Ailələr niyə dağılır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 4-11-2015, 17:46 | Şərh sayı: (1) | Baxılıb: 791
Ailələr niyə dağılır?
Bu gün ailə bağlarının qopmasının əsas səbəblərindən biri aradakı sevgi və qarşılıqlı anlaşmanın olmamasını göstərə bilərik. Fərqli maraqlar fərqlı düşüncələr yaxud inamsızlıq kimi amillər də buna misaldır. Bəzən bəlli bir yaşda olmasına baxmayaraq hələ də fərdlər özlərini kifayət qədər tərbiyələndirməmiş mənfi xislətlərdən yaxa qurtarmamışlar. Həmçinin nə cür ailə modeli istədiklərini müəyyənləşdirmədən ailənin nə olduğunu anlamadan ailə qururlar. Bəzən isə fərdin daxili problemi də ola bilir xəyanət edir amma səbəbi onun öz daxili doymaq bilməyən istəklərinə sərhədsiz qoymasıdır. Arada nə qədər uyğunluq olarsa (əxlaq səviyyə ) cəhətlərdən o qədər xöşbəxt ailə modeli yaratmaq mümkün ola bilər.
İxlas.Az dushunce.az-a istinadən bildirir ki, müasir ailə modelinin təməl prinsipləri başlıca olaraq hər iki tərərf öncə necə bir insanla xöşbəxt ola biləcəyni müəyənləşdirməli, və bir-birlərini (görünüş, düşüncə, mədəniyyət və ) kimi istəklərdə qane etməlidir. Arada qarşılıqlı anlaşma olması ən önəmli faktorlardandır. Hətta belə desək o insana baxanda pozitiv enerji ala bilməlidir. Misal olaraq fərqli şəhər yaxud rayonlarda böyüyən fərdlər arasında fərqli düşüncələrin olması, hadisələrə fərqli baxış bucağı qaçinılmazdır. Bunlar da istənilən ailə modelinin yaranmasının qarşısını alan faktorlardandır.
Qadın və kişi psixologiyaları fitri olaraq fərqlidir. Bəzən qadınların bitmək bilməyən istəkləri , emosianallığı , mövzuları kişilərin gərəksiz hesab etdikləri yöndən uzatmaları arada konfiliktlərə səbəb ola bilir. Kişilərin isə bəzən özlərinə hər hansı məhdudiyətin qoyulmasını qəbul etməmələri lakin qadınların tam olaraq onlarin (yersiz) olsa belə istəklərinə xidmət etmələrini tələb etmələri ola bilir . kişilərin qadınların daxili mənəvi istəklərini ödəməyin zəruriliyini anlamamaqları əsas səbəblərdəndir. Kişilər çox zaman qadınların həssas ruhiyələrini anlamırlar və qadınların mənəvi boşluqlarını doldurmurlar. Nəticədə qadının mənəvi boşluğu ailədə (əsəbilik, kobudluq) kimi təzahür edir beləliklədə konfiliktlərin davamı gəlir..
Ailədaxili konfiliktlərdən qaçınmaq üçün ilk olaraq hər iki tərəf bir-birinin xarakterini, ruhiyəsini nəydən xoşlanıb xoşlanmadığını öyrənməlidir. Güzəşt etmək, mübahisə olarsa uzunçuluq etməmək, qarşı tərəfi sərt çəkildə ittiham etmək kimi xüsusiyyətlərdən çəkinmək lazımdır. Hər iki tərəf bir-birinin xoşlanmadığı şeyləri etməməyə çalışmalıdır. Bunları edə bilmək üçün önəmli olan işlərdən biri insanı tanımaq , insan psixologiyasını müəyyən qədər öyrənməyə çalışılmalıdır. əgər qarşı tərəf əsəbidirsə ona nəyisə izah etmək üçün uyğun zaman gözləməy lazımdır.
Ideal ailə modeli deyərkən bütün proemlərdən tam olaraq uzaq olmalıdır da deyə bilmərik, çünki təbii olaraq hər kəs insandır, müəyyən daxili hissləri də var və heç kəs tam olaraq biz istəyən kimi quraşdırılmayıb. Sadəcə ən prinsipial qayda olaraq deyə bilərik ki, arada nə qədər oxşarlıq və anlaşma olarsa o qədər ideal ailə modeli yarana bilər. bəzən bəzi insanlar ideal ailəni yalnız aradakı sevgi ilə ola biləcəyini düşünürlər. lakin əgər fərdlər bir-birinin xarakterlərini yetərincə bilmədən əhəmiyyətsiz yanaşaraq ailə qurarlarsa nəticədə ailənin dağılmasına gətirib çıxarar.
Qısqanclıq ağıl məntiq üzərinə bir həddəcən olması normaldır. Lakin yersiz qısqanclıqlar, qarşı tərəfi bezdirmək, lazımsız məhdudiyyətlər qarşı tərəfdə özünə qarşı bəzən hörmətszlik, inamsızlıq kimi də anlaşılıb arada məsafələr, soyuqluqlar , sevginin azalması kimi nəticələnə də bilər. və sonda qarşı tərəfdə ikrah yarana hətta boşanma ilə də nəticələnə bilər. bəzən insan qısqanıldiğını gördükdə sevildiyinin amili kimi qəbul edərsə də, bu çox zaman arada söz-söhbət , dava-dalaşlara da gətirib çıxara bilər.
Ailə qurarkən çox zaman gənclərin gözləntiləri çox fərqli lakin reallıq tamamilə fərqli olur. Buna görə də öncədən qarşı tərəflə qarşılıqlı istəklər danışılmalı , bir-birlərinin istəklərini özləri ilə uyğun olmasını öyrənməlidirlər. əks halda öz nəzərində nəyin nə cür olmasını gözləmək sonradan isə elə olmaması , ailədə ciddi konfiliktlər, münasibətlərin pozulması , discomfort ailə mühiti yarana bilər.
Ailə içi münasibətlərdə fikrimcə ən böyük çatışmazlıq fərdlərin nəinki qarşı tərəfin heç özünün belə nə kimi xarakteredə olmasını, düzgün ailə idarə etməyi kifayət qədər bilməmələridir.
Ailəyə kənar amillərin təsiri ən böyük ailə dağıdıcı səbəbdir. Ailə qurulursa gənclər bir-birinə uyğunlaşmalıdır digər qohumlara deyil.. çox zaman ailəyə edilən müdaxilələr, onların idarə edilməsi, problemlərin kənar insanların təsiri nəticəsində daha da çətinləşməsi qaçınılmazdır. Gənc ailəyə imkan yaratmaq lazımdır ki. Ailə idarəçiliyini, çətinliklərini həllini öyrənsinlər yoxsa ki yersiz müdaxilələr problemin həlli əvəzini onu daha da çıxılmaz vəziyyətə gətirib çıxarır.
Ailə bütövlüyünü qorumaq üçün hər iki tərəf evdə olan heç bir şeyi (ana,ata) olsa belə heç kimə danışmamalı ailəsinə kənar müdaxilənin olmasına qəti şəkildə izn verməməlidir. Hər bir çətinikdə bir-birinin əlindən tutaraq əLindən gələni əsirgəməməlidirlər.
Müasir ailə modelində ailə psixoloquna çox zaman ehtiyac olur. Bəzən fərdlərin bir-birini anlamaması, kobudluğu, ailə davranışlarını bilməməsi nəticəsində və s etdikləri səhvlər mütləq şəkildə ailə psixoloqunun yardımına ehtiyac duyulurr. Ailə psixoloqu aradakı əsl problemi aşkar edib kökünə vararaq problem aradan qaldırır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər