RSS
 

Login:
Şifrə:
» » Gənclərə müjdə: işsizliyin aradan qaldırılması üçün layihələr olacaq

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Gənclərə müjdə: işsizliyin aradan qaldırılması üçün layihələr olacaq

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-10-2015, 12:12 | Şərh sayı: (0) | Baxılıb: 362

Gənclərə müjdə: işsizliyin aradan qaldırılması üçün layihələr olacaq


Gənclərə müjdə: işsizliyin aradan qaldırılması üçün layihələr olacaq


- Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında sosial məsələlər, xüsusilə də işsizliklə bağlı problemlərin həllini önə çəkdi. Bu müşavirədən sonra Gənclər və İdman Nazirliyi xüsusən gənclər arasında məşğulluq məsələlərinin həllinə dəstək verilməsi ilə əlaqədar hansı təkliflər, layihələr hazırlayır?

- Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri məhz ölkənin iqtisadi potensialının gücləndirilməsi və vətəndaşların sosial rifahının yüksəldilməsidir. Gənclər siyasəti də dövlət siyasətinin tərkib hissəsi olduğu üçün bu sahədə əsas istiqamətlər məhz gənclərin məşğulluğunun artırılması, gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi və bu vasitə ilə məşğulluğun artırılmasına dəstək olmaqdır. Ona görə də indiyədək Azərbaycan gəncliyi ilə əlaqədar qəbul olunan dövlət proqramlarında və hazırda icrası başa çatmaqda olan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında, eləcə də layihəsi hazırlanmış və 2016-2020-ci illəri əhatə edəcək yeni Dövlət Proqramında gənclərin məşğulluğu və gənclər arasında sahibkarlığın artırılması məsələləri ayrıca fəsil və bəndlərdə öz əksini tapıb.
Cənab Prezidentin müvafiq sərəncamı ilə bu il "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" qəbul olunub. Bu, ilk dəfə olaraq 10 ili əhatə edən strateji əhəmiyyətli bir sənəddir. Burada biz 10 ilin sonunda gənclərdən nəyi gözlədiyimiz, gənclərin inkişafına yönəlmiş hədəflər və onların hansı vasitələrlə dəf edilməsi nəzərdə tutulur. Qeyd etdiyim Dövlət Proqramının icrası da həmin Strategiyadan irəli gəlir. Deməli, bu müddət ərzində ən azı iki dövlət proqramı işləyənə, eyni zamanda zərurət olduqda ayrı-ayrı istiqamətlər üzrə əlavə normativ sənədlər hazırlana bilər. Strategiyanın həm məqsədlərində, həm hədəflərində, həm də gözlənən nəticələrdə məhz gənclər arasında məşğulluğun artırılması, işsizliyin aradan qaldırılması, gənc mütəxəssislərə dəstək verilməsi, karyera qurmaq istiqamətində gənclər üçün müxtəlif layihələrin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Təbii ki, bizim nazirlik iş yeri açan dövlət qurumu deyil. Biz, sadəcə, gəncləri onlara müxtəlif təlim kursları keçməklə, peşə biliklərini aşılamaqla silahlandıra bilərik. Yeri gəlmişkən, Strategiyada respublika ərazisində mövcud olan 30-dan artıq Gənclər Evlərindən daha səmərəli istifadə etmək, onların bazasında gənclərə peşə təlimlərinin keçilməsi nəzərdə tutulur. Gənclərə karyera axtarışı istiqamətində CV-nin yazılmasından tutmuş, özünü təqdimetməyədək vərdişləri aşılamaq niyyətindəyik. Bu işlər aidiyyəti dövlət qurumları və ictimai təşkilatlarla birgə həyata keçiriləcək.
Bu günə qədər nazirlik tərəfindən müxtəlif adlar altında təlim kursları, karyera günləri, karyera düşərgələri təşkil olunub. Eyni zamanda, biz gənclər təşkilatları tərəfindən irəli sürülən layihələri də dəstəkləyirik. Bunların içində "İdeya qazandı" telelayihəsini qeyd edə bilərəm. Bu layihə çərçivəsində gənclər öz "startup" ideyalarını ortaya qoyur, qalib gəldiyi təqdirdə isə donorlar tərəfindən müvafiq vəsait əldə edirlər. Bununla gənclər həm müəyyən sayda iş yeri açır, həm də iqtisadiyyata sahibkar kimi qoşulurlar. Digər layihə isə gənclər üçün Biznes İnkubasiya Mərkəzidir. Bu layihə bir neçə mərhələdə həyata keçirilir. Bakıda və regionlarda müxtəlif tədbirlər, seminarlar təşkil edilib. Bu təlimlərdə təxminən 5 minə yaxın gənc əhatə olunub. İlkin mərhələdə Mərkəzdə 8 gəncin "startup" ideyası həyata keçiriləcək. Onlara ən azı 1 il müddət veriləcək. Sonra uğur qazanan layihələr oradan ayrılacaq və müstəqil fəaliyyət göstərəcək. Əvəzinə isə digər gənclər gələcək və onların ideyaları üçün şərait yaradılacaq. Burada İKT sahəsi ilə bağlı biznes ideyalar çoxluq təşkil edir.
Bundan başqa, 2006-cı ildən etibarən Azərbaycanda Dövlət İqtisadi Universitetinin bazasında bizim dəstəyimizlə məzun yarmarkaları keçirilir. Əvvəllər yarmarkalarda 140-150 vakansiya olurdusa, son yarmarkaya müxtəlif şirkətlər tərəfindən 900-dən artıq vakansiya çıxarılıb. Bundan əlavə, Universitetlə müqaviləyə görə, burada ötən il gənclər üçün Biznes İnkubator fəaliyyətə başlayıb. Orada bir neçə "startup" həyata keçirilib, biznes sahəsində metodiki tövsiyə xarakterli müxtəlif sayda çap məhsulları hazırlanıb və təlimlər keçirilib.

Nazirlər Kabinetinin son müşavirəsində cənab prezidentin verdiyi tapşırıqlara gəlincə, bəzi məsələlər hazırlanan yeni Dövlət Proqramında da nəzərə alınacaq. Bununla bağlı aidiyyəti dövlət qurumları qarşısında məsələlər qaldırılacaq. Eyni zamanda gənclərin əmək bazarında özünə yer tapa bilməsi məqsədilə onların maarifləndirilməsi, təlimatlandırılması ilə bağlı öhdəmizə düşən işləri də həyata keçirəcək, dəstəyimizi əsirgəməyəcəyik.
Yeri gəlmişkən, dekabrın sonunda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasına dair hesabat veriləcək.

- Bu yeniliklər yalnız 18 yaşından yuxarı gəncləri, yoxsa daha aşağı yaş kateqoriyasını da əhatə edəcək?

- Xeyr, "Gənclər haqqında" Qanunda gənclərin yaş həddi 14-29 yaş arası nəzərdə tutulur. Ona görə də biz bütün layihələrimizi həyata keçirdikdə bu yaş aralarını əhatə edirik. Düşünürəm ki, bu layihələrdə orta məktəblərin yuxarı sinif şagirdlərini də əhatə etmək məntiqlidir. Çünki bu yaşda gənclər onları əmək bazarında nələrin gözlədiyinə dair daha erkən məlumatlı olacaqlar. Onlar gələcəkdə orta ixtisas və ya ali təhsilini seçdikdə nə etmək lazım olduğunu bilməlidilər. Bu məsələdə biz Gənclər Evlərindən maksimum dərədəcə istifadə etmək niyyətindəyik. Hər bir Gənclər Evində peşə hazırlığı ilə bağlı ayrıca otaqlar var. Onlar müasir texniki avadanlıqlarla təchiz olunub. Orada keçirilən təlimlərin sayı artırılacaq. Eyni zamanda Gənclər Evləri məlumatlandırıcı vəsaitlərlə təmin olunacaq. Niyyətimiz ondan ibarətdir ki, hər hansı şəxs ora daxil olanda məşğulluq, reproduktiv sağlamlıq və s. məsələlərlə bağlı geniş məlumat əldə etmək imkanı əldə etsin. Yəni hər hansı əmək birjası və ya keryera günləri təşkil olunanda bu məlumatlar gənclərə vaxtında çatdırılsın. Aydın məsələdir ki, onlar bu haqda televiziya, radio və sosial şəbəkələr vasitəsilə də məlumatları əldə edəcəklər. Amma biz xüsusən bölgələrdəki funksional gənclər mərkəzlərinin işinin səmərəliliyini daha da artırmaq istəyirik. Əsas iş məlumatlandırmadan ibarət olacaq. Çünki bəzən vətəndaşlar, gənclər dövlətin, dövlət strukturlarının gördüyü vacib işlərdən xəbərsiz olur. Gənclər isə daim məlumat axtarışındadırlar. Ona görə də bu məlumatlandırma mexanizmlərini təkmilləşdirməyə çalışırıq.

- İşsizlik və məşğulluqla yanaşı Nazirlər Kabinetinin müşavirəsində bir çox məsələlərə toxunuldu. Onların arasında sizin nazirliyə aid və tədbirlər görülməli olan məqamlar varmı?

- Ölkədə dövlət siyasətinin həyata keçirilməsində hər bir dövlət qurumunun üzərinə müəyyən pay düşür. Biz də Gənclər və İdman Nazirliyi olaraq çalışırıq ki, mövcud qanunvericilik çərçivəsində həm ölkədə sağlam mühitin yaranması, həm korrupsiya ilə mübarizə, həm gənc peşəkarların irəli çəkilməsi və s. önəmli məsələlərdə öz töhfəmizi verək. Bizim də həm mərkəzi aparatımızda, həm yerli idarələrimizdə müvafiq komissiyalarımız var. Demək olar ki, il boyu gənclərlə işləyən məmurların təlimatlandırılması, gənclərin hüquqlarının müdafiəsi, onların arasında sağlam düşüncənin təbliği ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Gənclər siyasətinin də əsas vəzifələrindən biri ondan ibarətdir ki, ölkənin böyük bir qisminin gənc olduğunu nəzərə alaraq, bu gün ölkədə keçirilən dövlət siyasətini dəstəkləmək və onların proseslərdən kənarda qalmamasını təmin etməkdir.

- Rüşvət və korrupsiya ilə mübarizədə gənclərin rolunu artırmaq üçün hansı işlər görülür?

- Yəqin ki, bu gün müasir Azərbaycan gəncinin ən yaxşı barometri sosial şəbəkələrdir. Gənclərimiz bu şəbəkələrdə fəal təmsil olunurlar. Amma biz dövlət qurumu olaraq keçirdiyimiz görüşlərdə, təlim və seminarlarda gəncləri daim ayıq olmağa, vətəndaş mövqeyi nümayiş etdirməyə, öz hüquqlarını bilməyə və konstruktiv, mədəni formada öz hüquqlarını müdafiə etməyə çağırırıq. Yeri gəlmişkən, hüquq cəmiyyəti və hüquq maarifçiliyi məsələsi yeni Dövlət Proqramında da yer alıb. Ümumiyyətlə, gənclər arasında həm insan haqlarının təbliği, həm də hüquq maarifçiliyi baxımından aparılan tərbiyə işləri geniş yayılıb.



İlkin İzzət
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor