbəb isə, kral Salmanın ögey qardaşına və onun övladlarını yuxarı vəzifələrdən uzaqlaşdırması olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər