RSS
 

Login:
Şifrə:
» » Korrupsiya və rüşvətxorluğa qarşı ağır silah

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Korrupsiya və rüşvətxorluğa qarşı ağır silah

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-11-2015, 17:21 | Şərh sayı: (0) | Baxılıb: 305

Korrupsiya və rüşvətxorluğa qarşı ağır silah


Korrupsiya və rüşvətxorluğa qarşı ağır silah


Azərbaycan demokratik dəyərlərə söykənən dünyəvi bir dövlət quruculuğu yolu keçir. Bu yolun başlanğıcında qarşılaşdığımız maneələr mərhələli şəkildə aradan qaldırılır və nəticədə sərbəst, hərtərəfli inkişafa geniş imkanlar açılır. Tutduğumuz yol, şübhəsiz ki, bundan sonra da hamar olmayacaq. Lakin bu yolun rahat keçilməsini təmin edə biləcək bir neçə amil var ki, onlardan biri də ictimai nəzarətdir.

Ölkə Konstitusiyası, "Əmək Məcəlləsi", "İctimai iştirakçılıq haqqında", "İnformasiya əldə etmək haqqında" və "Polis haqqında" və digər qanunlar cəmiyyətimizdə ictimai nəzarətin ən yüksək səviyyədə olmasının tam hüquqi bazasını formalaşdırır.

Heç şübhəsiz ki, ictimai nəzarət dövlət idarəçiliyinin bütün sahələrini əhatə etməlidir. Lakin biz bu təhlilimizdə ictimai nəzarətin yalnız bir istiqaməti üzərində dayanacağıq. Konkret desək, biznesin inkişafı yolunda əngələ çevrilmiş neqativlərə - rüşvət və korrupsiyaya qarşı mübarizədə dövlətin atdığı addımlar və bu addımların səmərə verməsi üçün ictimai nəzarətin oynadığı roldan bəhs edəcəyik.

Azərbaycan prezidenti İlham Əliyev ictimai nəzarətin işlək mexanizmə çevrilməsində maraqlıdır və bunu əksər çıxışlarında vurğulayır. Sual oluna bilər: Nə üçün prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin rolunun artırılmasına bu qədər önəm verir? Dövlət başçısı nə üçün hər kəsi rüşvət və korrupsiyaya qarşı mübarizədə maksimum aktiv olmağa səsləyir?

Bu sualların bir cavabı var: Problemin həllində ictimai nəzarətin verə biləcəyi səmərəni dövlət başçısı hər kəsdən yaxşı bilir və bunu dəqiq hesablayır. Bu gün ölkə iqtisadiyyatının diversifikasiya edilməsi istiqamətində atılan addımlar ölkə başçısının müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının daha sürətlə reallaşdırılmasına yönəlib. Bu yolla daha sürətlə irəliləmək və daha yaxşı nəticələrin əldə olunması isə qarşıda olan maneələrin aradan qaldırılmasından çox asılıdır. Prezident İlham Əliyevin azad sahibkarlığın inkişafına əngəl olan bütün məqamlara qarşı nə qədər barışmaz mövqedə dayandığını onun rüşvət və korrupsiyaya qarşı elan etdiyi müharibədən və bu yolda ictimai nəzarətə verdiyi önəmlə bağlı söylədiyi fikirlərdən tam aydın görmək olar.

Prezident İlham Əliyevin ictimai nəzarətə xüsusi əhəmiyyət verdiyini göstərən faktlardan biri və bəlkə də birincisi 22 noyabr 2013-cü il tarixdə imzaladığı, 2014-cü il iyunun 1-dən qüvvəyə minmiş "İctimai iştirakçılıq haqqında" Qanundur. Qanunun 3.0.2. maddəsində mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi ilə bağlıdır.

Bu il may ayının 27-də Respublika Günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda isə prezident İlham Əliyev idarəetmə sahəsində aparılan müsbət islahatlardan bəhs edərkən ictimai nəzarət məsələlərinə dair mövqeyini kifayət qədər açıq şəkildə ortaya qoydu. Dövlət başçısının bu xüsusda səsləndirdiyi fikirləri xatırlamaq yerinə düşər: "İctimai nəzarət olmasa, ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməzlər. Ona görə bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır".

Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş 12 oktyabr tarixli iclasında prezident İlham Əliyev ictimai iştirakçılıq mövzusuna növbəti dəfə toxunaraq bu mexanizmi korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə əsas silah kimi xarakterizə etdi: "Mən dəfələrlə çıxışlarımda vətəndaşlara müraciət edərək onları daha da fəal olmağa çağırmışam. İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik. Ona görə dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır".

Prezident İlham Əliyevin bu çağırışları ilə ölkədə sahibkarlığın inkişafı yolunda atdığı qətiyyətli addımlar arasında tam bir paralellik müşahidə olunur. Bu gün dövlət tərəfindən ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan addımlar bir daha sübut edir ki, hakimiyyət ölkə iqtisadiyyatının neftdən asılılığını optimallaşdırmaq yolundakı fəaliyyətini daha da intensivləşdirmək əzmindədir. Bu kursun uğurla reallaşdırılmasında isə ictimai nəzarətin rolu əvəzsizdir.

Heç kəs heç nədən çəkinməməlidir. Bu Vətən, bu dövlət hər birimizindir. Dövlət başçısının müəyyən etdiyi iqtisadi inkişaf kursunun reallaşmasına maneə ola biləcək bütün neqativlərə qarşı hər kəsi birgə mübarizəyə səsləyir. Sahibkarlar heç nədən çəkinməməlidirlər.

Onlar bir məsələni bilməlidirlər ki, inkişafa əngəl olan neqativləri aradan qaldırmaq yolunda prezident İlham Əliyev onların yanındadır. Bundan böyük daha hansı dəstək ola bilər ki?

Fikrət Yusifov
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, Iqtisad elmləri doktoru, professor


Trend



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor