RSS
 

Login:
Şifrə:
» » Bunlar həqiqi şiə deyillər...

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Bunlar həqiqi şiə deyillər...

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 11-01-2016, 07:37 | Şərh sayı: (0) | Baxılıb: 1863

Bunlar həqiqi şiə deyillər...


Bunlar həqiqi şiə deyillər... 1. İmam Sadiq (ə) buyurur: "Dili ilə bir söz deyib, əməli ilə onun əksini göstərən bizim şiələrimizdən deyil”.
2. "Ey Məhəmməd (ə) ailəsinin şiələri! Qəzəbləndikdə qəzəbini cilovlamayan, ünsiyyətdə olduğu adama xoş rəftar göstərməyən, xoş dillə danışmayan, qarşı tərəf sülh istədikdə sülhə boyun qoymayan bizdən deyil”
3. "Bir şəhərdə minlərlə ondan daha təqvalısı olan kimsə bizim şiələrimizdən deyil”
4. "Bir qrup insan mənim onların imamı olduğumu düşünürlər. Allaha and olsun, mən onların imamı deyiləm. Allah onlara lənət etsin. Hansı örtüyü saldımsa yırtdılar. Mən bu cür deyirəm, onlar isə mənim fikrimin başqa cür olduğunu deyirlər. Mən o şəxsin imamıyam ki, mənə itaət edir”
5. İmam Həsən Əsgəri (ə) buyurur: "Bir kişi Peyğəmbərə (s) dedi: "Filankəs qonşusunun evinə baxır. Haram vəziyyət yarandıqda gözünü çəkmir. Peyğəmbər (s) narahat oldu və buyurdu: "Onu mənim yanıma gətirin”. Məclisdə iştirak edən başqa birisi dedi: "Ey Allahın Rəsulu! O, sizin şiələrinizdəndir. Sizin və Əlinin (ə) vilayətinə etiqadı olan, düşmənlərinizə nifrət bəsləyən biridir”. Həzrət (s) buyurdu: "O, bizim şiələrimizdəndir demə. Bu yalandır. Bizim şiələrimiz bizə tabe olanlar, yolumuzu davam etdirənlərdir”
Şiənin xalqla davranma vəzifələri

1. İmam Sadiq (ə) buyurmuşdur: "Ey şiələr! Siz bizə mənsubsunuz. Bizim zinətimiz olun. Elə bir iş görməyin ki, camaat bizə qarşı pis fikirdə olsun”.
2. "Allah rəhmət etsin xalq arasında bizi sevdirən, xalqın bizə qarşı düşmən mövqedə olmamalarına səbəb olan bəndəyə. And olsun Allaha, camaat bizim sözlərimizin üstün cəhətlərini görsələr, (hər keçən gün) daha məğlubedilməz olacaqlar. Heç bir zaman kimsə onlara yetə bilməz”
3. "Ey Əbu əl-Əla! Allahın salam və rəhmətini bizim şiələrimizə çatdır və mənim tərəfimdən onlara de: "Allah mərhəməti yaxşıya dəvət, pisə qadağa ilə xalqın sevgisini özünə və bizə cəlb edən bəndənin üzərindən əskik olmasın”
4. "Ey şiələr! Bizə zinət olun. Hörmətimizin sınmasına səbəb olmayın. Camaatla gözəl sözlərlə danışın. Dillərinizi qoruyub çox danışmaqdan, dilinizə pis sözlər gətirməkdən çəkinin”
5. İmam Hadi (ə) şiələrinə müraciətlə buyurur: "Təqva qazanın. Bizə zinət olun. Hörmətimizin sınmasına səbəb olmayın. Dostluğu, sevgini bizə doğru çəkin. Hər bir qəbahəti bizdən uzaq edin”

Şiəlik dünyanın gələcək məzhəbi

Şübhəsiz, İslam dini Allah tərəfindən Peyğəmbər (s) vasitəsi ilə göndərilmiş sonuncu dindir.Qurani-kərimdə İslam peyğəmbəri (s) "peyğəmbərlərin sonuncusu” kimi yad edilmişdir. Habelə şiə və əhli-sünnə rəvayətlərində Peyğəmbərin (s) belə buyurduğunu oxuyuruq: "Sən mənim üçün, Musa üçün Harun kimisən. Lakin məndən sonra peyğəmbər yoxdur”. Lakin hər bir dinin zühurundan sonra onda parçalanmalar yarandığından ortaya belə bir sual çıxır ki, həzrət Mehdinin (ə) zühuru zamanı hansı məzhəb hakim olacaqdır? Aşağıda sözügedən suala Quran ayələrinə, İslam rəvayətlərinə uyğun cavab verməyə çalışmışıq.

"Təşəyyö" (şiəlik) sözünün lüğət mənası

Cövhəri "Sihah əl-lüğə” əsərində yazır:"Şiəlik, müşayiət, yəni itaət etmək, kömək göstərmək, kiminsə rəhbərliyini qəbul etmək mənalarını ifadə edir” "Tac əl-ərus” "Lisan əl-ərəb” kitablarında da eyni məzmunlu ifadələrə rast gəlirik. "Təşəyyö” (şiəlik) sözü bir termin kimi imamət məqamını Allah tərəfindən bəxş edilən bir məqam hesab edən baxışlar sistemindən törəmişdir. Bu ideologiyaya görə, imamın seçilməsi Allah tərəfindən müqqəddəs mətnlər vasitəsi ilə gerçəkləşməlidir. Bu arada sevgili Peyğəmbərimiz (s) özü də Allah-Taalanın peyğəmbərlərin (ə) arasında qoyduğu ənənəyə sadiq qalaraq özündən sonrakı imam və vəsilərin (canişinlərin) adını açıqlamışdır. Əli (ə) ilə başlayan və İmam Mehdi (əc.) ilə yekunlaşan bu ilahi insanlar həm dini ideallarımız, həm də Peyğəmbərdən (s) sonra İslam ümmətinə rəhbərlik etməli olan öndərlərdirlər. Mərhum Şeyx Cavad Müğniyə yazır: "Şiəlik, Peyğəmbər (s) tərəfindən Əlinin (s) imamlığını və xəlifəliyini - onun və övladlarının haqqında bu və ya digər mübaliğəyə, şişirtməyə yol vermədən - açıqlayan, təsdiqləyən müqəddəs mətnlərin, hədis və bildirişlərin mövcudluğunu qəbul etmək, ona inanmaq deməkdir”. Şiəlik sözünün mənasına aydınlıq gətirdikdən sonra zühur əsrində hansı məzhəbin hakim olacağını aydınlaşdırırıq:Allah-Taala buyurur: "Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” Bu məsələ "Saff" (ayə: 9) surəsində və azacıq fərqlə "Fəth" (ayə: 28) surəsində təkrar olunmuşdur. Bu təkrar, Allahın öz dinini, yəni İslamı digər dinlərə qalib edəcəyi haqqında qəti qərarından xəbər verir."Zühur" sözünün lüğət mənası aşkar olmaq, üzə çıxmaqdır. "Əla" ("علی") ön qoşması ilə işləndikdə üstünlük tapmaq mənasını ifadə edir. "Zühur" sözü bu mənada bir çox Quran ayələrində işlənmişdir.Allah-Taala buyurur: "Onlar əvvəl də (Ühüd döyüşündə) fitnə törətmək istəmiş və sənin üçün bir para işləri alt-üst etmişdilər. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu”. "İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar”. Yuxarıdakı ayədə "zühur" (لِيُظْهِرَهُ) sözündən başa düşülür ki, Allah çox da uzaq olmayan gələcəkdə İslam dinini digər bütün dinlərə qalib edəcəkdir. Bu qələbə, şanlı zəfər - çoxsaylı əhli-sünnə və şiə hədislərinə görə, - Peyğəmbər (s) soyundan bir şəxsin, yəni həzrət Mehdinin (əc.) əli ilə baş verəcəkdir.Digər bir çox ayələrdən də həmin məna, yəni axırzamanda həzrət Mehdinin (əc.) zühuru anlaşılır.İndi isə sual budur: İslam məzhəblərindən hansı biri əsl İslam xəttini davam etdirir ki, zühur əsrində də həmin xətt yer kürəsində xalis Məhəmməd (s) dini kimi həyata keçirilsin? Qurana müraciət etməklə məlum olur ki, zühur əsrində hakim olacaq İslam bu gün şiə məzhəbində özünü göstərən İslamdır.Allah-Taala buyurur: "Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim”. O gün nə baş vermişdir ki, Allah ona görə öz dinini kamil etmişdir? O gün hansı hökm açıqlanmışdır ki, Allah xalqa öz nemətini onun vasitəsi ilə tamamlamışdır? O gün insanlara nə çatdırılımşdır ki, onun olması ilə Allah İslamın müsəlmanların dini olmasına razılıq vermişdir. Hansı ki o, olmasaydı razılıq olmayacaqdı.Bütün bu sualların cavabı sözügedən ayənin nazilolma səbəbində və "əl-yəvm"in (ألیَومٍ) hansı gün olmasında yatır. O gün nə baş vermişdir, hansı göstəriş çatdırılmışdır? Rəvayətlərə, təfsirçilərin "İkmal" ayəsi ilə bağlı izahlarına müraciət etdikdə görürük ki, ayənin nazilolma səbəbi Qədir-Xum günü ilə bağlıdır. Ayə Qədir-Xumda İmam Əlinin (ə) Allah tərəfindən xilafət və imamətə təyin olunmasından sonra nazil olmuşdur. Demək, Allahın razılaşdırılmış dini zühur dönəmində də, bütün dinlərə qələbə çalacaqdır. Bu, şiəlikdə, İmam Əliyə (ə) və on bir övladına (ə) tabe olmaqda təcəssüm edən dindir. Quranda oxuyuruq: "Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!” Bu ayədə Allah-Taala buyurur ki, bizim vədimiz bəyəndimiz dini bərpa etməkdir. Bu bəyənilmiş din hansı dindir? Bu, "İkmal" ayəsində işarə vurulan dindir. Orada deyilir: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim”. Yəni həzrət Əmir əl-Mömininin imamətə, xilafətə təyin olunduğu gün. Demək, ayənin mənası budur ki, razılaşdırılmış, bəyənilmiş din İmam Əlinin (ə) vilayəti ilə birgə olan dindir. Zühur əsrində də həmin din hakim olacaqdır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor