RSS
 

Login:
Şifrə:
» » «Quran»ın qəlbinin başlanğıcı

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






«Quran»ın qəlbinin başlanğıcı

 
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 20-06-2016, 19:55 | Şərh sayı: (0) | Baxılıb: 434

«Quran»ın qəlbinin başlanğıcı


«Quran»ın qəlbinin başlanğıcı«Yasin» surəsi də digər 28 surə kimi müqəttəə hərifləri ilə başlayır. Bu hərflər «Ya» və «Sin» hərifləridir. Bu hərflər barədə bir neçə təfsirlər verilmişdir. Ancaq «Yasin» surəsi barədə bu təfsirlərdən əlavə digər təfsirlər də olmuşdur. O cümlədən, bu kəlmə (Yasin kəlməsi) «Ya» və «Sin» hərflərindən təşkil olmuş bir kəlmədir. «Ya» hərfi (ərəb dilinin qrammatikasında) nida ədatı, «Sin» hərfi isə Peyğəmbər (s) cənablarına xitabdır. Beləliklə, Allah Peyğəmbəri (s) sonrakı ayələr üçün müxatəb qərar verir.
Müxtəlif hədislərdə gəlmişdir ki, «Yasin» Peyğəmbərin (s) adlarından biridir.
«Sin» hərfi barədə başqa bir nəzəriyyə isə budur ki, burada xitab Peyğəmbərin özünə yox, bütün insanlaradır. Lakin bu ehtimal sonrakı ayələrlə uyğun gəlmir. Çünki sonrakı ayələrdə bütün xitablar yalnız Peyğəmbərə (s) olunur.
İmam Sadiqdən (ə) belə bir rəvayət vardır: «Yasin Mühəmməd (s) Peyğəmbərin adıdır. Bunu sonrakı «sən həqiqətən Peyğəmbərlərdənsən. Doğru və düz yoldasan.» ayələri də təsdiq edir».
Müqəttəə hərflərindən sonra (müqəttəə hərfləri ilə başlayan digər surələrdə olduğu kimi) bu surədə də söhbət «Qurani–Kərimdən gedir. Lakin burada «Quran»a and içilərək deyilir: «Hikmətlə dolu olan «Quran»a and olsun.» Diqqəti cəlb edən məsələ budur ki, «Quran» bu ayədə «həkim» (hikmətlə dolu olan) sifəti ilə qələmə verilmişdir. Halbuki, əksər hallarda «həkim» canlı və aqil şəxslər üçün sifət gətirilir. Burada «Quran»ı «həkim» sifəti ilə birgə gətirməkdə məqsəd budur ki, Allah «Quran»ı canlı və aqil bir varlıq, onu insanlar üçün hikmət qapılarını açıb və sonrakı ayələrdə bəyan olmuş düz yola hidayət edə biləcək bir rəhbər kimi tanıtdırmaq istəyir. Əlbəttə, Allahın and içməyə heç bir ehtiyacı yoxdur və bu cür and içməyin yalnız iki faydası vardır. Birincisi, and içilən məsələyə təkid, ikincisi isə and içilən məsələnin əzəmətli və əhəmiyyətli olmasıdır. Səbəbi budur ki, heç kim dəyəri olmayan şeylərə and içməz .
Sonrakı ayədə Allah-təala nədən ötrü and içdiyini söyləyərək buyurur: «Sən, həqiqətən (Allah tərəfindən göndərilmiş, şəriət sahibi olan) Peyğəmbərlərdənsən.»
Daha sonra isə bu risalət və Peyğəmbərliyin həqiqətlə uyğun və düz yol olduğunu bildirib deyir: «Düz yoldasan!(Doğru yol üzrə göndərilən Peyğəmbərlərdənsən. Allahın əsl tövhid dini olan İslam dinindəsən. Bu yolu tutub gedən haqqa yetişər.)
Bunları dedikdən sonra «Quran»ın, Əziz və Rəhim Allah tərəfindən nazil olduğunu bəyan edir: «Bu «Quran» (mülkündə) yenilməz qüvvət sahibi (Əziz) və (bəndələrinə) mərhəmətli (Rəhim) olan Allah tərəfindən nazil edilmişdir.
Allahın Özünü Əziz (əzəmət və yenilməz qüvvə) adlandırmasınının səbəbi Onun belə bir böyük, məğlubedilməz və bütün əsrlər boyu əbədi bir möcüzə kimi yaşayacaq kitabı («Quran»ı) bəşəriyyət üçün göndərməsi və eləcə də Allahdan başqa bir qüdrətin bu kitabı ürək və qəlblərin səhifəsindən pozub məhv edə bilməməsidir.
«Rəhim» sifəti ilə özünü qələmə verməsinin səbəbi də odur ki, Onun rəhmətinin sayəsində belə bir nemət («Quran») gəlib insanların əlinə çatmışdır. Bəzi təfsirçilər bu iki sifəti (Əziz və Rəhim sifətlərini) bir-birinin əksinə olan sifətlər hesab etmişlər. Yəni, əgər camaat bu kitabı və göndərilən Peyğəmbəri danıb inkar etsə, Allah Öz qüdrəti ilə onları qorxudub belə işdən əl çəkmələrini tələb edər. Yox, əgər camaat Quranı qəbul edib Allahın Peyğəmbər inə iman gətirsə, belə olan təqdirdə Allah Öz rəhməti ilə onlara müjdə verir. Məhz bu səbəbdən Allahın biri qorxu, digəri isə müjdə aynası olan izzət (Əziz) və rəhmət (Rəhim) xüsusiyyətləri bir-biri ilə əl-ələ vermiş və böyük, səmavi kitabı insanların ixtiyarına qoymuşdur. Burada belə bir sual yaranır ki, Peyğəmbər və ya kitabın, Haqq tərəfindən göndərilməsini təkcə and içməklə sübut etmək mümkündürmü? Bu sualın cavabı yuxardakı ayələrin mənasında gizlənmişdir. Çünki Allah «Quran»ı «hikmətlə dolu olan» adlandırmış və onun hikmətli olmasına heç kimin şübhəsi yoxdur. Elə bunun özü (hikmətli olması) «Quran»ın düzgün olub, Haqq tərəfindən gəlməsinə bir sübutdur. Başqa bir tərəfdən isə Allah Peyğəmbərin düzgün yolda olmasını tələb edir. Peyğəmbərin dəvətinin mənası onun düz yolda olmasını vurğulayır. Onun həyat sabiqəsi də bu məsələyə sübutdur.
Ümumiyyətlə, Peyğəmbərlərin doğru yolda olmalarını və Allah tərəfindən göndərilib-göndərilməməsini bilmək üçün onların dəvətlərinin mahiyyəti diqqətlə araşdırılmalıdır. Əgər dəvətin mahiyyəti fitrət, əql və vicdana müvafiq olarsa, digər tərəfdən də Peyğəmbərlərin gördüyü işlər bəşəriyyətin qüdrəti xaricində olarsa və onun keçdikləri həyat yolu sədaqətli olmasından xəbər verərsə, demək, həmin Peyğəmbər Allah tərəfindən göndərilmişdir. Yuxarıdakı ayələr həqiqətdə bu iki məsələyə (Quran və Peyğəmbərlərin Onun tərəfindən gönərildiyinə) açıq-aşkar bir sübutdur. Deməli, yuxarıda içilən and heç də əsassız deyildir.
Bundan əlavə Peyğəmbər öz müşrikliyindən əl çəkməyən şəxslərin qəlbinə nüfuz etmək üçün sözləri (ayələri) nə qədər möhkəm və təkidlə deyərsə onların diqqətini daha çox cəlb etmiş olar.
Başqa bir sual irəli gəlir ki, bəs nə üçün Allah bu ayələrdə ancaq Peyğəmbərə xitab edir və müşriklərlə birgə ümumi camaat bu xitaba şimal olmurlar?
Bunun cavabında deyilir ki, məqsəd Peyğəmbərin haqq və düz yolda olmasına bəyan etməkdir. İstər müşriklər və digər insanlar onun düz yolda olmasını qəbul etsinlər, istərsə də qəbul etməsinlər. Buna görə də Allah Peyğəmbərə öz vəzifəsində ciddi və fəal olmasını həm də müxalif şəxslərin onun nübüvvətini qəbul etmədiyinə görə ruhdan düşməməsini tövsiyə edir.
Sonrakı ayə «Quran»ın nazil olmasının ən əsas səbəbini izah edir: «(Bu Quranı sənə nazil etdik ki, onunla «Cahiliyyət dövründə) ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın hökümlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib, qorxudasan.»
Şübhəsiz ki, bu tayfa, müşrik və cahil ərəblərdir. Ola bilər deyilsin ki, bizim əqidəmizə görə heç bir ümmət və tayfa peyğəmbərsiz olmayıb. Bəs necə ola bilər ki, müşrik ərəblərin ata-babaları qorxudulmayıb? (Yəni onların peyğəmbəri olmayıb?)
Bu sualın cavabında deyilir ki, bizim bəhs etdiyimiz ayədə məqsəd risalət və nübüvvəti ümumi olan (şəriət sahibi olan) peyğəmbərdir. Müşrik ərəblərin ata-babalarının dövründə isə belə bir peyğəmbər olmamışdır. Ola bilsin risalət və nübüvvəti ümumi (şəriət sahibi) olmayan peyğəmbər onlara göndərilib. Çünki, yer üzü heç vaxt İlahi elçisindən boş qalmaz. Həzrət İsa (ə) ilə Muhəmməd (s) peyğəmbərin arasında olan fasilənin «peyğəmbərsizlik dövrü » adlandırılması o demək deyildir ki, bu iki peyğəmbər arasındakı dövrdə başqa bir Peyğəmbər olmayıb. Xeyr, peyğəmbər olub, lakin onların nübüvvəti ümumi olmayıb (və şəriət sahibi olmayıblar). Onlar yalnız müəyyən camaatın və ya müəyyən şəhərin peyğəmbəri olmuşlar. Deməli, «peyğəmbərsizlik dövrü» dedikdə o nəzərdə tutulur ki, həmin peyğəmbərlər arasında olan fasilədə peyğəmbərliyi ümumi olan başqa bir peyğəmbər olmamışdır.
Həzrət Əli (ə) bu barədə belə buyurur: «İnnəllahə bəəsə Muhəmmədən (s) və ləysə əhədun minəl ərəbi yəqrəu kitabən və la yəddəi nubuvvətən»
«Allah təala Muhəmmədi (s) ərəbərin heç kimin səmavi bir kitab oxumadığı və Peyğəmbər lik iddiası etmədiyi bir dövürdə göndərilmişdir». («Nəhcül bəlağə». 33 və 104-cü xütbələr). Bir sözlə, «Quran»ın nazil edilməsindən məqsəd qafil insanları xəbərdar etmək, yatmışları qəflət yuxusundan oyatmaq, eləcə də onları əhatə etmiş xətər və aludə olduqları günahları onların yadına salmaqdır. Həqiqətən «Quran» insanı ayıldan və onu günahdan təmizləyən bir kitabdır.
Sonra «Quran»da kafirlərin rəhbər və başçılarının aqibəti barədə deyilmişdir: «Doğrudan da onların əksəriyyəti barədə o söz (əzəldən buyurduğumuz əzab hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha və Onun peyğəmbərinə) iman gətirməzlər. (Biz onların iman gətirməyəcəklərini öz əzəli elmimizlə bilib lövhi-məhfuzda təsbit etmişik).
Bu ayədə «onların əksəriyyəti barədə o söz» ifadəsində «o söz»-dəki məqsədin nə olduğu barədə təfsirçilər bir neçə ehtimal irəli sürmüşdlər. Çox ehtimala görə bunda məqsəd şeytan yolunun davamçılarına verilmiş Cəhənnəm əzabının vədəsidir. Necə ki, «Səcdə» surəsinin 13-cü ayəsində deyilir: «Cəhənnəmi mütləq bütün(günahkar) cinlər və insanlarla dolduracağam» sözünü gerçək olaraq demişəm!»
Başqa bir yerdə, «Zumər» surəsinin 71-ci ayəsində deyilir:
«Lakin əzab hökmü kafirlər barəsində vacib oldu!» Hər bir halda bu ayələr, öz əlaqələrini Allah ilə qırmış, hidayət qapılarını öz üzlərinə bağlamış və inadkarlıqlarında ən yüksək dərəcəyə çatmış insanlara aiddir. Bəli! Bu insanlar heç vaxt iman gətirməyəcək və geriyə dönməyə yolları qalmamışdır. Çünki arxaya qayıtmaq üçün qurulmuş körpülərin hamısını uçurub dağıtmışlar.
İnsan yalnız o vaxt hidayət ola bilər ki, özünün tövhid əsasında xəlq olan fitrətini çirkin əməlləri ilə məhv etməsin. Yox, əgər tövhidi fitrətini təmamilə məhv edərsə belə insan daha hidayət olmaz və özünün ümüd çıraqlarını söndürər.
Beləliklə də məlum olur ki, ömür boyu hidayət olmayan şəxslərdən məqsəd kafir və müşriklərinin rəhbərləridir. Elə buna görə onların bəziləri müsəlmanlarla kafirlər arasında olan döyüşlərdə Cəhənnəmə vasil oldular. Sağ qalanlar da ömürlərinin axırına kimi (Məkkənin fəthindən sonra zahirdə müsəlmanlar olsalar da) qəlbən iman gətirmədilər. Sonrakı ayələrdəki «onları qorxutsanda, qorxutmasanda onlar üçün birdir; iman gətirməzlər» kimi ifadələr bu məsələyə bir sübutdur.
Sonrakı ayədə yenə söhbət bu cür hegemon şəxslərdən gedir. Onların boyunlarından çənələrinə qədər sallanmış və başlarını yuxarı qaldırmağa qoymayan zəncir və həlqələrdən söhbət açılmışdır: «Biz onların boyunlarına dəmir həlqələr (zəncir) keçirtmişik. O həlqələr onların lap çənələrinə dirənmişdir. Buna görə başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. (Əlləri zəncirlə boyunlarına bağlandığı üçün başları yuxarını qaldırmağa, gözlərini aşağı dikməyə məcbur olmuşlar. Onlar boyunlarını bir tərəfə döndərmək, əllərini sağa-sola tərpətmək, ətrafa nəzər salmaq, hətta ayaqlarının altını görmək belə iqtidarında belə deyillər. Beləliklə, kafirlər nə haqqı görər, nə də ona boyun əyərlər)».
Əğlal (həlqələr) ğüll ( həlqə) sözünün cəmi və ləksik mənası «bir əşyanın arasında olan şey» deməkdir. Misal üçün ağacların arasında axıb-gedən suya (arxa) ğüləl deyirlər. «Ğüll» əl və ya boyundan asılan halqaya deyilir.
Əllər və boyun o halqanın arasında olduğuna görə bu kəlmə (əğlal kəlməsi) əl və boyun barədə işlənilmişdir. Bəzi hallarda boyundan asılıb zəncirlə bağlanmış həlqə ayrıca bağlanır, bəzən isə əlləri də həmən həlqəyə keçirib zəncirə bağlayıb boyundan asılı həlqəyə bağlayarlarmış. Beləliklə də zindanda olan şəxsə əzab-əziyyət verirlərmiş.
Bəzi hallarda boyundan asılan zəncir çənəyə qədər dirənərək insanı başını dik saxlamağa və gözlərini aşağı dikməyə məcbur edərdi. Bununla da əsir və ya zindanda olan şəxs həddən artıq əziyyət çəkir və öz ətrafını görməkdə ətrafını gerçəkdən aciz qalırdı.
Təəccüblü budur ki, Allah büdpərəst insanları boynundan zəncir asılmış şəxslərə bənzətmişdir. Onlar ata-babalarının yolunu getməklə «dində olmayan adət-ənənələr» zəncirlərini boyun və əllərinə bağlamışlar. (məcazi zəncirlər) Bu zəncirlər o qədər uzundur ki, onların başlarını yuxarı qaldırmış və həqiqəti görməkdən məhrum etmişdir. Onların nə hərəkət etmək, nə də həqiqəti görmək iqtidarları var.
Bu ayə imansız insanların həm bu dünyada, həm də axirətdəki taleyindən xəbər verir. Ola bilər deyilsin ki, ayədə işlədilmiş fel (cəəlna feli) keçmiş zamanda işlənilmişdir və ancaq bu dünyadakı hadisələri bəyan etmişdir. Burada axirətdəki talelər vurğulanmamışdır. Çünki qiyamət günü hələ gələcək zamanda olacaq, fel isə keçmiş zamandadır.
Cavab olaraq göstərilir ki, «Quran»da bir çox ayələrdə hələ həyata keçməmiş, lakin gələcəkdə mütləq baş verəcək hadisələr keçmiş zamanda işlənmiş feli ilə bəyan olmuşdur. Bu da həmin hadisələrin mütləq baş verəcəyini göstərir. Bu hadisələrin həyata keçmələri o qədər mütləqdir ki, Allah həmin hadisələri keçmiş zaman feli ilə gətirmiş və bu hadisələri həyata keçmiş kimi qələmə vermişdir. Deməli, bu ayə bütpərəstlərin həm dünya, həm də axirət talelərini açıqlayır.
Təfsirçilərdən bir çoxu bu və bundan sonrakı ayələrin nazil olmasının bir neçə səbəblərini açıqlamışlar. Onların dediyinə görə bu ayələr «Əbu Cəhl», ya «Bəni Məxzum» ya da «Qüreyş» tayfasından olan bir kişi barəsində nazil olmuşdur. Bu insan bir neçə dəfə Peyğəmbər (s) sui-qəsd etmək istəmiş. Lakin Allah möcüzə vastəsi ilə onu bu çirkin məqsədə nail olmağa qoymamış. Hətta bir dəfə Peyğəmbəri (s) yaxalayaraq onu vurmaq istədikdə ya gözləri tutulmuş, ya da hərəkət etmə qüvvəsi ondan alınmışdır.1 Bunun mənası bu deyil ki, bu ayə bütpərəstlərin digər rəhbərinə aid deyil. Əksinə bu ayə yuxarıda «onlar iman gətirməyəcəklər» ayəsinin təfsirində dediyimiz sözü təsdiq edir və «onlar»dan məqsəd müşriklərin çoxu yox, onların rəhbərlərinin çoxudur.
Sonrakı ayə bu dəstənin daha bir bədbəxtçiliyini vurğulayaraq onların inadkarlıq etmələrinin səbəbini bəyan edir: «Biz onların ön və arxalarına sədd çəkib gözlərini bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamət və nişanələri ) görmürlər. (Onların bəsirət gözü tutulub kor edilmiş, bütün hidayət yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də mənən və batinən görmürlər)».
Onlar bu iki sədd arasında mühasirəyə düşmüş, nə irəli getməyə, nə də geri dönməyə yolları qalmamışdır.
«Buna görə də heç nəyi görmürlər» ifadəsiisə onların taleyinə son qoyur.
«Quran»ın bu ifadəsi çox təəccüblüdür. Bir tərəfdən əl-qolları zəncirlənmiş, digər tərəfdən də bu zəncirlər o qədər böyük və uzundur ki, onların başlarını yuxarı çəkmiş və öz ətraflarını görməkdən belə onları məhrum etmişdir. Bir tərəfdən onların ön və arxalarına sədd çəkilərək irəli və geriyə olan yolları bağlanılmış, başqa bir tərəfdən isə gözlərinə pərdə çəkərək görmə qabiliyyətləri bütünlüklə fəaliyyətdən saxlanılmışdır.
Yaxşı fikirləşin, görün bu xüsusiyyətlərə malik olan insanlardan nə asılıdır? Nəyi başa düşərlər? Nəyi və hansı həqiqəti görə bilərlər? İrəli gedə bilərlərmi?
Özünüsevər, təkəbbürlü, kor-koranə və fanatik surətdə ata-babalarının yolunu gedən və eləcə də bütpərəst insanların vəziyyəti həqiqət qarşısında belə olar.
Məhz bu səbəbdən birinci hissənin sonuncu ayəsində açıq-aşkar deyilir: «Ya Peyğəmbər! Onları qorxutsan da, qorxutmasan da onlara fərq etməz, iman gətirməzlər».
Peyğəmbərin (s) sözləri və Allah tərəfindən nazil olan vəhy nə qədər təsirli olsa belə, əgər bunları qəbul etməyə hazır olmayan şəxslərə desək onlara heç bir təsir bağışlamayacaq. Şoranlıq bir yerə min illərlə belə günəş saçarsa, bərəkətli yağışlar yağarsa, yenə də oraya faydası olmayacaq. Oradan yalnız toz-torpaq ələ gələcək. Çünki şoranlığın məhsul verməyə ləyaqət və səlahiyyəti yoxdur.

İncəliklər:

1.Tanıma qüvvələrinin fəaliyyətdən düşməsi.
İnsanın öz vücudundan kənardakı aləmlə ünsiyyətdə olmaq üçün tanıma qüvvələrinə ehtiyacı vardır. Bu qüvvələrin bəziləri insanın batininə, bəziləri isə onun zahirinə aiddir. Ağıl, düşüncə, vicdan və fitrət batini, zahirdə olan hissiyyat o cümlədən eşitmək, görmək və bu kimi qüvvələr isə insanın xarici qüvvələri hesab olunur.
Allahın verdiyi bu qüvvələr əgər lazımlı yerlərdə istifadə olunsa günü-gündən daha güclü, daha yaxşı və daha diqqətli fəaliyyətdən göstərər, həqiqətləri olduğu kimi anlayar. Yox, əgər bu qüvvələrdən pozğun və azğın yerlərdə istifadə olunsa, yaxud heç istifadə olunmasa, onda bu qüvvələr yavaş-yavaş azalar, ya da ki, bütünlükdə fəaliyyət düşərlər. Həqiqəti əksinə cilvələndirərlər. Bu qüvvələri bir aynaya bənzətmək olar. Əgər ayna təmiz, ləkəsiz olarsa ona düşən şəkli olduğu kimi göstərəcək. Ancaq ayna sınıq, çirkin və ləkəli olarsa ona düşən şəkli göstərə bilməyəcək. Göstərsə də olduğu kimi göstərməyəcək.
İnsanın gördüyü səhv işlər, törətdiyi günah və cinayətlər, düzgün seçmədiyi yolun nəticəsində bu böyük nemət insanın əlindən çıxır. Elə buna görə də birinci növbədə insanın özü günahkardır.
Əvvəlki ayələr bu əhəmiyyətli və insan taleyini həlledən məsələni bəyan edir. Allah təkəbbürlü, özünüsevər və fanatik surətdə ata-babalarının yolunu davam etdirən insanları zəncirlərlə bağlanmış (bu zəncirlər təkəbbür, xudbinlik və.. zəncirləridir), iki sədd arasında qalıb getməyə yolu olmayan və gözlərinə pərdə çəkilmiş insanlara bənzətmişdir.
Bu üç bədbəxtliyin səbəbləri hər biri ayrı-ayrılıqda insanı öz hərəkətindən saxlaya bilər.
Onların ön və arxalarından çəkilmiş bu iki sədd o qədər hündür və bir-birinə yaxındır ki, onların hərəkətinin qarşısını almaqdan əlavə görmə qabiliyyətini də onların əlindən alır.


«Quran» ayələrində və islami hədislərdə deyilir ki, əgər insan bir günah edərsə gərək tez tövbə edib Allaha tərəf qayıtsın. Tövbəni gecikdirib təxirə salmasın, günahını təkrar etməsin. Bu cür ifadələrin hamısı bunu göstərir ki, insan gərək bu mərhələyə yetişməsin. Kiçik və xırda çətinlikləri yolunun qarşısını kəsən böyük səddlərə çevirməsin. Öz hərəkətinin qarşısını kəsməsin. Gözlərinin önündən pərdə asmasın və görmə qabiliyyətini əldən verməsin.

2.Öndən və arxadan çəkilmiş səddlər:

Bəzi təfsirçilər üçün belə bir sual qarşıya çıxıb ki, insanın qarşısını alın öndən çəkilmiş səddir. Daha arxadan çəkilən səddin nə mənası var?

Bir qrup təfsirçilər buna belə cavab vermişlər ki, insanın iki cür hidayət yolu var: istidlali hidayət (yəni insan özü bu yolu tapıb seçmişdir) və fitri hidayət (yəni Allah insanı fitrətən hidayət etmişdir). Öndən çəkilən sədd insanı istidlali hidayətdən məhrum edir, fonun yalnız geri dönüb öz fitri hidayətinə nəzər salmaq imkanı var. Lakin arxadan çəkilən sədd insanı fitri hidayətdən də məhrum edir.

Ayənin təfsirində başqa bir ehtimal da vardır ki, insan məqsədinə çatmaq üçün getdiyi yolda bir çətinliklə üzləşərsə, başqa bir yol seçmək üçün geriyə dönməlidir. Lakin arxadan çəkilən divar və sədd onun geriyə dönməyinə mane olur.

Başqa bir sual da budur ki, nə üçün bu səddlər insanın sağ və solundan çəkilməmiş , ön və arxadan çəkilmişdir?

Bu sualın cavabı çox sadədir. Çünki insan sağa, yaxud sola getməklə məqsədinə nail ola olmaz. İnsan yalnız irəli getməklə məqsəd və hədəfinə çata bilər.

Bundan əlavə səddi çox vaxtlar sağı, solu bağlı və yalnız irəli getməyə yolu olan yerlərdə çəkərlər. Bununla da insan tam mühasirədə olar.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor