RSS
 

Login:
Şifrə:
» » Hacı Zaur Məmmədov: “Niyə durumu anlayıb dərs almırıq?”

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Hacı Zaur Məmmədov: “Niyə durumu anlayıb dərs almırıq?”

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-11-2015, 10:40 | Şərh sayı: (0) | Baxılıb: 1086

Hacı Zaur Məmmədov: “Niyə durumu anlayıb dərs almırıq?”


Hacı Zaur Məmmədov: “Niyə durumu anlayıb dərs almırıq?”


Redaksiyamıza Xaçmaz şəhər məscidinin imam-camaatı hacı Zaur Məmmədovdan məqalə daxil olub. Yazını oxucularımızın diqqətinə təqdim edirik.

Məhərrəm ayının başlandığı ilk gündən bu günə kimi, sanki dindarlara istiqamətlənmiş, mənşəyi məlum olmayan məchul və əsassız qıcıqlandırmalar başlayıb... Planın arxasını görmək çətin olsa da, indiki mərhələdə məqsədin cəsarətli möminlərimizi zindanlara sürükləmək olduğunu görmək o qədər də çətin deyil. Təbii ki, zindan nəfsinə hakim olan mömin üçün azadlıq düşərgəsidir, amma gərək həyat kimi həbsin də, ölümün də millətə və vətənə faydası olsun. Din və torpaq üçün gələn əsarətə də, şəhadətə də salam olsun. Amma çox-çox təəssüf ki, son neçə illərdə gördüyüm heç bir həbsin bu xalqa hər hansı bir yöndən faydası toxunmayıb. İlk məscid sökülmə və hicab qadağalarına qarşı atılan bütün addımlar bizi yanlış yola istiqamətləndirib. Nəticədə yüz nəfərdən çox mömin insan həbs edilib və hətta dünyasını dəyişənlər olub. Bəs nəticə? Nə dəyişdi? Bu gün yenə əvvəldən də olduğu kimi hüquqi və sivil yollarla insanlar övladlarını hicabla məktəblərə yola salırlar. Məscidlərimiz fəaliyyətlərinə davam edir və yeniləri tikilir yaxud təmir edilir.

Onda belə çıxır ki, bu aksiyaların məqsədi yalnız bu günahsız həbslər olub? Son Gəncə və dünən də paytaxtda baş verənlər də mahiyyət cəhətindən eyni olduğuna görə bir mərkəzdən yönləndirilməsi ehtimalı vardır. Axı bunlar kimdir? Olmaya dırnaq arası müxalifət ilə bir nəticə əldə edə bilməyənlər “Ya Hüseyn” şüarını bəhanə edib bəzi dindarları, xüsusi ilə də tanınmış ruhanilərimizin vasitəsi ilə məkirli siyasətlərini Suriyada və İraqda (İŞİD sifətiilə) olduğu kimi burada da təbliğ etmək istəyirlər?! Xüsusilə də Yaxın Şərqdə cərəyan edən hadisələr və ölkəmizdə güc strukturları ilə baş verən həssas məqam fonunda.

Bunlar kimdir və hansı mərkəzin tabeçiləridir? Heç soruşan yoxdur ki, niyə zərər çəkən hörmətli ruhanimiz xalqın digər fərdləri kimi haqqını hüquqi yollar ilə deyil, mömin gənc nəslin həbsi bahasına bərpa etməlidir? Bir halda ki, özünün də buna razı olmağını güman etmirəm. Əgər sadəlöhvlük edirəmsə, bu da bir başqa yanlışlıqdı. Bu yola çox mübarək canlar fəda edilib, amma yeri gələndə sükut etməyi də bacarıblarsa, bir “yumruq” da biz yesək nə olacaq? Niyə durumu anlayıb ibrət çıxarıb dərs almırıq? Niyə bəzən birilərinin qazına gedib provokativ üsullara əl atırıq? Kim verir bu ağılı bizə?

Əzizlərim! Bu xalqla düşmənçiliyi üzündən ictimai sabitliyi pozmağa çalışan, ölkəni qarışdırıb xalqı həyəcana gətirərək vəziyyəti çıxmaza soxmaq, nəticədə (Allah qorusun) Suriya və İraqda baş verənləri burada həyata keçirmək istəyənlərə fürsət verməyin! Gəlin bir daha sağlam düşünün! Yüz yaxud min nəfər Azərbaycan xalqının, əksəriyyəti bir qırağa, heç cüziyyatı da demək deyil. Yəni bizim bu gün əsl ümdə vəzifəmiz dini və milli maarifləndirməni gücləndirmək və o sahəyə bütün enerjimizi sərf etməkdir. Vəhabi və nurçu kimi bu xalqa yad ünsürlər təmkinli hərəkət edərək özlərinin beyin mərkəzlərini yaradırlar. Son həbslərdə üzə çıxan faktlar bu həqiqətləri bir daha ortaya qoydu. Amma mən həbsdə ruhani tanıyıram ki, orda olmaqdansa bu saat azadlıqda olub insanlara din-mərifət öyrətməklə daha əvəzsiz xidmətlər göstərmiş olardı.

Nəticə etibarı ilə bu özbaşına, söz dinləməməkdən irəli gələn şüarlar kimlərə və hansı şəkildə xidmət etdiyi məlumdur. Biz özümüz gərək bunlara imkan verməyək.

Son olaraq əziz qardaş və bacılarıma maariflənmə və xalqın hər bir problemi ilə məşğul olub bunları dilə gətirilməsi üçün çalışmalarını tövsiyə edirəm, bundan sonra baş verəcək hər hansı bir fitnədə haqlı ikən haqsız duruma düşməmələrini tövsiyə edirəm! Allah doğrusunu bilir!

P.S. Yazımdan yanlış nəticə çıxara bilənlərin ola biləcəyi üçün bir daha qeyd edirəm: söhbət hörmətli ruhanilərimizdən getmir. Ruhanilərimizin özlərini də aldadaraq, qandıraraq yanlış yola yönləndirənlərdən, onların səmimi iman və etiqadlarından öz məkrli məqsədləri üçün istifadə etmək istəyənlərdən gedir.

P.S.S. Əvvəllər çox vaxt bu kimi movzularda susmaq ve səbr etməyimi inkar etmirəm. Bunun da səbəbi qorxu filan deyildi, Allahım da şahiddir ki, sırf dindarlarımız arasında fitnəyə bais olmamaq üçün susmağı uyğun görürdüm. Amma görürəm ki, biz susduqca hadisələr təkrarlanaraq daha da oz məcrasından cıxır. Kimlərsə dindarlarımızı özləri də bilmədən başqa məcraya yönəltməyə cəhd edir. Özü də planlı və əvvəldən hesablanmış şəkildə.

islam.az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor