RSS
 

Login:
Şifrə:
» » Geosiyasət geri döndü. Rusiya zəifləyəcək, Türkiyə hücuma keçəcək

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Geosiyasət geri döndü. Rusiya zəifləyəcək, Türkiyə hücuma keçəcək

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-12-2015, 09:50 | Şərh sayı: (0) | Baxılıb: 230

Geosiyasət geri döndü. Rusiya zəifləyəcək, Türkiyə hücuma keçəcək


Geosiyasət geri döndü. Rusiya zəifləyəcək, Türkiyə hücuma keçəcək


"Stratfor" qlobal məlumat şirkətinin təsisçisi Corc Fridman 2009-cu ildə XXI əsr üçün proqnozların yer aldığı bir kitab nəşr etdirdi. Fridmanın xüsusi proqnozlarının doğru olub-olmadığından asılı olmayaraq, onun bu kitabda gələcəkdə əsas qüvvə kimi adlarını çəkdiyi ölkələrdə köhnə geosiyasət geri qayıdır.



Tanınmış analitik Leonid Berşidski The Bloomberg View-da dərc olunmuş "If World Slips Toward War, Blame Leaders' Imaginations" yazısında bildirir ki, Fridmanın geosiyasət anlayışı bugünkü dünya ilə üst-üstə düşməyə bilər. "Növbəti 100 il" (ing. "The Next 100 Years" ) kitabının rus dilinə tərcüməsini nəşr edən biri kimi deyə bilərəm ki, bu kitabda elə cümlələr olurdu ki, onları oxuyarkən gülməmək əldə deyildi. Əsrin ortalarında biri ABŞ və Polşa, digəri isə Türkiyə və Yaponiya tərəfindən idarə edilən iki blok arasında dünya müharibəsi olacağını təsəvvürə gətirmək olmurdu. 2009-cu ildə dünya müharibəsindən söhbət gedərkən antiutopiya romanları, ya da sui-qəsd nəzəriyyələri yada düşürdü.

İndi isə bu proqnozlara gülməyə dəyməz. Müharibələr və siyasi münaqişələr liderlərin dünyagörüşündən yaranır. Öz ölkələrinin maraqlarını böyük ərazilərin idarəsində və genişlənməkdə, hərbi güc vasitəsilə nüfuza sahib olmaqda görən yüksək vəzifəli siyasətçilər maraqlarını qorumaq və irəli aparmaq üçün ənənəvi vasitələrə qayıdacaqlar. Buna müharibə də daxildir.



Ötən il Rusiya prezidenti Vladimir Putinin Krımı ələ keçirməsindən sonra "Geosiyasət geri döndü" başlıqlı məqalələr də artdı. Həmin məqalələrdə vurğulanırdı ki, Qərb Rusiyanın soyuq müharibədə şərtləri istəksizcə qəbul etməsini heç vaxt məğlubiyyət kimi görməməli idi. Halbuki Fridman eyni şeyi beş il əvvəl demişdi. Putin hələ o vaxtlar prezident belə deyildi və ABŞ Rusiya ilə əlaqələrini yenidən qurmağa çalışırdı. Corc Fridman kitabında yazır:

"Sadə bir faktı, Rusiyanın parçalanmadığını nəzərə alsaq, görərik ki, Rusiyanın geosiyasi problemi yenidən ortaya çıxacaq. Yeni münaqişə soyuq müharibənin təkrarı olmayacaq, necə ki, birinci dünya müharibəsi Napoleon müharibələrinin təkrarı deyildi. Rusiyanın əsas sualı ilə belədir: Əgər Rusiya vahid suveren dövlətdirsə, sərhədləri harada yerləşəcək və qonşuları ilə əlaqələri necə olacaq? Bu sual dünya tarixində 2020-ci ildən başlayaraq növbəti mərhələni təmsil edəcək".

Bu proqnozunda haqlı çıxan Fridman sadəcə münaqişənin formasını görə bilməmişdi: hibrid Rusiya-Ukrayna müharibəsi. Fridmanın haqlı çıxmasının səbəbi o idi ki, Putin də onunla eyni şəkildə düşünür. Rusiya lideri üçün düşmən Qərbə qarşı buferlər yaradılması və ölkəsinin işğala qarşı müdafiəsinin gücləndirilməsi konkret məqsədlərdir.



Fridman 2020-ci ilə doğru bu düşüncə tərzinin artacağı ölkələri də düzgün müəyyənləşdirir. Bu ölkələr arasında ən önəmliləri isə Türkiyə, Polşa və Yaponiyadır.

Fridman Türkiyəni Yaxın Şərqdə "xaos içərisində stabil platforma" və regionun inkişaf etməkdə olan hakim qüvvəsi kimi təsvir edir. Hal-hazırda vəziyyət tam da bu cür deyil - prezident Rəcəb Tayyip Ərdoğanın hakimiyyətin möhkəmləndirilməsi üçün göstərdiyi səylərə baxmayaraq, Türkiyə daxilən stabil deyil; Səudiyyə Ərəbistanı və İran kimi digər regional qüvvələrlə müqayisədə isə üstün deyil. Prezident Ərdoğan çıxışlarında qisas və imperiyanın geri qaytarılması, ölkənin sünni müsəlman dünyasında qabaqcıl qüvvəyə çevrilməsindən danışır. Baş nazir Əhməd Davudoğlu da bir neçə dəfə bu məqsədləri ifadə edib. 2012-ci ildəki çıxışlarından birində dediyi kimi: "1911-1923-cü illər arasında itirdiklərimizi geri qaytaracaq, 2011-ci ildən 2023-cü ilə qədər geri çəkildiyimiz torpaqlarda yenidən qardaşlarımızla birləşəcəyik".

Polşaya gəldikdə isə, Fridman belə düşünür ki, bu ölkə zəifləməkdə olan Qərbi Avropa qüvvələrinə üstün gələrək Şərqi Avropa blokunun mərkəzinə çevriləcək. Bu fikir 2009-cu ildə mənasız səslənirdi: həmin dövrdə baş naziri Donald Tusk olan Polşa Avropa İttifaqının itaətkar üzvü idi və Almaniya ilə güclü əlaqələr qurur, Aİ qurumlarında daha böyük rol oynamağa ümid edirdi. Tusk indi Avropa Şurasının prezidentidir. Polşada hakimiyyətə gələn sağçı Qanun və Ədalət partiyası ölkənin maraqlarına başqa cür yanaşır. Yaroslav Kaçinski və müttəfiqləri ABŞ-la güclü hərbi ittifaqa, Amerikanın Şərqi Avropadakı hərbi bazalarına və Polşanın milli dirçəlişinə inanan qəti avroskeptiklərdir. Polşa Şərqi Avropa ölkələri arasında suriyalı qaçqınları rədd edənlər arasında başda gedir. Hakim partiyanın siyasi proqramında geosiyasətin XXI əsrdə beynəlxalq əlaqələrin əsas modelinə çevrildiyi yazılır.



Fridman Yaponiyanın böyük iqtisadiyyatı olmasına baxmayaraq, geosiyasi rolunun daha zəif olduğunu yazır: "Militarizm tarixi olan Yaponiya həmişəki kimi əhəmiyyətsiz pasifist bir qüvvə olaraq qalmayacaq. "Həqiqətən də, Yaponiyanın baş naziri Şinzo Abe ölkənin qlobal nüfuzunu artırmaqda qətiyyətlidir. Buna misal olaraq, onun 1945-ci ildən bəri ilk dəfə hərbi qüvvələrin ölkədən kənarda döyüşə girə bilmələrini mümkün etməsini göstərmək olar. 2009-cu ildə belə bir dəyişikliyin proqnozunu vermək heç də asan deyildi.

Fridmanın proqnozları arasında Türkiyənin Qafqaza, Polşanın da Qərbdə Rusiyanın nüfuz dairəsinə girməsi ilə Rusiyanın təxminən 2020-ci ildə parçalanması da var. Bu proqnoza görə, ABŞ yeni böyük qüvvələri dəstəkləyir, ona görə ki, onlar Amerikanın müttəfiqləri, Rusiya isə düşmənidir. Ancaq sonra Türkiyə ABŞ-a qarşı Yaponiya ilə müttəfiq olur. Bütün bunlar real görünmür. Fridman özü də etiraf edər ki, on illər əvvəldən proqnoz vermək çətindir. Ancaq yenə də qəbul etmək lazımdır ki, Rusiya, Türkiyə, Polşa və Yaponiya liderləri geosiyasi düşüncələrlə hərəkət edərlərsə - belə görünür, edirlər - Fridmanın qabaqcadan gördüyü nəticələr mümkün ola bilər.

Geosiyasət dünyasında dəyərlərə əsaslanan siyasət izlənilməsi getdikcə çətinləşir. Fridman öz proqnozlarında köhnə Avropanı nəzərə almasa da, hələ ki, bura qeyri-geosiyasi qərarların verildiyi, danışıqların aparıldığı və hərbi düşüncə tərzindən daha çox iqtisadiyyata üstünlük verildiyi dayaq nöqtəsidir. Bura tərk edilməsi lazım olan köhnə bir yük yox, gələcəyin avropalılarının və məsuliyyətli siyasətçilərinin qoruması lazım olan fərqli bir versiyasıdır.

Orxan Hun
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor