RSS
 

Login:
Şifrə:
» » Quran İlahi möcüzədir

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Quran İlahi möcüzədir

 
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 11-05-2016, 19:34 | Şərh sayı: (0) | Baxılıb: 313

Quran İlahi möcüzədir


Quran İlahi möcüzədirİslam və Quran tarixindən məlumatı olan hər bir insan bu həqiqəti tərəddüd etmədən qəbul edir. Həzrət Məhəmməd (s) bəşəriyyəti Quranla birliyə, qardaşlığa çağırır. Müxalif olanların etirazlarının qarşısında Quran ayələrinə istinad edir və bunun bəşər kəlamı olduğunu iddia edənlərə Quran ayələrinə oxşar bir ayə gətirmələrini tələb edirdi. O, deyərdi: Əgər dedikləriniz düzdürsə Qurana oxşar bir kitab gətirin, gətirərsinizsə mən öhdəmə düşən vəzifədən əl çəkəcəyəm. Bununla da o, həm Allahın yer üzündəki höccətini, həm də öz peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmiş olurdu. O, iddiaçıların uğursuzluqlarını görüb Qurana oxşar on ayə gətirmələrini təklif etdi. Bunun da öhdəsindən gələ bilməyəcəklərini görüb, yalnız bir ayə gətirmələrini istədi. Bu mübarizə əsrlər boyu davam etmiş və qiyamət gününədək davam edəcəkdir. İlk baxışda şer və ədəbiyyatın, fəsahət və bəlağət elmlərinin dərinliklərinə yol tapan ərəblər üçün Qurana oxşar ikinci bir kitabın tərtib olunması heç də çətin bir iş deyildi. Onlar belə bir kitab yazmaqla həm öz adlarını əbədi olaraq tarixə zəbt edər, həm də ərəb millətini gələcək sarsıntı və çətinliklərdən xilas edə bilərdi. Amma fəsahətli ərəblər Quran ayələrini tilavət etdikləri ilk gündən onun ilahi möcüzə olduğunu dərk etdilər. Onlar artıq başa düşürdülər ki, Quranla mübarizə aparmaq yalnız onların məğlubiyyəti və rüsvayçılığı ilə nəticələnə bilər. Bu səbəbdən də Quranın əzəmətinin qarşısında aciz olduqlarını etiraf etdilər. Beləliklə onlardan bəziləri İslamı qəbul edərək Məhəmməd (s)-a iman gətirdi, bəziləri isə inadkarlıq edərək mübarizəni qılınc-qalxan ilə davam etdirməyi hər şeydən üstün tutdular. Fəsahətli ərəblərin Quranı ilahi möcüzə kimi qəbul etmələri və onun qarşısında özlərinin aciz olduqlarını etiraf etmələri, Quranın bir daha ilahi vəhy olduğunu sübuta yetirir.

Quran əbədi möcüzədir

Bir qədər əvvəl məlum oldu ki, peyğəmbərləri yalnız onların göstərdikləri möcüzələrlə tanımaq mümkün olur. Onlar müəyyən müddət ərzində yaşadıqları üçün, göstərdikləri möcüzələr də məhdud və müvəqqəti olmuşdur. Möcüzələr müvəqqəti olsa da, Allah-taala, peyğəmbərlərin vasitəsilə öz höccətini onların üzərində tamamlamış və beləliklə möcüzələr nəsilbə-nəsil nəql olunmuşdur. Amma belə nəzərə gəlir ki, bu möcüzələr içərisində əbədi olaraq öz təsirini qoruyub saxlayacaq bir möcüzəyə də ehtiyac vardır. Çünki, əvvəlki peyğəmbərlərin möcüzələri zaman keçdikcə ya unudulur, ya da müxtəlif səbəblər üzündən müəyyən şəkk-şübhələrə məruz qalır. Belə bir halda, gələcək nəsillər peyğəmbərlərin möcüzələrindən agah olmayıb, yəqinlik hasil etməkdən məhrum olarlar. Ən başlıcası isə Allahın insanlar üzərindəki höccəti tamamlanmaz, onların üzərlərinə düşəcək vəzifələr müəyyənləşdirilməmiş qalar. Bu isə ilahi hikmətlə heç bir şəkildə uyğun gəlmir. Bu səbəbdən də əbədi peyğəmbərlik, əbədi bir möcüzə tələb edir. Çünki əbədi peyğəmbəri təsdiqləyəcək yeganə amil, onun gətirdiyi əbədi möcüzə olacaqdır. Allah-taala əbədi möcüzə olan Quranı, əbədi və sonuncu peyəmbəri (s) təsdiqləmək üçün nazil etmişdir. Onun peyğəmbərliyi keçmiş nəsillər üçün dəlil olduğu kimi, gələcək nəsillər üçün də açıq-aşkar höccət və dəlil olacaqdır.
Dediklərimizdən belə bir nəticəyə gəlirik:
1. Quran, Məhəmməd (s)-ın özünün və eləcə də digər peyğəmbərlərin möcüzələrindən daha üstün və daha fəzilətlidir. Çünki, Quran müəyyən dövr və şəxslər üçün deyil, əbədi olaraq bütün bəşəriyyət üçün nazil olmuşdur. Quran, mübarizə səhnəsində rəqibi olmayan, qiyamət gününədək bəşəriyyətə hakim olan əbədi ilahi qanundur.
2. O dövrün möcüzələri məhdud və müvəqqəti olduğu üçün, keçmiş şəri hökm və ictimai qanunlar da qüvvədən düşmüş hesab olunur.
Quranın özünəməxsus xüsusiyyəti, onu digər peyğəmbərlərin möcüzələrindən fərqləndirir və ona xüsusi dəyər verir. O da, Quranın bəşəriyyəti xoşbəxt həyata, kamala, səadətə hidayət etməsi və onlara belə bir həyat tərzini təlim verməsidir. Bildiyimiz kimi cahiliyyət dövründə yaşayan ərəblər əxlaq normalarına yiyələnməyən, bütpərəstliyə, günahsız qanlar tökməyə adət etmiş kəslər olmuşlar. Quran belə bir inadkar qövmü, daha dəqiq desək milləti, cəhalət, rəzalət və zülmətdən çıxarıb yüksək mədəniyyətə, həqiqi əxlaq və insaniyyətə qovuşdurdu. İslamın və Peyğəmbər (s)-ın şəhadət şərbətini, səhabələrinin parlaq tarixini mütaliə edən hər bir şəxs, Quranın əzəmətini və bəşəriyyətin hidayətində qoyduğu izin şahidi olacaqdır.
Ərəbistan yarımadasının o dövrdəki ictimai durumu yerli əhalini uçuruma doğru aparır və onların qarşısına zülmət pərdəsi çəkirdi. Quran bütün bəşəriyyəti, xüsusilə də cəhalət zülmündə qərq olmuş ərəbləri səadətə və xoşbəxt həyata qovuşdurdu. Bir qədər əvvəl kiçik bəhanələrlə bir-birinin qanını tökməyə hazır olan cahil ərəblər, islamı qəbul etdikdən sonra Allah yolunda canlarını, mallarını və hətta övladlarını qurban verməyə, Peyğəmbər (s)-ın haqq yolunda şəhadət şərbətini içməyə tələsirdilər.
Təbəri öz tarix kitabında yazır: «Müsəlmanlar Bədr döyüşünə tədarük gördükləri zaman, islam fədailərindən biri olan Miqdad, Peyğəmbər (s)-ın yanına gəlib deyir:
Ya Rəsuləllah! Allahın sənə əmr etdiyi haqq yolunu davam etdir! Biz də son damla qanımıza qədər bu yolda sənə yardımçı olacağıq. And olsun Allaha! Biz sənə Bəni-israilin Musa (ə)-a «Sən öz Allahınla birgə vuruş, biz isə burada səni gözləyəcəyik!» söylədiklərini deməyəcəyik. Biz sənə deyirik: «Allahın sənə yardımçı olsun və get düşmənlərinlə vuruş. Biz də son nəfəsimizə kimi sənə yardımçı olacaq və tutduğun haqq yolda cihad edəcəyik. And olsun səni haqq olaraq peyğəmbərliyə göndərən Allaha! Əgər bizi dəhşətli tufanlardan keçərək Həbəşistana doğru hərəkət etməyimizi əmr etsən, son mənzilədək səninlə birgə olacaq və bu yolda əlimizdən gələni əsirgəməyəcəyik.» Peyğəmbər (s) Miqdada öz təşəkkürünü bildirib onun üçün xeyir-dua etdi.»
Miqdad elm və fədakarlığı ilə şöhrət tapmış, haqqı söyləməkdən çəkinməyən və bütpərəstliklə mübarizə aparan qabaqcıl müsəlmanlardan idi. Onun kimi, Peyğəmbər (s)-ın ətrafını əhatə edən möminlər onlarca idi.
Quran, bütləri özlərinə tanrı bilən daşürəkli insanlardan olan düşmənlərə qarşı barışmaz, möminlərə isə mehriban olan haqsevər insanlar tərbiyə etdi. Quran, səksən il ərzində müsəlmanları, başqalarının səkkiz yüz il müddətində nail ola bilmədikləri qələbəyə çatdırdı.
Peyğəmbər (s)-ın səhabələrinin tarixini digər peyğəmbərlərin səhabələri ilə müqayisə etsək görərik ki, onların qısa müddət ərzində əldə etdikləri zəfər və müvəffəqiyyətlərin əsas səbəbi, müsəlmanların Qurana olan bağlılıqları və ondan aldıqları mənəvi ilham olmuşdur.
Bir anlıq həzrət İsa (ə)-ın və digər peyğəmbərlərin səhabələrinin tarixinə nəzər salaq. Onların barəsində azacıq mütaliə etməklə, həmin qövmlərin iman gətirdikləri peyğəmbərlərə qarşı nə qədər biganə olduqlarının şahidi oluruq. Belə ki, onlar bir çox hallarda öz düşmənləri ilə birləşərək peyğəmbərləri ağır şəraitdə qoymuş, ya da onları cəmiyyətdən təcrid edərək mağaralara sığınmağa və mübarizə meydanını tərk etməyə məcbur etmişlər.
Bütün bunları nəzərə alaraq, müsəlmanların Peyğəmbər (s)-a və islam dininə olan fədakarlıqlarını, Quranın digər möcüzələrindən biri hesab edə bilərik.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor