«Quran» baxımından yalan |
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 24-05-2016, 06:59 | Şərh sayı: (0) | Baxılıb: 1041
«Quran» baxımından yalan
«Qurani-Məcid»də yalan və hiylə Allaha şərikqoşma sırasında vurğulanmışdır:
"... Murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin.” («Həcc» - 30).
Yalançının imanı yoxdur
«Qurani-Məcid»də yalançılar mömin hesab olunmur. Onlar Allah ayələrinə qarşı kafir olanlar və inkar edənlər cərgəsində hesab edilir:
"Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!” («Nəhl» - 105).
Yalan əxlaqsızlıq və mənəvi pozğunçuluqdur
Başqa bir yerdə Allah-təala yalanı əxlaqsızlıq və mənəvi pozğunluq kimi qiymətləndirərək buyurur:
"Həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər (yalan) danışmaq və dava-dalaş etmək yaramaz.” («Bəqərə» - 197).
Allahın hidayətindən məhrum olmaq
Allah-təala «Qurani-Məcid»də buyurur:
"Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! («Zümər» - 3).
"Şübhəsiz ki, Allah həddi aşanı, yalançını doğru yola müvəffəq etməz.” («Əl-mömin» - 28).
Yalançı Allahın rəhmətindən uzaqdır
«Mübahilə» (biri-birinə qarğış etmək) ayəsində və lənətləməyə aid olan başqa ayələrdə yalançılar Allahın lənətinə şamil olunmuşlar. «Mübahilə» ayəsində buyurulur:
"... Sonra (Allaha) yalvarıb yalançılara lənət etməsini diləyək”.
Lənətləmək ayəsində buyurur:
"..... Əgər yalan deyirsə, Allah ona lənət eləsin!” («Nur» - 7).
Bu ayələrin ümumiliyə aid olmayıb yalanın xüsusi bölmələri haqda nazil olmasına baxmayaraq, qısaca da olsa, yalançıların aqibətinin Allahın lənət və tənəsi ilə bitəcəyinə işarə edir.
İndi isə yalançının vəhy dilində Allahın lənət və xalqın tənəsinə məruz qalmasına diqqət yetirməklə, lənətin xüsusiyyətlərini və ona aid olan məsələləri qısaca izah etmək məqsədəuyğun və münasib olardı. Ola bilsin ki, bu izah öz dillərini islah etməkdə daha çox çalışmaları üçün möminlərin ayılmasına səbəb olsun.
Lənət nədir?
Rağib İsfahani "lənət” sözünün leksik mənasını belə izah edir:
"Lənət qəzəb və acıqlı halda qovmaq və uzaqlaşdırmaqdır. Allahın lənəti axirətdə cəza kimi üzə çıxacaqdır. Dünyada isə Allahın rəhmət və yardımından məhrum etməkdir. Əgər lənət camaat tərəfindən olarsa, bir-birinə qarşı qarğış mənasındadır.”315
Sual:
Allahın lənətinə gəlmiş şəxsin aqibəti necə olacaqdır?
Cavab:
"Qurani-Kərim”də bu barədə açıq-aydın və qətiyyətlə buyurulur:
"..... Allahın lənət etdiyi şəxsə isə heç bir kömək edən tapa bilməzsən!” («Nisa» - 52).
Başqa bir yerdə isə buyurur:
"..... Allahın lənət etdiyi şəxsə isə heç bir kömək edən tapa bilməzsən!” («Nisa» - 52).
Başqa bir yerdə isə buyurur:
"..... Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar.” («Taha» - 81).
Bəhsin sonrakı hissəsində qeyd edəcəyimiz kimi yalançı Allah dərgahında qəzəbə düçar olmuşların bariz nümunələrindəndir.
Lənət olunmuşlar kimlərdir?
Allah-təalanın «Qurani-Məcid»də lənət etdiyi şəxslərdən biri də yalançılardır. Həmin dəstəyə bunlar daxildir:
Münafiqlər
«Quran»da lənət olunmuşların ən birincisi münafiqlərdir:
"Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lənət elədi (mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir! ((«Tövbə»-68 («Fəth»-6 və «Əhzab»-61-də də lənət olunmuşlar.)).
Müşriklər
İkinci dəstə müşriklərdir:
"Allah Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lənət etmişdir. (Allah) Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!” («Fəth» - 6).
Kafirlər
Allahın lənətinə gəlmiş şəxslərdən üçüncüsü kafirlərdir:
"Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti o lsun!” («Bəqərə»-61).
Yer üzündə fəsad törədənlər (əxlaqsızlıq və pozğunluğu yayanlar):
Dördüncü dəstə yer üzündə fəsad törədənlərdir:
"Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (Cəhənnəm) gözləyir.” («Rəd»- 25).
Yəhudi tayfası
Beşinci dəstə Yəhudi tayfasıdır. Yəhudilər dedilər: "Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. (Və ya bu dedikləri sözə görə onların öz əməlləri bağlansın və lənətə gəlsinlər!).” («Maidə»-64).
Mürtədlər
Lənətə gəlmişlərdən altıncısı mürtədlərdir (müsəlman olub sonradan müsəlmançılıqdan çıxanlar):
"İman gətirdikdən, peyğəmbərin haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalimlər dəstəsini haqq yola istiqamət ləndirməz! Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!” («Ali-İmran»-86 və 87).
Şeytan
«Quran»ın hər bir yerində lənətlənmiş Şeytan da Allah dərgahından qovulmuşlardandır:
"(Məkkə müşrikləri) Allahı qoyub yalnız qadın bütlərə (Lata, Mənata, Uzzəyə, Nailə) tapınır və yalnız asi (inadkar) Şeytana ibadət edirlər. Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu).” («Nisa»-117 və 118).
Başqa bir yerdə isə Şeytana xitabən buyurur:
"Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!” («Sad»-78) .
"Sən Qiyamət gününə qədər lənətlənmişsən!” («Hicr»-35).
Allaha və Peyğəmbərə(s) zülm edənlər
Allahın lənətinə gəlmiş dəstələrdən biri də Allaha və Peyğəmbərə(s) zülm edənlərdir. «Quran»da onların barəsində belə buyurulur:
"Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş (Öz rəhmətindən qovmuş) və onlar üçün həsrətli bir əzab hazırlamışdır!” («Əhzab»-57).
Yalançılar
Tanrının lənətinə gəlmiş dəstələrdən biri də yalançılardır. (Buna aid ayələr bəhsin əvvəlində qeyd olundu). Yalançıların adı bu ayələrdə kafir, münafiq, müşrik, yer üzünə fitnə-fəsad salan, yəhudi, mürtəd və Allahı, Peyğəmbəri(s) incidənlərlə yanaşı çəkilmişdir. Bunun özü də günahın böyüklüyünə bir dəlildir. Amma təəssüflər olsun ki, bəziləri bu həqiqətin ciddiliyinə varmırlar. Bunlar əgər qeyd olunmuş ayələri oxuyub yaxşı düşünsələr, yalanın «Quran» baxımından nə qədər qəbih və çirkin olduğunu dərk edərlər. Yalan o qədər qəbih və çirkindir ki, insanı insanlığın uca zirvəsindən endirərək şeytanların cərgəsində yerləşdirir. Kaş insanlar «Quran»ın səmavi və nurani təlimlərini öyrənib onun nuru ilə zülmət və zəlalətdən nicat tapaydılar. Amma...
Hədislər baxımından yalan
Yalanın tənqid olunması haqda bir neçə ayə qeyd etdikdən sonra bəzi hədisləri araşdıraq.
Yalan Allaha şərikqoşma sırasında
Əziz İslam Peyğəmbəri(s) buyurmuşdur: "Sizi günahların ən böyüyündən xəbərdar edimmi? Günahların ən böyüyü Allaha şərik qoşmaq, ata-anaya qarşı bədrəftar olmaq və yalan danışmaqdır.”316
Yalan günahların açarıdır
Həzrəti-İmam Həsən Əsgəri(ə) buyurdu: "Bütün qəbih əməllər bir evə sığışmışdır. O evin açarı yalandır.”317 "Allah-təala şər və bəd əməllər üçün müxtəlif qıfıllar təyin etmişdir. O qıfılların açarı şərabdır. Yalan isə şərabdan daha pisdir.”318
Yalan imanın məhv olmasına səbəbdir
İmam Baqir(ə) buyurur: "Həqiqətən, yalan imanı məhv edir.”319
Yalan və üzüqara olmaq
Peyğəmbər(s)- buyurmuşdur: "Yalan insanın üzünü qara edir.”320
Yalan imanla bir yerə sığmır
İmam Rza(ə) nəql edir ki, Peyğəmbər(s)-dən soruşdular:
-İmanlı adam qorxaq olarmı?
Buyurdu:
-Bəli.
-İmanlı adam simic olarmı?
-Bəli.
- Bəs yalançı necə, imanlı adam yalançı olarmı?
-Xeyr.
Yalançı Allah dərgahından qovulur
İmam Səccad(ə) şükr edərkən deyir:
"İlahi! Bəlkə məni yalançılar arasında tapdığından özbaşına buraxdın?!”322
Yalançı mələklərin lənətinə layiqdir
Bir hədisdə Peyğəmbər(s)-dən belə nəql olunur: "Əgər mömin üzrsüz olaraq yalan danışarsa, yetmiş min mələk onu lənətləyər. Onun qəlbindən çıxan üfunətli iy ərşə qalxar. O zaman ərşin gözətçiləri ona lənət yağdırar.”
Yalan münafiqlik əlamətidir
Peyğəmbər(s) buyurdu: "Hər kimdə üç xislət olarsa, oruc tutub namaz qılsa və özünü müsəlman hesab etsə belə, yenə də münafiqdir: əmanətə xəyanət, yalançılıq və vədəxilaflıq. "
Yalan sələmlərin ən pisidir
Həzrəti-Mühəmməd(s) belə buyurdu: "Sələmlərin ən pisi yalandır. (Çünki iqtisadi sələmdə şəxsin var-dövləti əlindən çıxır, amma yalanda isə imanın kökü kəsilir).”
Yalan ən pis xəstəlikdir
Həzrət Əli(ə) buyurur: "Yalan ən pis xəstəlikdir.”
Gecə namazından məhrum olma
İnsanı gecə namazından məhrum edən günahlardan biri də yalandır. İmam Sadiq(ə) buyurmuşdur:
"Hər kim yalan danışarsa, yalan danışdığına görə gecə namazından məhrum olar. ”
İnsanın ruzisinin yalanla bağlılığı
Peyğəmbər(s) buyurdu: "Yalan ruzini azaldır.”
Yalan huşsuzluq gətirir
İmam Sadiq(ə) söyləmişdir: "Allah-təala huşsuzluğu yalançılara hakim kəsər.”
Bəhsin xülasəsi
Keçən bəhslərdən belə aydın oldu ki, yalan dil bəlalarından və imanı məhv edəndir. Yalan dünya və axirətdə insanı Allahın mərhəmətindən uzaqlaşdırıb insanlar arasında etibarsız edir. Yalan cəmiyyətin imanını sarsıdıb onu ikitirəlik xəstəliyinə mübtəla edir. Hədislərdə xüsusi vurğulanan cəhətlərdən biri də yalançı insanın alçaqlıq və şəxsiyyətsizliyidir. Bu, məsumların kəlamlarında əxlaqi psixologiya kimi qeyd olunmuş psixi məsələlərdəndir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər