RSS
 

Login:
Şifrə:
» » Tarixin dəyəri (Quran baxımından)

Xəbər lenti

Hədislərdə süfrə ədəbi
Hədislərdə süfrə ədəbi...
Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Tarixin dəyəri (Quran baxımından)

 
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 13-12-2015, 08:38 | Şərh sayı: (0) | Baxılıb: 2971

Tarixin dəyəri (Quran baxımından)


Tarixin dəyəri (Quran baxımından)


"Quranda keçmiş və gələcəkdəkilərin xəbərləri və həyatda ehtiyaclı olduğunuz hökmlər vardır".(1)
İmam Əli (ə)
Tarix, keçmiş zamanda baş vermiş və özündən sonrakı hadisələrdə təsir buraxmış bəşəri hadisələr olaraq, Qurani-kərimdə böyük əhəmiyyətə malikdir. Bu kitab müxtəlif yerlərdə, bəzən təkrar-təkrar keçmiş cəmiyyətlərin həyatına toxunmuş, ondan çoxlu nümunə və sitatlar göstərmişdir.
Qurani-kərimin tarixi mətləbləri təkcə keçmiş hadisələrdən xəbərdar olmaq üçün deyil, həm də ondan ümumi qanunları, tarixin nəzəri fəlsəfəsini, Allah-taalanın bütün tarixə hakim etdiyi qaydaları və tarix elminin mötəbərlilik dərəcəsini əldə etmək üçün olduqca faydalı və dəyərlidir.
Tarix Qurani-kərimdə "əyyamullah", yəni "Allahın günləri" adlandırılmışdır. Belə ki, Allah-taala buyurur: "Həqiqətən biz Musanı (ə) möcüzələrimizlə göndərdik ki, tayfanı zülmətlərdən nura çıxart və Allahın günlərini onlara xatırlat. Doğrudan da bunda çox səbir və şükür edənlər üçün nişanələr (ibrətlər) var".(2)
Məlum olduğu kimi, "tarix" ərəb sözü deyil və Quranın nazil olduğu dövrdə bugünkü mənada işlənməmişdir. Odur ki, Quran ədəbiyyatında "tarix" yerinə "qissə"(3) (əhvalat), "nəbə"(4) (xəbər) və "hədis"(5) (söz, xəbər) sözlərindən istifadə olunmuşdur.
Təxminən üçdə biri tarixi əhvalatlardan ibarət olan Qurani-kərimdə(6) bir çox surələrin adları da tarixi hadisələrlə bağlıdır. Bu müqəddəs kitabda yeddi dəfə "siru",(7) yəni səfər və səyahət edin, yeddi dəfə də "əfələm yəsiru fil-ərz"(8) təbiri işlənmiş və keçmişdə yaşamış insan toplumları haqda tarixi səfərləri tərk edənlər məzəmmət olunmuşlar. Belə ayələrin birində deyilir: "Məgər onlar yer üzünü gəzmədilərmi özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görsünlər? Onlardan daha qüvvətli idilər, yeri mumlamış və onlardan daha çox abad etmişdilər".(9)
Qurani-kərim insanları təkcə səfər ayələrilə deyil, həm də "ələm yərəu"(10) (görmədilərmi?), "ələm tərə"(11) (görmədinmi?) və sair bu kimi sözlərin işləndiyi ayələrin bəzisilə də tarixi mutaliələrə həvəsləndirir. Bu ayələrin birində belə buyurulur: "(Ey Peyğəmbər!) Görmədinmi Rəbbin Ada (Hud peyğəmbərin tayfasına) nələr etdi?! Sütunlar sahibi olan İrəmə. Hansı ki, şəhərlər arasında onun kimisi yaradılmadı. (Və görmədinmi Rəbbin nələr etdi) vadidə qayaları yonan Səmuda?! Eləcə də, mıxlar (yaxud sərkərdələr, əyan və əşraf) sahibi olan Firona?!"(12)
Sözügedən ayələr Qurani-kərimin tarixə necə böyük dəyər verdiyini göstərməklə yanaşı, həm də onun həyat məktəbi olduğunu önə çəkir. Belə ki, bu ayələrdə ibrət götürmək və ötəri dünya həyatına bel bağlamamaq üçün məhz tarixi öyrənmək tövsiyə olunur.
Qurani-kərimdə, Yusuf surəsini çıxmaq şərtilə, bir fərdin, yaxud cəmiyyətin tarixinin bir yerdə və nisbətən geniş şəkildə bəyan olunduğunu tapmaq çətindir. Onda olan tarixi əhvalatlar əsasən müxtəsər şəkildə, müxtəlif yerlərdə və bəzən də təkrar olaraq göstərilib. Tarixi ayələrdəki bütün bu ixtisarlar müqəddəs kitabın spesifik xüsusiyyətlərindən olub, onun bir tarix kitabı olmadığını önə çəkir. Çünki belə olsaydı, keçmiş hadisələri bir yerdə və ardıcıllıqla söyləyər, ən azı bu qədər təkrarçılıqdan çəkinərdi. Misal üçün, həzrət Musa peyğəmbərin (ə) əhvalatı müxtəlif surələrdə, o cümlədən Əraf, Taha, Qəsəs, Şuəra, Zuxruf və Naziat surələrində pərakəndə surətdə və bəzən təkrarla bəyan olunub.
Quranda tarixi hadisələrin ixtisarla və xülasə şəkildə deyilməsi həm də tarixin özü-özlüyündə heç bir dəyərə malik olmadığını göstərir, bir vaxtlar Avropada gündəmdə olan "sənət sənət üçün!" şüarının əsassız olduğunu bildirir. Elm və sənət insanların hidayəti və tərəqqisinə xidmət göstərdikdə öz dəyərini tapır. Tarix də, Qurana görə, keçmiş insanlardan ibrət almaq və dərs öyrənmək üçün dəyərlidir. Bu kitabda qeyd olunan tarixi hadisələr məhz bu məqsədlə buyurulub və bu özü də insanların hidayəti üçün zəruri məsələlərdəndir. Qurani-kərim uyğun mətləbi dəfələrlə açıq-aşkar vurğulayıb.(13) Nümunə üçün, həzrət Yusif və ailəsinin əhvalatını bəyan etdikdən sonra buyurur: "Həqiqətən, onların əhvalatında ağıl sahibləri üçün ibrət var"(14)
Tarixdən ibrət almaq məsələsi o qədər mühümdür ki, Allah-taala tarixi hadisələrin məhz ibrət alınmalı yerlərini bəyan etmiş, qalan hissəsinə toxunmamışdır. Bunun bariz nümunələrindən biri Əshabi-kəhfin sayında görünür. Belə ki, bu barədə gələcək mübahisələrin proqnozu verilməklə, yenə də onların dəqiq sayı deyilmir, Peyğəmbərə (s) və möminlərə bu barədə kafirlərdən soruşmaq qadağan olunur. Ayədə buyurulur: "Tezliklə (bəziləri) deyəcəklər: "(Əshabi-kəhfin sayı) üçdür, dördüncüsü itləridir". (Bəziləri) deyəcəklər: "(Onların sayı) beşdir, altıncısı itləridir". Halbuki (sanki) qaranlığa daş atırlar. (Digərləri də: "Onların sayı) yeddidir və səkkizincisi itləridir" – deyəcəklər. (Ey Peyğəmbər!) De: "Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan isə) onları(n sayını) bilən çox azdır. (Ey Peyğəmbər!) Onların barəsində yalnız aşkar (dəlillərlə) mubahisə et və onların (kitab əhlinin) heç birindən onlar haqda bir şey soruşma".(15)
Bura qədər deyilənlərdən nəticə alırıq ki:
1. Qurani-kərimin çoxlu ayələrində keçmiş insanların tarixindən söhbət açılmışdır;
2. Qurani-kərim dəfələrlə insanlara tarixi mütaliələri tövsiyə etmişdir;
3. Quranda tarixi hadisələrin qeyd olunmasında məqsəd insanların onlardan dərs götürmələri, hidayət və tərəqqi yolunda istifadə etmələridir.
Bunlara əsasən, tarix Qurani-kərimdə çox yüksək qiymətləndirilmişdir. Bu müqəddəs kitaba görə, tarixi mütaliələr nəinki əbəs deyil, hətta bəşərin hidayəti üçün fövqəladə əhəmiyyətə malikdir. Əlbəttə, bu, o demək deyil ki, tarix adına söylənilən hər bir sözü qəbul etmək lazımdır. Əksinə, Quranın özündə də bəzi tarixi məlumatların yalnış olması vurğulanmış, insanların diqqəti onların düzgün formasına yönəldilmişdir. Məsələn, həzrət İsa peyğəmbərin (s) həyatı haqda məlumat verildikdən sonra buyurulur: "Həqiqətən (İsanın) doğru əhvalatları yalnız bunlardır".(16) Həzrət Adəmin (ə) oğlanları Habil bə Qabilin macərası haqda isə belə deyir: "(Ey Peyğəmbər!) Adəmin iki oğlunun düzgün olan xəbərini (tarixini) onlara oxu!".(17)

Qeydlər:
1. Nəhcül-bəlağə, hikmət 313.
2. İbrahim/5: و لقد أرسلنا موسی بآیاتنا أن أخرج قومک من الظلمات الی النور و ذکّرهم بأیّام الله إن فی ذلک لآیات لکلّ صبّار شکور
3. Ali-İmran-62; Yusuf-3, 111; Əraf-176 və s.
4. Maidə-27; Ənam-34; Tövbə-70; Yunus-71 və s.
5. Taha-9; Zariyat-24; Naziat-15; Buruc-17 və s.
6. Peyğəmbərlərə, məsələn Adəm, Nuh, İbrahim, Lut, İsmayıl, Hud, Saleh, Musa, Davud, Süleyman, Zəkəriyya, Yəhya və İsaya, Kəhf, Uxdud və Fil sahiblərinə, Talut və Caluta, Yəcuc və Məcuca, cahiliyyət dövrünə aid və sair tarixi hadisələr.
7. Ali-İmran-137; Ənam-11; Nəhl-36; Nəml-69; Ənkəbut-20; Rum-42; Səbə-18.
8. Yusuf-109; Həcc-46; Rum-9; Fatir-44; Qafir-21, 82; Muhəmməd-10.
9. Rum-9.
10. Ənam-6; Ənkəbut-67; Yasin-31; Fussilət-15 və s.
11. Bəqərə-246, 258; İbrahim-28; Mücadilə-8, 14; Fəcr-6; Fil-1.
12. Fəcr-6-10.
13. Bax: Ali-İmran-13; Yusuf-111; Həşr-2; Naziat-26.
14. Yusuf-111.
15. Kəhf-22: سیقولون ثلثة رابعهم کلهم و یقولون خمسة سادسهم کلبهم رجما بالغیب و یقولون سبعة و ثامنهم کلبهم قل ربّی أعلم بعدّتهم ما یعلمهم الّا فلیل فلا تمار فیهم إلّا مراءا ظاهرا و لا تستفت فیهم منهم أحدا
16. Ali-İmran-62: إنّ هذا لهو القصص الحق
17. Maidə-27.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor