Əri ilə yola getməyən xanımlar daha diqqətlə oxusun.... |
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 2-12-2014, 01:32 | Şərh sayı: (0) | Baxılıb: 13827
Əri ilə yola getməyən xanımlar daha diqqətlə oxusun....
Ərinin məhəbbətini itirmiş qadın ariflərdən birinin yanına gəlib deyir: "Xahiş edirəm mənə elə bir dua yaz ki, ərim əvvəlki kimi məni sevsin, qayğıma qalsın və məndən başqasını sevməsin”.
Arif insan qadını heç nə ilə razı sala bilməyəcəyini görüb deyir: "Yaxşı, dediyini edərəm. Amma duanın daha tez təsir göstərməsi üçün mənə elə bir şey lazım olacaq ki, sən onu çətin əldə edə biləsən”. Qadın deyir: "Yetər ki, siz duanı yazın, nə istəsəniz mən onu sizin ixtiyarınıza qoyaram”. Arif insan deyir: "Elə isə diri erkək şirin yalından bir sıxım mənim üçün gətir, mən də duanı yazım”. Qadın təəccüblə deyir: "Diri şirin yalını mən necə əldə edə bilərəm axı?! Tapa bilsəm yalnız ölü şirin dərisini belə tapıb gətirə bilərəm”. Arif insan yalnız diri şirin yalı lazım olduğuna israr edir. Qadın çarəsiz qalıb buna razı olur. Şəhərin ən məşhur ovçularının yanına gedib onlardan bunu necə əldə edə bilməsi barədə məsləhətləşir. Ovçulardan biri deyir: "Bunu yalnız şirlər tox olduqları zaman edə bilərsən. Amma onlar insanı özlərinə yaxın buraxmazlar”. Qadın buna da razı olur və qəssabdan bir qədər ət alıb onların dolandıqları yerə gedir. Hər gün şirlərdən birini doyana qədər yedirdir və beləcə özünə alışdıra bilir. Günbəgün onlar bir-birinə yaxınlaşır, yaxın dostlara çevrilirlər. Nəhayət günlərin birində qadın özündə cəsarət tapıb şirə yaxınlaşır və onun yalından bir sıxım kəsir. Tez oradan uzaqlaşıb Arif şəxsin yanına gələrək deyir: "Şükür Allaha, istədiyini əldə edə bildim”. Arif şəxs ondan buna necə nail olduğunu soruşur, qadın hər şeyi olduğu kimi ona nəql edir. Arif şəxs gülümsəyərək qadına deyir: "Ərinin yanına qayıt, şirlə necə rəftar etdinsə, onunla da eləcə rəftar et. Necə olsa o, şir qədər təhlükəli deyil, qorxma ondan, o səni parçalayan deyil”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər