RSS
 

Login:
Şifrə:
» » Yanacaqdan haramla qazananlara "badalaq"...

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Yanacaqdan haramla qazananlara "badalaq"...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-11-2015, 23:34 | Şərh sayı: (0) | Baxılıb: 350

Yanacaqdan haramla qazananlara "badalaq"...


Yanacaqdan haramla qazananlara "badalaq"...


Yanacaqdoldurma məntəqələrində (YDM) istehlakçıların, xüsusən sürücülərin aldadılma hallarının qarşısının alınması üçün yeni mexanizmlərin tətbiq edilməsi təklif olunur.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Milli.Az-a deyib ki, YDM-lərlə bağlı neqativlər, o cümlədən yanacağın satılması zamanı onun həcmində müştərinin aldadılması halları çoxdur: "Onların aradan qaldırılmasına isə yalnız dövlət qurumları nail ola bilərlər. Dövlət qurumlarının inzibati rıçaqları olmadan və texnoloji elementləri səfərbər etmədən bu problemi həll etmək mümkün olmayacaq. Həm İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, həm də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarəti gücləndirməlidir".

Amma ekspertin fikrincə, bu nəzarəti həyata keçirmək çətin olduğundan yeni mexanizmlər tətbiq olunmalıdır: "Bir dəfə bir şəxsin avtomobilinin çəni 90 litr tutduğu halda məlum oldu ki, YDM-də 90 litrdən artıq yanacaq vurulub. Nəzərə almaq lazımdır ki, avtomobil YDM-ə özü gəlib və çəndə də yanacaq olub. Həmin YDM-in rəhbərliyinə şikayət edildi. Onlar da dedilər ki, problem yoxdur, araşdıra bilərik. Gəlin çəni avtomobildən çıxaraq, benzini boşaldaq, ölçək. Əgər siz düz deyirsizsə, pulunuzu geri qaytaracağıq. Təbii ki, çəni avtomobildən çıxarmaq, onu boşaltmaq və yanacağın həcmini ölçmək xeyli vaxt tələb edir. Ona görə də sürücü sadəcə narazılığını başqa formada ifadə edərək avtomobilini sürüb çıxıb getdi. Təbii ki, bu, yolverilməzdir. YDM-lərdə elə bir mexanizm tətbiq olunmalıdır ki, insanlar həm yanacağın keyfiyyəti, həm də həcmi baxımdan aldadılmasınlar. Təəssüflər olsun ki, bununla bağlı nəzarət mexanizmi işlək vəziyyətdə deyil. Deməli, texnoloji cəhətdən yeni mexanizm tapılmalı və insanlar bunu sərbəst şəkildə aydınlaşdırmağa və zərurət olduqda şikayət etmək imkanına malik olmalıdırlar. Məsələn, avtomobilin çənində yanacaq varsa, onun qeydiyyatını aparmaq və vurulan yanacağın qeydiyyatını müqayisə etmək olar. Ya da nəsə başqa yeni bir şey fikirləşmək lazımdır".

Yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə Milli.Az-a bildirib ki, çox zaman YDM-lərdə aldadılan sürücülər məsələni aydınlaşmaq üçün əsəblərini və vaxtlarını sərf etmək istəmirlər. YDM sahibləri də bu psixoloji məqamı yaxşı bildiklərindən vəziyyətdən çıxacaqlarına əmin olduqları üçün əməllərinə davam edirlər: "Bu problem əsasən insan faktoru ilə bağlıdır. YDM-lərdə yanacaq xüsusi qurğular vasitəsilə satılır. Həmin qurğular standartlara uyğun olmalı və onlara vaxtaşırı nəzarət edilməlidir. Nəzarət yalnız kağız üzərində deyil, real və ciddi olmalı, ölçmə qurğular texniki şərtlərinə uyğun vaxtaşırı dəqiqləşdirmədən keçirilməlidir. Dəqiqləşdirmədən keçməyibsə, qurğu istismar olunmamalıdır".

Ekspert həmçinin hesab edir ki, istehlakçı hüquqlarının qorunması və standartların tələbinə uyğunluğu istiqamətində nəzarət gücləndirilməlidir: "Əslində bunun üçün hüquqi mexanizmlər var, sadəcə onları icra etmək lazımdır. Texnoloji yeniliklərin təbiqi də bu problemi tam aradan qaldırmaq üçün yetərli olmayacaq. Çünki hətta ən müasir qurğuların da proqram təminatına müdaxilə etməklə qurğunun normal işini pozmaq olur".

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Malik Hacıyev Milli.Az-a deyib ki, əgər vətəndaşlarda YDM-lərdə istehlakçıların hüquqlarının pozulması ilə bağlı faktlar varsa, onlar Dövlət Xidmətinə müraciət edib əllərində olan müvafiq sənədləri və sübutları təqdim etməlidirlər. Çünki konkret sənəd və sübut olmadan belə faktları araşdırmaq çox çətindir.

M.Hacıyev əlavə edib ki, əgər problem məntəqədəki ölçmə cihazları ilə bağlıdırsa, buna Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir. Bununla yanaşı, şöbə müdiri belə hallarda şikayətin həm də həmin məntəqələrin məxsus olduğu şirkətlərə də birbaşa ünvanlanmasını tövsiyə edib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblı isə Milli.Az-a açıqlamasında bildirib ki, təəssüf ki, həqiqətən də YDM-lərdə sürücülərin aldadılması faktlarına hələ də rast gəlinir. Belə hallara əsasən Bakıda deyil, bölgələrdə rast gəlinir. Lakin müqayisə etdikdə, belə faktların sayı getdikcə, ilbəil azalır.

F.Talıblı qeyd edib ki, Dövlət Komitəsi tərəfindən YDM-lərin qarşısında tələb qoyulub ki, ən müasir avadanlıqları alıb istismar etsinlər ki, onlara müdaxilə etmək mümkün olmasın: "Çünki bəzən vaxtı ötmüş, istismar müddəti bitmiş, köhnə avandanlıqlardan istifadə edirlər. Belə avadanlıqlara orada işləyənlərin fiziki olaraq əllə də müdaxilə etmək imkanları olur. Amma müasir avadanlıqlara müdaxilə, demək olar ki, qeyri-mümkündür. Biz bütün ölkə ərazisi üzrə bunu təmin etməyə çalışacağıq".

Şöbə müdiri əlavə edib ki, əgər YDM-lərdə vurulan yanacağın miqdarı ilə bağlı aldadılma faktı varsa, şikayətçilər Dövlət Komitəsinə sənəd və sübutlarla müraciət etsinlər. Bu halda qanunvericiliyin tələbinə əsasən, şikayətçinin tələbi əsasında müəyyən araşdırma aparıla bilər: "Fakt təsdiq olunanda İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən, ölçmələrin düzgün yerinə yetirilməməsinə görə fiziki şəxslərə 1500-2000 manat, hüquqi şəxslərə 4-5 min cərimə tətbiq olunur".



İlkin İzzət
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor