Azərbaycanda polisin vəzifələri niyə artırıldı? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-10-2015, 21:47 | Şərh sayı: (0) | Baxılıb: 374
Azərbaycanda polisin vəzifələri niyə artırıldı?
Bu gün Milli Məclisdə "Polis haqqında" qanunun 14-cü maddəsinə (İctimai qaydanın qorunması və ictimai təhlükəsizlin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri) yeni bənd əlavə edilməsini nəzərdə tutan qanun layihəsi qəbul edilib.
Milli.Az xəbər verir ki, həmin maddəyə əlavə edilmiş 7-1 bəndinə əsasən, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq.
Belə bir əlavənin edilməsinin hansı zərurətdən irəli gəldiyini Milli.Az-a izah edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə qeyd edib ki, bununla bağlı məsələ hələ ilin əvvəllərindən bəri müzakirə mövzusu olub və bununla bağlı "Bədən tərbiyəsi və idman haqqında" Qanuna dəyişiklik edilib. "Polis haqqında" Qanuna yeni bəndin əlavə edilməsi isə bu qanunların bir-birinə uyğunlaşdırılması məqsədi daşıyır: "Polis, onsuz da, yuxarıda qeyd edilən vəzifələri yerinə yetirirdi. Sadəcə, bundan sonra bu işi görməyi onlara heç kim qadağan edə bilməyəcək. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə təhlükəsizliyin təmin edilməsi vacib məsələdir. Bəzən kimlərsə milli, irqi, dini iğtişaşlara və ya ictimai asayişi və təhlükəsizliyi pozmağa yönəlmiş digər addımlar atıla bilər. İndi bunların qarşısını almaq polisin birbaşa vəzifələrindən biri olacaq".
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər