RSS
 

Login:
Şifrə:
» » Qurani-Kərimdə şəfaəti sübut edəcək ayələr varmı?

Xəbər lenti

"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Qurani-Kərimdə şəfaəti sübut edəcək ayələr varmı?

 
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 2-06-2016, 19:56 | Şərh sayı: (0) | Baxılıb: 1438

Qurani-Kərimdə şəfaəti sübut edəcək ayələr varmı?


Qurani-Kərimdə şəfaəti sübut edəcək ayələr varmı?“Allah yanında əhd-peyman sahibi olmaq, Allahın razılığını cəlb etmək və zülm kimi günahlardan uzaqlaşmaq şəfaət olunmağın vacib şərtlərindəndir”

Qurani-Kərimdə “şəfaət”-i sübut edəcək ayələr varmı? İslam alimlərinin bu barədə nəzəriyyəsi nədir? İslaminSesi xəbər verir ki, “Yeni Nəbz”, müsəlmanları daha çox maraqlandıran bu suallara ilahiyyatçı alim, Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevin cavablarını təqdim edir.

Əgər sualın birinci hissəsini bir cümlə ilə cavablandırmaq istəsək, “bəli, Qurani-Kərimdə “şəfaət”-i sübut edən ayələr var” deyə bilərik.
Qurani-Kərim müxtəlif surələrdə, müxtəlif münasibətlərlə bir çox ayələrdə şəfaət məsələsinə aydınlıq gətirib. Bu ayələrin yekun məqsədini əldə etmək üçün onları bir-birinin kənarına qoyub, birlikdə nəzərə alaraq təfsir etmək lazımdır. Əgər bu ayələr biri digərinin köməyilə təfsir olunsa, şəfaət bəhsinin bütün müşkülləri çox aydın surətdə həllini taparaq bu zəmində verilən sualların hamısı layiqincə cavablandırılar. Bu qisim ayələr birlikdə təfsir olmadığına görə bir çox şübhələrə səbəb olmuşdur. Bu, o insanların təqsiridir ki, həmin ayələri - bilərəkdən və ya bilməyərəkdən ayrı - ayrılıqda təfsir etməyə çalışaraq şəfaət məsələsini həll etmək istəmişlər. Ya da həqiqətən bəziləri bu ayələrin bir-ikisini seçməkdə və öz məqsədlərini sübut etməkdə sui-niyyətləri var. Hər halda “şəfaət” məsələsinə aid olan ayələrin hər biri bir hədəfi təqib etdiyinə görə onları bir neçə dəstəyə bölmək mümkündür:

1. Şəfaəti nəhy edən ayələr

a) “Şəfaət edənlərin şəfaəti onlara fayda verməz.” (“Müddəssir” surəsi, ayə 48).

Bu ayədən əvvəlki ayələrə nəzər saldıqda məlum olur ki, bu ayə kafirlərin barəsindədir. Yəni o şəxslər ki, Qiyamət gününü təkzib edib, namaz qılmayıb, miskinlərə itam verməyiblər. O şəxslər ki, Allaha, Allahın Rəsuluna (s) və Onun nazil etdiyi səmavi kitablara arxa çevirməklə Allahla olan bütün əlaqələrini pozublar. Məhz bu insanlar şəfaət mərhəmətindən məhrum olacaqlar. Bu ayədə bir dəstə insanların barəsində şəfaəti təmamən nəfy etməsinə baxmayaraq, ayədə zikr olunan “şafein” (şəfaət edənlər) kəlməsinə və “fəma tənfəuhum” (şəfaət edənlərin şəfaəti onlara fayda verməz) cümləsinə diqqət etdikdə məlum olur ki, o gün şəfaət edənlər də, şəfaət olunanlar da olacaq. Odur ki, bu ayə şəfaəti nəfy edən ayələrdən hesab olunsa belə, lakin dolayısı yolla şəfaətin olacağını sübut edir.

b) Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin! (“Bəqərə” surəsi, ayə 48).

Bu ayədə Allah-Taala Yəhud qovmünə xitab edır. Nəhydən məqsəd, onların nəzərində olan şəfaəti nəhy etməkdir. Onlar “Biz peyğəmbərlərin övladlarıyıq. Əcdadlarımız bizi şəfaət edəcəklər” deyə söyləyirdilər. Bu səhv düşüncə, onların cinayətə, günaha mürtəkib olmalarına və vacibi vəzifələrini tərk etmələrinə səbəb olmuşdur. Allah-Taala onların bu xam fikirlərinin üstündən qırmızı xətt çəkərək onları bu növ şəfaətdən məhrum edəcəyini bildirir.

2. Şəfaətin Allaha məxsus olduğunu bildirən ayələr

a) “Göyləri, yeri və onların arasındakıları altı günə xəlq edən, sonar ərşi yaradıb hökmü altına alan Allahdır. Sizin Ondan başqa heç bir haminiz və şəfaət edəniniz yoxdur. Məgər öyüd-nəsihət etməyəcəksiniz?” (“Səcdə” surəsi, ayə 4).

Ayənin əvvəlində göylərin və yerin xilqətinə və Allahın mütləq hakimiyyətinə işarə etdikdən sonar buyurur: “Sizin Ondan başqa heç bir haminiz və şəfaət edəniniz yoxdur.” Xaliq də Odur və aləmdə tək bir hökm edən də Odur. Ona görə də vilayət və şəfaət məqamı Ona məxsusdur. Beləliklə, şəfaət məqamı zatən bu aləmi xəlq edib və tədbir edənə məxsusdur. Əgər peyğəmbərlərdən və onların canişinlərindən kimsə şəfaətetmə məqamına nail olursa şübhəsiz ki, bu məqam Allahın tərəfindən ona verilir. Necə ki, hakimiyyət və hidayət etmə məqamı onlara Allah tərəfindən əta olunmuşdur.

b) Bütləri öz şəfaətçiləri hesab edən bütpərəstlərin batil əqidələrinə cavab olaraq buyurur: “De ki: Bütün şəfaət yalnız Allaha məxsusdur.”
Sonra bunun səbəbini belə izah edir: “Çünki göylərin və yerin hakimiyyəti Ona məxsusdur. Sonra siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!” (“Zümər” surəsi, ayə 44).

Bu dəstə ayələr bütlərdən şəfaət səlahiyyətini nəhy edir. Cahil ərəblər bütlərə ibadət edərək belə güman edirdilər ki, bütlər onları şəfaət edəcəklər. Allah-Taala onların bu qeyri-səhih əqidələrinə cavab verərək bildirir ki, günahkarları əfv edib, onlara şəfaətçi ola biləcək şəxs gərək bütün kainatın xaliqi və maliki olsun. Vücudlarını ondan alıb və yenidən ona doğru qayıtsınlar. Odur ki, bu qisimdə olan ayələr Allah-Taalanın, şəfaətin əsl sahibi olduğunu bəyan edir. Bu ayələrdən məlum olur ki, şəfaət zatən və birbaşa Allah-Taalaya məxsusdur.

3. Allahın izniylə başqalarının şəfaət etməsini bəyan edən ayələr

Bu qisim ayələr həqiqətdə ikinci qisimdə olan ayələri tamamlayır.

a) “Bəqərə” susəsinin 255-ci (ayətəl-kürsü) ayəsində bütün kainatın, göylərin və yerin qəyyumluğunu, malikiyyətini Allah-Taalaya ixtisas verdikdən sonar buyurur: “Allahın hüzürunda Onun izni olmadan kim şəfaət edə bilər?!”

Odur ki, qiyamət günü peyğəmbərlər, övliyalar, şəfaət edənlər şəfaət üçün izni məhz Allah-Taaladan kəsb edəcəklər. Şübhəsiz ki, Allahın izni hikmət, hesab-kitab üzrədir. Əgər bir nəfər şəfaət olunmağa layiq deyilsə, onu şəfaət etmək üçün izn verilməyəcək. Beləliklə də, “Allahın dərgahında şəfaət edəcək” bəhanəsiylə bütlərə sitayiş edən bütpərəstlərin batil əqidələrinin üstündən qırmızı xətt çəkilir.

b) Bu mənanı ikinci ayədə başqa surətdə bəyan edərək buyurur: “O gün Rəhmanın izin verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz!” (“Taha” surəsi, ayə 109).

Bu ayə qiyamət günü Allahın iznilə şəfaətin olmasına açıq-aydın bir sübutdur.

4. Şəfaət olunanların şərtlərini bəyan edən ayələr

a) Allahın razı qaldığı şəxslər şəfaət olunacaqlar: “…Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər…” (“Ənbiya” surəsi, ayə 28)

b) Zalımlar şəfaətdən məhrumdur: (“…(Qiyamət günü) zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar!” (“Ğafir” surəsi, ayə 18).

Əhli-sünnənin görkəmli alimlərindən olan Fəxri-Razi öz təfsirində bu ayədə “zalımlar”dan məqsəd kafirlərin olduğunu bəyan edir. (“Təfsirul-kəbir”, 27-ci cild, səh: 50).

Həmcinin əhli-sünnənin digər görkəımli alimi Əllamə Alusi “Ruhul-məani” kitabında bu təfsiri qəbul etmişdi.

c) Allah yanında əhd-peymanı olanlar şəfaət olunacaqlar.

“Məryəm” surəsinin 87-ci ayəsində Qiyamət günü günahkarların cəhənnəmə qovulduqlarına işarə etdikdən sonar buyurur: “Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar.”

Bundan əvvəlki ayələri nəzərə aldıqda məlum olur ki, bu ayədən məqsəd şəfaət olunanlardır və Allah-Taala onların şəfaət olunmaları üçün öncədən şərt bəyan edir.
Bu ayədə əhd-peymandan məqsəd Allaha iman gətirmək, onun vəhdaniyyətinə iqrar etmək, peyğəmbərləri təsdiq edib övsiyanın vilayətini qəbul etməkdir. Bəziləri buna əməli-salehi də əlavə ediblər. Bələliklə də, Allah yanında əhd-peyman sahibi olmaq, Allahın razılığını cəlb etmək və zülm kimi günahlardan uzaqlaşmaq şəfaət olunmağın vacib şərtlərindəndir.

Nəticə

Əgər şəfaət ayələri bir-birinin kənarında mənalandırılsalar məlum olar ki, şəfaət İslam məntiqində qeydsiz, şərtsiz deyil. Həm şəfaət edənin və həm də şəfaət olunanın özünə məxsus şərtləri vardır. Habelə həm şəfaət edən etdiyi şəfaəti Allahın icazəsi və izniylə edəcək və həm də şəfaət olunan Allanın izni və icazəsiylə şəfaət olunacaq. Odur ki, əgər biri peyğəmbərin zövcəsi olsa da belə, amma Allahın icazəsini əldə edə biləcək şərtləri kəsb etməsə Qiyamət günü şəfaət olunmaqdan məhrum olacaq. Necə ki, Nuh peyğəmbərlə Lut peyğəmbərin zövcələri onlara xəyanət etdiklərinə görə şəfaətdən məhrum olacaqlar. Bu haqda “Təhrim” surəsinin 10-cu ayəsində oxuyuruq: “...Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahın əzabından heç vəchlə qurtara bilmədilər. Onlara: “Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” - deyildi.”

Amma alimlərin nəzəriyyəsinə gəlincə isə, bunu demək lazımdır ki, şəfaətin təfərrüatında ixtilaflı nəzəriyyələr olsa da belə, əsl məsələdə heç kəs ixtilaf etməyib. Hamı Qiyamət günü şəfaətin olacağını qəbul edib.

Bu məqamda şiə və əhli-sünnə məzhəblərinin böyük və görkəmli alimlərinin mülahizələrini nəql edirik:

1) Əbu Mənsur Maturidi “Ənbiya” surəsinin 280-cı ayəsinin təfsirində deyir: “Bu ayə İslamda məqbul şəfaətə işarədir.” (“Təvilu əhlüs-sünnəh”, səh: 148).

2) Tacud-Din Əbubəkr Kəlabazi deyir: “Bütün alimlərin nəzəri budur ki, şəfaət barədə Allahın və həmçinin rəvayətlərdə deyilənlərin hamısına iqrar etmək vacibdir.”
(“Ət-tərifu liməzhəbi əhlit-təsəvvüf”, səh: 54-55).

3) Şeyx Tusi deyir: “Biz İamiyyənin əqidəsinə əsasən şəfaət (Allahdan sonra) Peyğəmbərə (s), Həzrətin bir çox səhabələrinə, məsum imamların hamısına və həmçinin bir çox əməli-saleh möminlərə məxsusdur.” (“Ət-tibyan”, 1-ci cild, səh: 213-214).

4) Əbu Həfz Nəsfi deyir: “Peyğəmbərlərin və İslam ümmətinin gözəl insanlarının böyük günah sahiblərini şəfaət etmələri müstəfiz rəvayətlərlə sübut olmuşdur.” (“əl-Əqaidun-Nəsəfiyyə”, 148).

5) Qazi Əyaz ibn Musa deyir: “Əhli-sünnə məzhəbi əqlən şəfaətin caiz olmasını deyir və açıq-aydın ayələr, rəvayətlər şəfaətin olacağını sübut edir.” (“Nəvəvi“, Səhihi Müslümün şərhində, səh: 35).

6) Qazi Beyzavi “Bəqərə” sirəsinin 48-ci ayəsinin təfsirində deyir: “Bəziləri bu ayədən böyük günah sahiblərinin şəfaət olunmayacaqlarına bir sübut kimi istifadə edirlər. Amma bunu bilmək lazımdır ki, bu ayə kafirlərə məxsusdur. Çünki bir çox ayələr, rəvayətlər şəfaətin olacağını sübut edir.” (“Ənvarut-tənzil”, 1-ci cild, səh: 152).

7) Nizamud-Din Quşçi deyir: “Müsəlmanlar “...Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən ) bəyənilib təriflənən bir məqama nail etsin.”(“isra”-79)- ayəsinə əsaslanaraq şəfaətin olacağına ittifaq ediblər.” (“Şərhi-təcrid”, səh: 501.)

8) Şərni yzır: “Qiyamət günü Peyğəmbər ilk şəfaət edənlərdən biri olacaq.” (“əl-yəvaqit vəl-cəvahir”, 2-ci cild, səh: 170).

9) Əllamə Məclisi yazır: “Şəfaətin İslam dininin zəruriyyətındən olmasında müsəlmanlar arasında heç bir ixtilaf yoxdur. Qiyamət günü Peyğəmbər (s) öz ümmətini və həmçinin keçmiş ümmətləri şəfaət edəcək.” (“Biharul-ənvar”, 8-ci cild, səh: 29).

10) Mühəmməd ibn Əbdul-Vəhhab deyir: “İslam Peyğəmbərinin (s), digər peyğəmbərlərin, mələklərin, övliyanın və uşaqların şəfaət etmələri rəvayətlərdə sübut olmuş məsələlərdəndir...” (“Əl- hədiyyətus-səniyyə”, səh: 42).

İslam alimlərinin nəzəriyyəsinə və bu zəmində olan ayələrə ətraflı nəzər salıb diqqət etdikdə məlum olur ki, müşriklərin və bütpərəstlərin intizarında olduqları şəfaəti rədd edən ayələri əldə bayraq edərək şəfaət məsələsini İslama zid olan bir əqidə kimi qələmə vermək, İslam dinindən geniş məlumatı olmayan insanları haqq yoldan sapındırmaqdır. Əgər Allahın iznilə Peyğəmbərin (s) və digər səlahiyyətli şəxslərin qiyamət günü şəfaət edəcəklərinə təkid olunursa, möminlərin də öz şəfaət olunmalarını istəməyin heç bir eybi yoxdur!



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor