Ramazan düşüncələri və mübarək ayın onu |
Müəllif: Admin | Bölmə: --- | Vaxt: 29-06-2014, 13:27 | Şərh sayı: (0) | Baxılıb: 884
Ramazanı sağlam keçirməyin 9 yolu
Ramazan nə vaxt başlayır?
Orucluq sabah girir eləmi? Neçə gün olacaq? Əhyalarda tutacağam ancaq. Bayram nə vaxtdı?
Hər il Ramazan ayı gələndə bu suallarla rastlaşırıq. Maraqlısı budur ki, bu sualları 11 ay Allahın haram buyurduqlarını edib 1 ay Ramazanı yola verməklə yenidən öz halına qayıtmaq istəyənlər verir. Əhya günlərində oruc tutan, Ramazan ayının cümə günlərində namaz qılan, yaxud əvvəldən 3 gün, axırdan 3 gün oruc tutanlar...
Ramazan ayında hər kəs Allahdan nə isə istəyir. Bir vasitə ilə bağışlanmaq diləyir. Bəzən riya, bəzən isə sidq ürəkdən. Ramazan hər kəsin ayıdır, rəhmətdir, bərəkətdir.
Mən isə artıq 3 ildir ki, Ramazan ayı gələndə yadıma bir hadisə düşür. İsti bir gün idi. Bütün günü o məhkəmədən bu məhkəməyə piyada getdiyimdən dilim-dodağım qurumuşdu. Bu ərəfədə bir xəbər aldım qardaşlardan. Hacı Abgül Süleymanov həbs edilib. Bilmədim bu xəbərə ağlayım, gülüm, sevinim, kədərlənim... Bu həm üzücü xəbər idi. Çünki həyat idealım olan ruhanini həbs etmişdilər. Həm sevindirici xəbər idi. Allah Hacı Abgülün əcrini Ramazan ayında əta etmişdi. Həm gülməli xəbər idi. Çünki Hacını narkotiklə ittiham edirdilər. Həm də kədərli xəbər idi, çünki Hacını uzun müddət görə bilməyəcəkdim.
Hər Ramazan gələndə bu hadisəni xatırlayıram. Amma indi yalnızca yuxarıda sadaladığım 4 hisdən biri qalıb. Sevinc. Çünki zaman keçdikcə Hacı Abgül Süleymanovun sözləri, onun hikməti, onun yolu davam etdi. Dayanmadı, inkişaf etdi və bu gün bəlkə də yüzlərlə gəncin, yeniyetmənin, qocanın, cavanın və zindanlarda olan məhbusların həyat idealıdır Abgül Süleymanov.
P.S. Həbsxanadan təzə çıxmış dindarlardan biri belə bir söhbət etdi. Onunla bir kamerada olan keçmiş cinayətkar, adam öldürmüş birisi belə bir söz işlətmişdi: “Mən bir dindar, bir kişi tanıyıram. Hacı Abgül. Fəxr edirəm ki, az da olsa, onunla bir kamerada qalmışam...”
Tural Əli islamazeri.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər