RSS
 

Login:
Şifrə:
» » MTN zabiti: "Bir az keçəndən sonra hakimiyyət uğrunda mübarizə ortaya çıxacaq"

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






MTN zabiti: "Bir az keçəndən sonra hakimiyyət uğrunda mübarizə ortaya çıxacaq"

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-11-2015, 11:46 | Şərh sayı: (0) | Baxılıb: 319

MTN zabiti: "Bir az keçəndən sonra hakimiyyət uğrunda mübarizə ortaya çıxacaq"


MTN zabiti: "Bir az keçəndən sonra hakimiyyət uğrunda mübarizə ortaya çıxacaq"


Ixlas.Az sabiq MTN zabiti, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayılın "Bizim Yol" qəzetinə verdiyi müsahibəni təqdim edir:

- Azərbaycanda dini durum necədir, bu sektordan milli təhlükəsizliyə problemlər varmı?

- Dindarların fəal addımlar atmasını, siyasi tələblər irəli sürməsini və açıq etiraflarını yavaş-yavaş hiss edirik. Ancaq bu indi başlayan yox, çoxdan, hətta deyərdim ki, illərdir gedən bir prosesdir, tədricən indiki istiqamətə gəlib çıxmalıydı. Zaman-zaman özlərini göstəriblər. Məsələn, şiə və sünni məzhəbindən kənar Azərbaycan üçün yeni bir təriqətlərin - vəhhabiliyin, sələfilərin, xəvariclərin gəlməsi prosesi tədricən gedib. Amma son dövrlərdə sivil müxalifətə qarşı həddindən artıq sərt mövqe tədricən onların sıradan çıxmasına və "ənənəvi müxalifət" adı almasına gətirib çıxarıb. İctimai həyatda yeni heç bir şeyin olmaması, həmçinin əhalinin iqtisadi vəziyyətinin son bir ildə daha da pisləşməsi əhalini dinə meylləndirir. Xüsusən, bu prosesdə işsizliyin rolu daha böyükdür. Dində məsələ belədir: inanclı insanların məscidlərə gedib ibadət etməsi ilə bitmir, tələblərə, islahatlara, sonra siyasi islahatlara yönəlir, bir az keçəndən sonra isə yəqin ki, hakimiyyət uğrunda mübarizə ortaya çıxacaq. Ümumiyyətlə, elə indiki proseslərin kökündə və perspektivində dindarların siyasi hakimiyyət uğrunda mübarizəsi durur. Bu mübarizəni necə aparacaqlar - sivil yolla, seçki yolu ilə, yoxsa İranda olduğu kimi inqilab etməkləmi? Bu, perspektiv situasiyadan, Azərbaycanın apardığı daxili və xarici siyasətdən, həmçinin ölkənin ətrafında baş verən geosiyasi hadisələrdən asılı olacaq.

- Çox zaman Azərbaycanda dini kəsimləri müxtəlif ölkələrə meyllərinin olduğunu deyərək, məsələn, "iranmeylli", "suriyameylli" və s. formada təsnifləşdirirlər. Sizcə, mənzərə necədir?

- Azərbaycanda iranmeyllilər var, amma suriyameyllilər yoxdur. Onlar suriyameylli deyillər, sadəcə olaraq, Suriyada baş verən hadisələrə öz mövqelərini ortaya qoymaq istəyirlər. Bu da radikal dindarlardır və konkret olaraq Suriyada gedib döyüşən insanlar faktiki terrorçudurlar. Din pərdəsi altında olsalar da, gedib terror qruplaşmalarına qoşulurlar. Onlara elə gəlir ki, din adına Şamda mübarizə aparırlar. Azərbaycanda belə bir cərəyan mövcuddur. Zaman-zaman özlərini miqyası çox kiçik olan terror aktlarına cəhdlərdə göstəriblər, amma bütövlükdə ətraflarına xeyli insanlar toplaya biliblər. Bunlar sələfilər, "vəhhabi" adlandırdıqlarımız, daha radikal qanadı isə xəvariclərdir. Onların Azərbaycanda kökü yoxdur və ölkə müstəqillik əldə edəndən sonra gələn cərəyanlardır.

Azərbaycanda ənənəvi olan isə şiə-sünni məzhəbləridir ki, hər zaman tolerant yaşayıblar. Sadəcə Azərbaycanın müstəqillik əldə etməsindən sonra iranmeyllilik həddindən artıq artıb. Əgər bir zamanlar şiə təriqətinə mənsub insanlarda passivlik hiss olunurdusa, son dövrdə, hətta son bir ildə xüsusi qabarıq şəkildə ortaya çıxıb. Bunun əsası da var. Ölkə əhalisinin daha çox qismi şiələrdir. Bu qismə mənsub olan gənclərin, xüsusən İranda təhsil alanların meyllənməsi halları artıb. Ancaq məsələni iki cür qoymaq olar: iranmeyllilər və sadəcə, ədalət tələb edənlər.

İkincilərin tələbləri iranmeyllilikdən irəli gəlmir. Onlar dünyəvi dövlət modelimizi təhdid edərək, İrandakı kimi şəriət dövləti qurmaq istəmirlər. Dindarlar tanıyıram ki, onların tələbləri sivil müxalifətin tələblərindən fərqlənmir. Sadəcə olaraq, özü dindardır, ətrafındakı elektorat da dindarlardan ibarətdir. Düzdür, belələri azdır. Belə deyək, bizim hələlik Ərdoğanımız yoxdur. Vaxtilə Türkiyədə Nəcməddin Ərbakan tam dini xətt tutmuşdu. Amma "ilımlı islam" deyilən anlayış var ki, Ərdoğan lider kimi çıxdı ortaya və seçki yolu ilə hakimiyyəti ələ keçirdi. Bizdə hələ o istiqamət görünmür ki, bir lider çıxa deyə ki, mən dindaram, islam ənənələrini üstün tuturam, amma dünyəvi dövlət quruluşunu dəyişmədən, Türkiyədəki kimi dövlət qurmaq istəyirəm. Bu olmadığına, həm də dindarlar faktiki olaraq, sivil müxalifətlə heç bir yaxınlıq etmədən özlərini elə təqdim edirlər, elə rəy formalaşdırırlar ki, sanki harasa - İrana, Səudiyyə Ərəbistanına və s. ölkələrə meyllidirlər. Təbii ki, iranmeylilər bu məsələdə daha üstündürlər. Son hadisələrdə də dindarların açıq çıxışları oldu. Amma bu tələblərdə pis heç nə görmürəm. Onlar hakimiyyət yox, hələ ki, hakimiyyətdən haqq-ədalət tələb edirlər.

- Gəncə və Bakıda baş verən son hadisələr, sizcə, kənar təsirlərdən qaynaqlanır, yoxsa olaylarda daha çox daxili faktorların rolu var?

- Burada daxili faktor 90 faiz təşkil edir. Gəncədə 11 il işləyib yaşamışam, bilirəm ki, orada Sovet hökuməti dövründə də Aşura günündə şəhərin mərkəzindən başlayaraq "İmamzadə"yə qədər yürüş təşkil olunurdu. Sovet hökuməti nə qədər dinə qarşı mübarizə aparsa da, qəsdən kütləvi çıxışı, xüsusilə də dini zəmində olan toplantılara maneçilk törətmir, əksinə, istiqamətləndirirdi. Son Aşuraya Gəncədə olan müdaxilə yerli hakimiyyət tərəfindən edilib. Halbuki bunu düzgün istiqamətləndirmək, doğru xəttə yönləndirmək lazım idi. Yəni "Şah Abbas" məscidindən çıxıb "İmamzadə"yə gedirdilərsə, burada heç bir kriminal axtarmaq lazım deyildi. Aydındır ki, "Şah Abbas" məscidi şəhərin mərkəzindədir, icra hakimiyyətinin binasına yaxındır və s. Amma bütün bunları qarşıdurma vəziyyətinə gətirib çıxarmaq yox, istiqamətləndirmək lazım idi. Bunun üçün həm xüsusi xidmət orqanları işçilərinin fəaliyyəti olmalı idi, həm də Gəncə Şəhər İcra Hakimiyyəti dialoq aparıb onun qarşısını ala bilərdi. Bizdə çox pis bir ənənə var: danışıq, dialoq olmadan polis işə qarışır, təbii ki, bu zaman qarşıdurma yaranır. Din isə elə bir mövzudur ki, qarşı tərəf nə qədər aqressiya görürsə, bumeranq təsiri ilə əks-effekt verəcək. O zaman insanlarda belə bir rəy yaranır ki, hə, bunları xaricdən kimsə idarə edir. Mən Gəncə və Bakıda baş verənləri daxili faktor hesab edirəm. İran kiminsə qolundan tutub aşkar şəkildə nümayiş etdirmir. Elə fəaliyyət var ki, uzun müddətdir işləyir, təlimatlandırır. Məsələn, Nardaran kəndində olanlar məhz İranın, bu ölkəyə meylli olanların görünüşüdür, İran xəttini əsas tutublar. Bir də var ki, dindar gənclik çıxıb siyasi yox, sadəcə haqq-ədalət tələb edən məsələlər irəli sürür. Düzdür, bu məsələləri nəzarətsiz buraxmaq olmaz. Çünki başqa istiqamət başqa tərəfə - aqressiyaya, Azərbaycanda dövlət quruluşunu dəyişmək istəyinə yönələ bilər. Çox təəssüf ki, bu məsələlərdə Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) o qədər arxa planda, fəaliyyətsiz olurlar ki, istər-istəməz ortaya polis çıxır və bu da qarşıdurma yaradır. Nəzərə almaq lazımdır ki, Məhərrəm ayıdır, Aşura yeni qurtarıb, dini kəsimdə bir aktivlik var. Belə vəziyyətdə maarifləndirmə aparmaq əvəzinə, yalandan təxribat xarakterli verilişlər təşkil etmək, kiməsə çamur atmaq düzgün deyil. Bu, əks-reaksiya verəcək. Bunun üçün xüsusi dövlət proqramı olmalı və onu DQİDK xüsusi xidmət orqanları ilə, alimlərlə, bu sahəni bilən adamlarla birgə təhlükəsizlik konsepsiyasına əsaslanaraq hazırlamalıdır. Bununla cəmiyyətə mesajlar ötürülməli, proqram əsasında fəaliyyət göstərilməlidir. Bu, olmayacaqsa, özbaşınalıq, rüşvətxorluq, işsizlik və s. baş alıb getdikcə və sivil müxalifət arxa plana keçdikcə, məhz dindarlar, islamçılar ortaya çıxacaq. Bu proses neçə illədir artan xətt üzrə gedir.

- KİV-də belə fikirlər səsləndirilir ki, Azərbaycanda "vəhhabi"lərin güclənməsində MTN-də ifşa olunmuş qrupun rolu olub. Mümkündürmü?

- MTN-də öz səlahiyyətləri ilə deyil, tamamilə kənar, kriminal işlərlə məşğul olan şəxslər olsa da, radikal dindarlar arasında kriminal şəraitə nəzarət ediblər. Amma necə ki, hansısa sahibkarı şərləyib pul alıblar, istisna deyil ki, "vəhhabi", "radikal vəhhabi", yaxud da "terrorist" adı ilə şantaj edərək, dindar insanlardan da pul ala bilərlər. Çünki baş verən hadisələri mətbuatdan oxuyanda hiss edirsən ki, buna da gedə bilərlərmiş. Amma MTN əməkdaşlarının birbaşa vəhhabilərlə işbirliyinə getməsini təsdiq edən fakt yoxdur.

- MTN-dən söz düşmüşkən, nazir Eldar Mahmudovun işdən çıxarılması ilə başlayan proseslər indi hansı istiqamətdə davam edir?

- MTN ətrafında baş verənlər haqqında mətbuat kifayət qədər yazıb. Görünən odur ki, artıq orada təmizləmə işləri gedir. Çox təəssüf ki, 11 il 3 ay çəkən prosesə bu qədər müddət keçəndən sonra yekun vurulub. Əsl səbəblər isə tam açılmayıb. Yalnız dedi-qodular, kuluar söhbətlərində müəyyən məsələlər danışılır. Amma o aşkarlanan, yazılan, deyilən şeylərlə bağlı "təmizləmə prosesi" gedir. Uğurlu olacaqmı, düzgün kadrlarla aparılacaqmı, bu, hələ sual altındadır.

- Son informasiyalardan biri general Akif Çovradovun gizli həbsxanasının olması barədədir. Belə kriminal fəaliyyətin olması necə mümkün olub, bu quruma heç bir nəzarət mexanizmi yoxdurmu?

- Prokurorluq tərəfindən daim qanunçuluğa nəzarət mexanizmi həyata keçirilir. Ancaq bu nəzarət əsasən MTN-in istintaq idarəsi tərəfindən aparılan istintaq tədbirləri ilə bağlı olub. Əməliyyat tədbirlərinə isə nəzarət olmayıb. Ümumiyyətlə, xüsusi xidmət orqanının xarakteri elədir ki, fəaliyyəti müəyyən qədər məxfi olmalıdır. Yəni hər kəs istədiyi nəzarəti həyata keçirməməlidir. Amma sivil dünyada bəzi məsələlərə ictimai nəzarət var ki, bu, bizdə, demək olar ki, yoxdur. Ən azı parlament nəzarəti olmalı idi ki, heç olmasa ildə bir-iki dəfə qapalı müzakirə mövzusuna çevriləydi, millət vəkilləri tərəfindən bu məsələlər qaldırılaydı. Bu nəzarət mexanizmləri olmadığına görə də sui-istifadə halları baş verib və hətta şəxsi həbsxanalar tikdiriblər. Belə məsələlər Sovet dövründə də baş vermişdi və Qorbaçov dövründə ifşa olundu. Özbəkistanda Adılov soyadlı kolxoz sədri vardı, özü üçün şəxsi həbsxana düzəldərək, xoşu gəlməyən kolxozçuları ora salırdı. Bu 50 il əvvəl baş verib. 21-ci əsrdə də şəxsi həbsxana düzəltmək və şəxsi məqsədlər üçün istifadə etmək nəzarətsizliyin və səlahiyyət həddini aşmağın ən pik nöqtəsidir.

- Proseslərin pik nöqtəsi olaraq keçmiş nazir Eldar Mahmudovun həbs olunacağı gözlənilirmi?

- Baş verən bütün bu hadisələrin fonunda nazirin həbs edilməməsi, təbii ki, təəccüb doğurur. Hətta bütün bu işlərdən xəbəri olmayan bir nazirə ən azı səhlənkarlığa görə cinayət işi qaldırmaq olar. Amma hamı da bilir ki, bütün bu proseslər məhz Eldar Mahmudovun rəhbərliyi altında həyata keçirilib və onun xəbəri olmadan heç bir şey baş verməyib. Ancaq onun indiyədək həbs olunmaması dövlətin işidir və siyasi rəhbərliyini qərarıdır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor