RSS
 

Login:
Şifrə:
» » Qərbin yanında yer almalı – qurtuluş düsturu...

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Qərbin yanında yer almalı – qurtuluş düsturu...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 10:05 | Şərh sayı: (0) | Baxılıb: 746

Qərbin yanında yer almalı – qurtuluş düsturu...


Qərbin yanında yer almalı – qurtuluş düsturu...


Ölkə yeni siyasi situasiya doğru gedir; Azərbaycan 2016-da daha intensiv, daha açıq siyasət yürütməli, Qərbin pullarının toplandığı maliyyə mərkəzləri ilə danışıqlara başlamalı, təxirəsalınmaz iqtisadi islahatlar aparmalıdır; neft siyasəti bitdi, amma dünyanın axırı da deyil...
Azərbaycan çox çətin illə vidalaşmaqdadır. 2015-ci il təkcə iqtisadi deyil, siyasi təlatümlərlə yadda qaldı. Azərbaycan müstəqillikdən üzü bəri bir sıra ağır siyasi travmalar yaşayıb, dövlət çevrilişləri, siyasi sui-qəsdlər olub. Ölkə uzun illərdir ki, siyasi-iqtisadi sabitlik dövrünə qədəm qoymuşdu. Bu il yaşananların doğurduğu psixoloji şokun səbəbini həm də iqtisadi sabitlikdə axtarmaq lazımdır...

Qəribədir, hələ ilk Avropa Oyunlarına hazırlıqlar başlayanda müstəqil ekspertlər Azərbaycanda mümkün gərginlik ssenariləri haqda ehtiyatla da olsa danışırdılar. Bu iddialar ümumi olaraq ondan ibarət idi ki, 2014-cü il Soçi Olimpiadasından sonra Rusiya Qərbin hədəfinə gəldiyi kimi, 2015-ci ildə Azərbaycanda da gərginliklər yaşanacaq. Bir çox Avropa liderləri Soçi Olimpiadasında olduğu kimi, Bakıya gəlmədilər, imtina motivləri də, demək olar ki, eyni idi: insan haqları, siyasi məhbuslar və avtoritar idarəçilik. Rusiya Soçi Olimpiadasından sonra müharibəyə cəlb edildi: Krımı işğal etdi, Ukraynanın Şərqində hələ də atəşi bitməyən münaqişənin ortasındadır, bir tərəfdən də Suriyaya bombalar yağdırır.

Üstəlik, iqtisadi və siyasi sanksiyalarla əzilir. Vladimir Putinə bir çox Avropa ölkələrindən iki ildən çoxdur rəsmi dəvət gəlmir, Rusiya prezidentinin yaxın ətrafı - məmurların yarıdan çoxu məzuniyyətlərini sanksiyalar səbəbindən ölkələrində keçirmək məcburiyyətindədirlər. Ölkə bir neçə devalvasiya keçib və “üzən müzənnə” rusların da canını üzməkdədir.

Azərbaycan hələ bu oda Avropa Oyunları başlamamışdan düşdü: may ayında səbəbi hələ də tam bilinməyən binanın yanması ilə... Avropa Birliyi ölkələrinin liderləri oyunların açılış mərasiminə gəlmədi, Avropa Parlamenti indiyədək ən sərt qətnaməsini Azərbaycana qarşı oxudu, indi isə ABŞ Konqresinə Azərbaycan hakimiyyətinin ən üst düzeyini və bütün siyasi qollarını (icraedici, qanunverici və məhkəmə) əhatə edəcək sanksiyalar siyahısı təqdim edilib. Ölkəni Qarabağda müharibəyə cəlb etmək niyyəti də sezilməkdədir. Bu, vətən müharibəsi deyil, hər nədirsə, daha ciddi plandır və Azərbaycanın xeyrinə nəsə dəyişəcəyi çox şübhəlidir. Həmsədrlər bu il ilk dəfə görüşən prezidentlərin təmaslarından sonra ağız-ağıza verib çox pessimist danışdılar. İndi sanki Amerika da Azərbaycandakı maraqlarını müdafiə etməyə əvvəlki tək həvəsli görünmür. “Müharibə təhlükəsi xorunda” Qarabağ separatçıları üçün qucaq açan amerikalı həmsədrin səsi indi daha gur gəlir.



Ölkə daxilində də gərginlik var. MTN-in ələ keçən çetesinin bir çox mühüm sirri cəmiyyət üçün açılmamış qalır, diplomatik korpusu kimlərsə gah iti, gah da sakit şəkildə beşik kimi yırğalayır. Manat bir il ərzində 98 faiz devalvasiya edib. Üzən məzənnə ölkənin dəngəsini pozub, hökumət də məyusdur, xalq da. Azərbaycan hökumətinin təmsilçiləri yaxşı xatırladığımız son 10 ildə ilk dəfədir ki, gələn ilin çətin olacağından danışırlar. Bu açıqlamalar artıq ölkədə yeni situasiya deməkdir.

Hakimiyyət və xalq üçün yeni situasiya



Neftin qiymətinin minimum həddə endirilməsi təkcə Rusiyanı çökdürməyə hesablanmayıbmış, bu bir çox ölkələri də cəzalandırmaq niyyəti güdür. Neftin aşağı qiymət siyasəti dünyanı yönləndirən güclər üçün görün nə qədər önəmliydisə, bu il İranla anlaşma da imzalandı. İqtisadiyyatı neftə söykənmiş ölkələrin siyahısı gizli deyil ki. Qərb neftin siyasətə bunca bulaşmasını artıq həzm edə bilmirdi, hələ Səddam Hüseynin devrilməsindən bəri bu siyasətin konturları görünməkdə idi. Zəngin neft ehtiyatlarından hədsiz varlanmış, Liviyanı əşirət başçısı kimi idarə edən Qəzzafi dünya liderlərinə əlini öpdürürdü, ABŞ-ın quyruğunda yerləşən Venesuelanın prezidenti neft çəlləyinin qiyməti 150 dollar olanda BMT-də “Amerikaya tüpürürəm” deyirdi, eləcə də neft və qazı ilə silah arsenalını möhkəmlədən Rusiya prezidenti Putin də dünya ağalığı iddiasında idi. Bəzi ərəb ölkələri də bahalı neft amilindən yararlanaraq Qərbə əzələ nümayiş etdirirdi. Qəzzafi və Uqo Çaves ucuz nefti görmədilər, amma Putin bu taleyi yaşayır...



Azərbaycanın Qərblə münasibətlərindəki gərginliklər zaman-zaman yaşanıb, sonra isə bu münasibətlər normal axara düşüb. Amma son iki ildə, xüsusilə Avropa Oyunları və ondan sonrakı dövrdə bu münasibətləri normal axara salmaq mümkün olmur və ən pisi odur ki, hər ötən ay bu hətta mümkünsüz kimi görünür.

“Rossiya-24" kanalının Azərbaycana ABŞ-ın mümkün sanksiyaları barədə ötən həftəsonu verdiyi süjet əslində Azərbaycanın əleyhinə idi. Rusiya telekanalı həmin süjeti verdiyi fon şəklini heç qabartmasaq belə, Azərbaycanın ”Şər üçbucağı" ilə müqayisə edilməsi siyasi savadsızlıq yox, yanan ocağa atılan bomba deməkdir. ABŞ Azərbaycanı heç zaman düşmən üçbucağında görməyib, görməsi mümkün belə deyil. Çünki Azərbaycan nə Şimali Koreya, nə İran, nə Suriyadır. Amma Azərbaycanı bu rolda görmək, onu bu yola sürükləmək istəyənlər var. Rusiyanın bir konqresmenin hazırladığı sənədə bu qədər önəm verməsinin səbəbi də elə süjetdən aydın görünürdü: “Azərbaycanı ona görə sıxırlar ki, Rusiyaya yaxındır”.



Eyni sanksiyalar son aylar qismən yumşaldılan Belarusa da illərdir ki, tətbiq olunur. Fəqət, Rusiya heç vaxt açıq elan etməyib ki, Lukaşenko Rusiyaya yaxınlığına görə sanksiyalara məruz qalıb. Rusiya indiki həssas məqamda bu məsələni gündəmə gətirməklə Amerikaya Azərbaycan üzərindən yeni bir həmlə edir - hədəfə Azərbaycanı çıxarmaqla. Rusiya iddia etdiyi kimi, siyasi anlamda heç vaxt Azərbaycanın yanında olmayıb, Qarabağda 20 ildən çoxdur davam edən işğal buna ən yaxşı sübutdur.

Rusiya ilə şimal və təhlükəli qonşumuz olaraq ehtiyatlı davranmaq Azərbaycanın xarici siyasətində əsas prioritetdir. Sabah müxalifət də hakimiyyətə gəlsə və bu siyasəti radikal olaraq dəyişərsə, bu, Azərbaycana baha başa gələ bilər. Amma onunla da razılaşmaq olar ki, hakimiyyət Rusiya ilə hərdən Qərbdə bəzi şübhələr yaradacaq həddə də yaxınlaşır. Amma bu sanksiyalar hədəsinə, Qərblə münasibətlərə bunca soyuqluq gətirəcək həddə ola bilməz.
Qərb dediyimiz birqütblü deyil, onun bir ölkəsi ilə məsafəli davranıb, digəri ilə yaxın müttəfiq də olmaq mümkündür. Fəqət, bütün Qərbi, Amerikanı dörd-beş müxalifətçi mandatına, 10-15 siyasi səbəblərdən tutulmuş məhbusa görə qarşına almaq da doğru siyasət deyil.



Azərbaycan rəsmiləri deyir ki, Qərbin təzyiqlərinin səbəbi siyasi məhbuslar və ölkədəki azadlıqlara bağlı deyil. Səbəb siyasidir, Azərbaycanın müstəqil siyasət yürütməsini istəmirlər və sair. Amma heç kim həm də onu da demir ki, məsələn, Qərb konkret olaraq Azərbaycandan nələri tələb edir? Rusiya ilə münaqişəmi? İranla çəkişməmi? Bəşər Əsədə qarşı Qərb koalisiyasında əsgəri iştirakmı? Nefti ancaq Avropaya satmaqmı? Nəhayət, Qarabağla bağlı güzəştli siyasətmi? Sonuncu istisna olmaqla sadaladıqlarımızın heç birinin reallıqla əlaqəsi yoxdur. Azərbaycanın qəzəbli və kinli qonşuları arasında əzilməsi Qərbin marağında ola bilməz. Bəşər Əsədlə bizim döyüşməmizə Qərbin ehtiyacı yoxdur. Ancaq Avropaya neft satmaq da tələb kimi səslənə bilməz.



Qalır Qarabağ məsələsi ki, Qərb bu məsələyə ikili standartla yanaşır. Amma insaf naminə Qərb təsisatları - Avropa Şurası və Avropa Parlamentinin Qarabağla bağlı bu il qəbul etdiyi qətnamələr də var axı. Bizi yanında görmək istəyən Rusiya isə Dumada hələ indiyədək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir qərar veribmi?

Rəsmi Bakı Qərblə qarşıdurmaya getdikcə Qarabağı bizə yaxınlaşdırmır, yuxarıda qeyd etdiyimiz kimi, əksinə, sırtlarını bizə çevirirlər. Bu siyasət xüsusilə neft bumunun bitdiyi bir dönəmdə Azərbaycan üçün çox ziyanlıdır.

Azərbaycan indən sonra Qərblə daha intensiv, daha açıq siyasəti yürütməlidir. Ölkə Qərbin pullarının toplandığı maliyyə mərkəzləri ilə daha intensiv danışıqlara başlamalıdır, təxirəsalınmaz iqtisadi islahatlar aparılmalıdır. Qeyri-neft sektoruna Qərb investorlarını cəlb etmək lazımdır, bu mümkün olmasa belə, iqtisadiyyatı neft asılılığından qurtarmaq üçün maliyyə insitutlarına müraciət etmək lazım gələcək. Bu kimi iri layihələri maliyyələşdirmək üçün isə ölkədəki siyasi azadlıqlar ən vacib şərtdir. Heç kim istəməz ki, Azərbaycan Qərbin boyunduruğuna düşsün. Zatən Qərbin də indi boynunda ağır yüklər var; milyardlarla dollar tələb edən miqrantlar axınını, büdcəsi hələ də “deşiklə” formalaşan Ukraynanı xatırlamaq kifayətdir.

2016-cı il Azərbaycan üçün daha ciddi sınaq ili olacaq. Azərbaycan hakimiyyətinin bu sınaqdan çıxmasına isə təkcə hakimiyyət məsələsi kimi baxmaq yanlış olar, ortada Azərbaycanın taleyi var. Neft siyasəti bitdi, amma dünyanın axırı da deyil...

“Yeni Müsavat”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor