Ermənilər qorxuya düşüblər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-11-2015, 22:21 | Şərh sayı: (0) | Baxılıb: 335
Ermənilər qorxuya düşüblər
Ermənistan siyasətçiləri Azərbaycanın nə vaxtsa Avrasiya İttifaqının üzvü olacağına inanmırlar.
İrəvanda nəşr olunan "İravunk" qəzeti sonuncu sayında bu barədə geniş məqalə dərc edib. Erməni politoqlarının məsələ ilə bağlı fikrini öyrənən qəzetin məqaləsi Rusiya KİV-lərinin də diqqətini cəlb edib. Məqalə rus dilinə tərcümə olunaraq Rusiya portalları tərəfindən yayılıb.
Məqalədə Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanın bu yaxınlarda Azərbaycanın Avrasiya İttifaqına daxil ola biləcəyi barədə verdiyi bəyanata toxunulub. Həmçinin, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun sentyabr ayında Moskvada verdiyi müsahibədə də bu məsələni mümkün saydığı xatırlanıb. Qəzetin suallarını cavablandıran politoloq Derenik Malxasyan bu məsələnin baş tutacağına inanmadığını bildirib: "Düşünmürəm ki, Azərbaycanın Avrasiya İttifaqına daxil olması onun strateci maraqlarına uyğun gəlmir. Bakı iki geosiyasi güc mərkəzi - Qərb və Rusiya arasında oynamaqla özünü çox rahat hiss edir. İstənilən halda, Azərbaycan özü üçün heç bir perspektiv vəd etməyən Avrasiya İttifaqına daxil olmaqla birtərəfli oyun qurmaq istəməz".
Azərbaycan üzrə ekspert Qriqori Ayvazyan isə Azərbaycan rəsmilərinin bu cür bəyanatlar verməsini ictimai rəyin yoxlanması kimi qiymətləndirib: "Türkiyə ilə münasibətləri heç vaxt Azərbaycanın Rusiyanın aparıcı rol oynayıdığı ittifaqa girməsinə imkan verməz. Azərbaycanın təbliğat maşını bu cür məlumatlarla öz ölkəsinin, həm də Ermənistanın vətəndaşlarının reaksiyasını öyrənmək istəyir".
Siyasi məsələlər üzrə ekspert Ruben Marqaryan isə düşünür ki, həm Azərbaycan xalqı, həm də rəsmi Bakı Avrasiya İttifaqına ehtiyatlı və mənfi münasibət bəsləyir: "Azərbaycan ehtiyatlıdır, bunun da bir sadə səbəbi var - motivasiyası yoxdur".
Erməni politoloqların hamısı bu motivasiyanı məhz Qarabağ münaqişəsinin həllində görürlər: "Avrasiya İttifaqı məsələsində Bakı həmişə Rusiya ilə alver eləmək məqsədi güdür. Əsas məqsədi Dağlıq Qarabağdır . Konkret olaraq, əsas məqsəd bu məsələdə Moskvanın Azərbaycanın tərəfini tutmasına nail olmaq istəyidir". Erməni politoloqların fikrincə, Moskva Azərbaycanın tərəfini yalnız rəsmi Bakı Avrasiya İttifaqına daxil olmağa razılıq verdikdən sonra tuta bilər. Erməni siyasətçilərini qorxudan əsas məsələ məhz budur. Onlar buna görə də, hər vəchlə bu cür analizlər verərək, həm öz Ermənistan əhalisinə bir növ təskinlik verirlər. Həm də bu cür şərhlər bir növ Azərbaycan ictmaiyyəti üçün təbliğat məqsədi daşıyır, yəni "siz yetərincə miüstəqilsiniz, hansısa üç-beş rayonun naminə müstəqilliyinizdən imtina etməyin". Erməni politoloqları hər vəchlə Azərbaycanın işğal edilmiş rayonlarının üzərində Ermənistanın nəzarətinin saxlanmasına çalışırlar. Əsas ümidləri də odur ki, gün gələr və dövlətlərin ərazi bütövlüyünü əsas götürən Helsinki xartiyası aradan qalxar, Dağlıq Qarabağı hansısa yolla de-yuro Ermənistana birləşdirmək mümkün olar.
Əslində isə, məntiqlə yanaşıldıqda, Ermənistan Dağlıq Qarabağı geri qaytarmaqla Azərbaycanın Avrasiya İttifaqına girməsinə çalışmalıdır. Hər halda, Avrasiya İttifaqı da SSRİ kimi bir şeydir və 1922-ci ildəki kimi sərhədlər açılar, Ermənistan əvvəlki kimi İttifaqın xüsusi imtiyaza malik respublikasına çevrilər.
Ermənistanın ictimai rəyi də şüuraltı müstəvidə buna hazırdır. Azərbaycan Ermənişünaslıq Mərkəzinin rəhbəri Qafar Çaxmaqlının sözlərinə görə, ermənilər Sovet İttifaqının dağılmasından daha çox narazı olan milllətlərdən biridir. "Sözün həqiqi mənasında, ermənilər sovet nostaljisi ilə yaşamaqdadırlar. Bunu erməni mətbuatında dərc olunan yazılarda, erməni televiziyalarında gedən verilişlərdə də görmək mümkündür. SSRİ-nin subyektləri içində mərkəzi dövlət büdcəsindən ən çox dotasiya alan respublika Ermənistan SSR idi", - deyə Qafar Çaxmaqlı ANS PRESS-ə bildirib.Amma Rusiya hər vəchlə Azərbaycanı Avrasiya İttifaqında daxil etmək istəyir və Qafar Çaxmaqlının fikrincə, Ermənistan rəhbərliyini ən çox narahat edən məsələ də budur: "İndiki məqamda Azərbaycanın Avrasiya İttifaqında olması Rusiyaya həddən çox vacibdir. Təkcə iqtisadi anlamda deyil, həm də siyasi və coğrafi anlamda Azərbaycan Rusiya üçün çox vacibdir. Azərbaycan bundan yararlanaraq problemlərinin bir hissəsinin həll edilməsinə çalışmalıdır. Bu, Qarabağla da bağlı ola bilər. Erməni mətbuatında Azərbaycan rayonlarının geri verilməsi ilə bağlı məsələnin tez-tez səsləndirilməsi də elə-belə deyil. G-20 zirvəsindən sonra Antalyadan gecələmək üçün Putinin İrəvana gəlməsi və burada keçiriləcək "gecə görüşləri"ndən ermənilər çox şey gözləmirlər. Onlara fikirləşmək üçün vaxt verilib".
Göründüyü kimi, Ermənistan rəhbərliyi Moskvanın bu təklifləri ilə razılaşmaq istəmirlər. Erməni politoloqlar birinci mərhələdə 5 rayonun geri qaytarılmasını nəzərdə tutan Madrid prinsiplərində təsbit olunmuş həll variantının əleyhinə fikirlər səsləndirirlər. Rəsmi İrəvan isə açıq-gizli Qərbə səfərlər edərək, status-kvonu saxlamağa söz verən yeni havadarlar axtarır.
Azərbaycanın isə bu məsələdə səbrli olmaqdan başqa yolu qalmır. Rəsmi Bakı Ermənistanın blokadasını davam etdirməklə hərbi qüdrətini artırmalıdır. Çünki dua ilə donuz darıdan çıxmaz. Qarabağda düşmən tapdağı altına düşmüş torpaqlarımız məhz müharibə yolu ilə azad edilməlidir, geci-tezi var. Həm də atalar demişkən, şəri işi uzutmaq lazımdır ki, axırı xeyrə dönsün.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər