RSS
 

Login:
Şifrə:
» » İSLAM PEYĞƏMBƏRİNİN MÖ᾽CÜZƏSİNİN DİGƏR PEYĞƏMBƏRLƏRİN MÖ᾽CÜZƏSİNDƏN ÜSTÜNDÜRMÜ?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İSLAM PEYĞƏMBƏRİNİN MÖ᾽CÜZƏSİNİN DİGƏR PEYĞƏMBƏRLƏRİN MÖ᾽CÜZƏSİNDƏN ÜSTÜNDÜRMÜ?

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 28-03-2016, 22:46 | Şərh sayı: (0) | Baxılıb: 446

İSLAM PEYĞƏMBƏRİNİN MÖ᾽CÜZƏSİNİN DİGƏR PEYĞƏMBƏRLƏRİN MÖ᾽CÜZƏSİNDƏN ÜSTÜNDÜRMÜ?


İSLAM PEYĞƏMBƏRİNİN MÖ᾽CÜZƏSİNİN DİGƏR PEYĞƏMBƏRLƏRİN MÖ᾽CÜZƏSİNDƏN ÜSTÜNDÜRMÜ?MÖ᾽CÜZƏNİ İNKAR EDƏN İLK AYƏNİN ARAŞDIRILMASI

Bu haqda mə᾽lumatı olan hər bir şəxs, Peyğəmbərin (s) ən böyük mö᾽cüzəsi olan Qur᾽anın, keçmiş peyğəmbərlərin mö᾽cüzəsindən daha əhəmiyyətli olduğunu çox gözəl dərk edir. Ötən fəsillərdə Qur᾽anın bə᾽zi mö᾽cüzəvi xüsusiyyətlərinə və onun digər peyğəmbərlərin mö᾽cüzələrindən daha üstün olduğuna dair qısa mə᾽lumat verdik.

Lakin Peyğəmbərin (s) mö᾽cüzəsi yalnız Qur᾽anın nazil olması ilə bitmir. Qur᾽ani-Kərimdən başqa onun digər mö᾽cüzələri də olmuş və bə᾽zi xüsusiyyətləri ilə onlarla şərik idi. Qur᾽an isə ona xas olan əbədi və ilahi mö᾽cüzədir.

Qur᾽anın digər mö᾽cüzələrdən üstünlüyünə və Peyğəmbərin (s) digər mö᾽cüzələri ilə keçmiş peyğəmbərlərin mö᾽cüzələri arasında olan oxşar xüsusiyyətlərə dair iki mühüm şeyə istinad edə bilərik:

1. Mütəvatir hədis və rəvayətlər;

Müsəlmanlar Peyğəmbərin (s) mö᾽cüzələrinə dair yüzlərlə hədis və rəvayətlər nəql etmiş, bu barədə əqidə ixtilaflarının olmasına baxmayaraq, saysız-hesabsız kitab və elmi əsərlər yazıb-yaratmışlar.

Peyğəmbərin (s) mö᾽cüzəsi haqda nəql olunmuş mütəvatir hədislərin, kitab əhlinin öz peyğəmbərlərinin mö᾽cüzələri haqda nəql etdikləri hədislərdən iki üstün xüsusiyyəti vardır:

a) Zaman yaxınlığı;

Peyğəmbərin (s) göstərdiyi mö᾽cüzələr haqda nəql olunmuş hədis və rəvayətlər zaman baxımından olduqca yaxın və qısa müddətli idi. Bu səbəbdən də bu haqda mə᾽lumat əldə etmək bir o qədər də çətin deyildi.

b) Hədislərin mütəvatirliyi və çoxluğu.

Peyğəmbərə (s) iman gətirmiş və onun mö᾽cüzələrini öz gözləri ilə müşahidə etmiş şəxslərin sayı minlərlə olduğu üçün təbii ki, bu haqda nəql olunmuş hədis və rəvayətlər də mütəvatir və çox olmalı idi. Həzrət İsaya (ə) və Musaya (ə) iman gətirənlərin sayı az olduğu üçün onların mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər də olduqca azdır.

Demək həzrət İsa və Musanın (ə) mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər çox və mütəvatirdisə, həzrət Məhəmmədin (s) mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər daha çox mütəvatir olmalıdır.

2. Peyğəmbərin (s) digər peyğəmbərlərdən üstünlüyünün vacibliyi.

Həzrət Məhəmmədin (s) keçmiş peyğəmbərlərin mö᾽cüzələrinə yiyələnməsinə dəlalət edən ikinci dəlil bundan ibarətdir ki, o Həzrət keçmiş peyğəmbərlərin bir çoxunun göstərdiyi mö᾽cüzələri həyata keçirmiş və bununla da öz həqqaniyyətini sübuta yetirmişdir. Məhz belə bir xüsusiyyətə malik olduğu üçün, o özünün digər peyğəmbərlərdən üstün və ən başlıcası isə peyğəmbərlərin sonuncusu olduğunu bildirmişdir. Onun digər peyğəmbərlərdən üstün olma xüsusiyyəti bütün peyğəmbərlərin yiyələndiyi mö᾽cüzələrə malik olmasını tələb edir. Belə ki, əgər bir şəxs başqalarından üstün olarsa, bə᾽zi xüsusiyyət baxımından onlardan naqis olması qeyri-mümkündür. Məsələn, təbabət elmində hamıdan bilikli olduğunu iddia edən hər hansı bir şəxs, bə᾽zi xəstəliklərin müalicəsinin öhdəsindən asanlıqla gəlməlidir. Əks halda ziddiyyət meydana gələr. Çünki bir tərəfdən o hamıdan bilikli və bacarıqlı olduğunu iddia edir, digər tərəfdən isə adi bir xəstəliyin öhdəsindən gəlməyə çətinlik çəkir. Bu səbəbdən də tarixə nəzər saldıqda görürük ki, peyğəmbərlik iddiası edən şəxslər, onlardan mö᾽cüzə tələb olunmasın deyə, mö᾽cüzəni qətiyyətlə inkar etmiş və bu məzmunda nazil olmuş Qur᾽an ayələrini müxtəlif mə᾽nalarda yozmağa cəhd göstərmişlər.
YANLIŞ TƏSƏVVÜR

Bə᾽zi inadkar şəxslər peyğəmbərlərin mö᾽cüzələrə malik olmasını qətiyyətlə rədd etdikləri kimi, heç bir elm və məntiqə əsaslanmayan nadan və cahil şəxslər də həzrət Məhəmmədin (s) mö᾽cüzələrinin yalnız Qur᾽andan ibarət olduğunu və onun digər başqa mö᾽cüzələrə sahib olmadığını iddia edirlər. Hətta bə᾽zi sadəlövh insanlar əldə etdikləri yanlış mə᾽lumatlara əsaslanaraq – öz nəzərlərində – bu mətləbə toxunan Qur᾽an ayələrinə istinad edirlər.

Onların istinad etdikləri ayələrdən bir neçəsinə işarə edib, məntiqi dəlillərlə belə bir təfəkkür tərzinin yanlış olduğunu sübuta yetirəcəyik.

وَمَا مَنَعَنَا أَن نُّرْسِلَ بِالآيَاتِ إِلاَّ أَن كَذَّبَ بِهَا الأَوَّلُونَ وَآتَيْنَا ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُواْ بِهَا وَمَا نُرْسِلُ بِالآيَاتِ إِلاَّ تَخْوِيفًا

«Bizə mö᾽cüzələr göndərməyə mane olan şey ancaq, əvvəlkilərin [keçmiş ümmətlərin] onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir mö᾽cüzə olaraq dişi [maya] dəvə verdik, lakin onlar ona zülm etdilər [dəvəni tutub kəsdilər]. Biz mö᾽cüzələri yalnız [bəndələrimizi] qorxutmaq üçün göndərdik.»

Onlar deyirlər:Ayədən belə mə᾽lum olur ki, Məhəmmədin (s) Qur᾽andan savayı başqa bir mö᾽cüzəsi olmamışdır. Və Allah-taala ona Qur᾽andan başqa ayrı bir mö᾽cüzə vermədiyi üçün, keçmiş ümmətlər öz gözləri ilə gördükləri mö᾽cüzələri təkzib edir və onun qarşısında təslim olmurdular.

Cavab: Ayədən məqsəd, heç də Peyğəmbərin (s) Qur᾽andan başqa digər mö᾽cüzələrə malik olmaması deyildir. Sadəcə olaraq o həzrət müşriklərin yersiz tələblərini rədd etmiş və onlara mö᾽cüzə göstərməkdən boyun qaçırmışdır.

Başqa sözlə desək, Peyğəmbər (s) müşriklərin əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələrdən imtina etmiş və onların istəklərini yerinə yetirməkdən boyun qaçırmışdır.

Demək ayədən məqsəd, Peyğəmbərin (s) bütün mö᾽cüzələri deyil, əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələri rədd etməsi olmuşdur.

Ayənin özündə dediklərimizi sübuta yetirəcək bir neçə əsaslı dəlillər vardır:

1.Ayədə əlamət və nişan mə᾽nasını verən «ayə» sözünün cəm formasından, yə᾽ni «ayat» sözündən istifadə olunmuş, özü də müəyyənlik formasında, yə᾽ni «əlif-lam» ilə işlənmişdir. Bu səbəbdən də burada «əlif-lam»ın istifadə olunmasına dair üç ehtimal verə bilərik:

a)«Əlif-lame cinsi»;

Bu halda ayənin mə᾽nası aşağıdakı kimi olacaqdır. Allah-taala Həzrət Məhəmmədin (s) həqqaniyyətini sübuta yetirəcək heç bir dəlil və mö᾽cüzə göndərməmişdir. Demək, Allah tərəfindən göndərilmiş peyğəmbərlərin öhdəsinə heç bir məs᾽uliyyət düşməmiş və onların fəaliyyəti hədər yerə olmuşdur. Çünki peyğəmbərlik iddiası edən şəxsin öz həqqaniyyətini sübuta yetirmək üçün dəlil və sübutunun olmaması ağılasığan bir şey deyildir. Əks təqdirdə onun iftirası aşkara çıxarılacaqdır.

b) «Əlif-lame cəm᾽i»;

Bu mə᾽na da peyğəmbərliyi sübuta yetirən mö᾽cüzə ayələrinin bütövlükdə inkar olunması deməkdir. Lakin bu ehtimal da əvvəlki ehtimal kimi batil və əsassızdır.

v) Belə isə biz üçüncü ehtimalı qəbul etməli və deməliyik ki, ayədəki müəyyənlik şəkilçisi olan «əlif-lam» şərt və əhd mə᾽nasında işlənmişdir. Buradan belə mə᾽lum olur ki, Qur᾽anın inkar etdiyi mö᾽cüzələr məhz müşriklərin əyləncə məqsədilə Peyğəmbərdən (s) tələb etdikləri mö᾽cüzələrdir.

2.Əgər müşriklərin inkar və təkzib etmələri onların mö᾽cüzə göstərməsinə mane olsaydı, Peyğəmbərin (s) ən böyük mö᾽cüzəsi olan Qur᾽ani-Kərim də nazil olmazdı. Çünki ümumi bir qanun olduğu yerdə heç bir istisnaya yol vermək olmaz. Belə bir nəticəyə gəlirik ki, Qur᾽anın inkar etdiyi və ya daha dəqiq desək, qadağan etdiyi mö᾽cüzələr peyğəmbərlərin bütün mö᾽cüzələri deyil, yalnız müşriklərin əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzədir.

3.Ayədə mö᾽cüzənin göstərilməməsi keçmiş ümmətlərin mö᾽cüzəni təkzib etmələri ilə əlaqələndirilmişdir. Bunu yalnız o zaman qəbul etmək olar ki, mö᾽cüzənin həyata keçməsinə ehtiyac duyulmuş olsun və bunun qarşısını alacaq heç bir amil olmasın. Qeyri halda isə mö᾽cüzənin baş verməməsini nə iləsə əlaqələndirmək heç bir mə᾽na daşımayacaqdır. Məsələn biz, od olmadığı bir halda ağacların yaş olduğu üçün yanmadığını deyə bilmərik. O ki, qaldı mö᾽cüzənin həyata keçməsinə, bunun üçün yalnız iki amilin olması lazımdır. Onlardan biri ilahi hikmət, ikincisi isə insanların istək və tələbləridir.

İlahi hikmətin iki səbəbi vardır:

1. Allah-taala başqalarını təkzib etmək üçün öz hikmətinin əksinə bir iş görməz.

2. Əgər insanları təkzib etmək mö᾽cüzənin qarşısını alsaydı, peyğəmbərlərin göndərilməsinə də maneçilik törədərdi.

İkinci əsas səbəbə, yə᾽ni insanların istək və tələblərinə gəldikdə isə, qeyd etməliyik ki, insanlar mö᾽cüzəni gördükdən və bütün lazımı göstərişləri peyğəmbərlər tərəfindən aldıqdan sonra yenə də əyləncə məqsədilə mö᾽cüzə görmək istəyirdilər. Belə bir halda mə᾽lum məsələdir ki, Allah-taala onlara mö᾽cüzə göstərməyəcəkdir.

Nəticə: Qeyd olunan ayə peyğəmbərlərin haqq olmasını sübuta yetirmək üçün göstərdikləri mö᾽cüzələrə deyil, müşriklərin mö᾽cüzələr gördükdən sonra onlardan əyləncə məqsədilə tələb etdikləri mö᾽cüzələrə dəlalət edir.

Burada belə bir sual meydana gəlir. Keçmiş ümmətlərin mö᾽cüzəni təkzib etmələri sonralar baş verəcək mö᾽cüzələrin qarşısını necə ala bilərdi?

Cavab:Onların mö᾽cüzəni təkzib etmələri şiddətli əzaba düçar olmaları ilə nəticələnə bilərdi. Belə ki, əgər onlar mö᾽cüzə tələb edib sonra onu təkzib etsəydilər, dərhal Allahın qəzəbinə gələr və şiddətli əzaba düçar olardılar. Bunu da bilirik ki, Allah-taala öz peyğəmbərlərinə öz ümməti arasında olduğu müddət ərzində yer üzərinə əzab göndərməyəcəyinə söz vermişdir.

وَمَا كَانَ اللّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ

«Sən onların arasında ola-ola Allah [sənə hörmət əlaməti olaraq] onlara əzab verən deyil.» (Ənfal-33).

Bu səbəbdən də əzaba düçar olmamaları üçün Allah tərəfindən heç bir mö᾽cüzə göndərilməmişdir.

İnsanlar tələb etmədən peyğəmbərlərin həqqaniyyətini sübuta yetirmək və onların özləri haqda hidayət məqsədilə baş verən mö᾽cüzələrin təkzib olunması heç də peyğəmbərlərin özlərinin təkzib olunmasından az deyildı. İstər peyğəmbərlərin, istərsə də mö᾽cüzələrin insanlar tərəfindən təkzib olunması axirət əzabından başqa ayrı bir şeylə nəticələnmir. Amma əgər əyləncə məqsədilə göstərilən mö᾽cüzə də insanlar tərəfindən təkzib olunsaydı, onlar həm axirət, həm də dünyəvi əzaba düçar olmuş olardılar. Çünki həqiqətə nail olmaq istəyən şəxs, gördüyü birinci mö᾽cüzəyə iman gətirər və bununla da kifayətlənər.

Əgər bir şəxs mö᾽cüzə görmək istəyirsə, əslində bununla o, peyğəmbərlik iddiası edən şəxsin həqqaniyyətini dərk etmək istəyir. Əgər həmin şəxs bundan sonra yenə də peyğəmbəri təkzib etsə həm dünyəvi, həm də axirət əzabına düçar olacaqdır. Çünki o, bu əməli ilə peyğəmbəri istehza etmiş və öz istəyinin əksinə çıxmış olur.

Tələb olunan mö᾽cüzələr təkzib olunduğu üçün Allah-taala bu kimi mö᾽cüzəni ayənin sonunda «qorxuducu mö᾽cüzələr» adlandırır. Beləliklə, Allah-taala insanlara peyğəmbərləri və onların mö᾽cüzələrini təkzib etdikləri üçün ciddi xəbərdarlıq edir. Qeyd etməliyik ki, belə bir xəbərdarlıq bütün hallarda deyil, yalnız insanları haqqa hidayət edən və peyğəmbərlərin həqqaniyyətini sübuta yetirən mö᾽cüzələrdə də müşahidə edilə bilər.

4. Ayənin mətninə diqqət yetirdikdə bir daha bu həqiqətin şahidi oluruq ki, Allah tərəfindən qadağan olunan mö᾽cüzələr ümumi xarakter daşımır və məhz inadkar insanların əyləncə məqsədilə tələb etdikləri və insanlara xəbərdarlıq məqsədilə göstərilən mö᾽cüzələrə aiddir.

a)İsra surəsinin 58-ci ayəsində insanların inadkarlıq üzündən düçar olduqları fəlakətlərə toxunulur.

وَإِن مَّن قَرْيَةٍ إِلاَّ نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ الْقِيَامَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًا كَانَ ذَلِك فِي الْكِتَابِ مَسْطُورًا

«Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda [lövhi-məhfuzda] yazılmışdır.»

b) həmin ayədə Səmud qövmünün düçar olduğu fəlakətə işarə olunur.

v) Bu mö᾽cüzələr həmin xəbərdarlıq ayələri altında qeyd olunmuş və «Biz mö᾽cüzələri yalnız [bəndələrimizi] qorxutmaq üçün göndərdik» ifadəsilə sona çatır.

Bütün deyilənlərdən belə mə᾽lum olur ki, qadağan olunan mö᾽cüzələr deyildikdə, inkar edilməsi ilahi əzabla nəticələnən mö᾽cüzələr nəzərdə tutulur.

5.Bu mətləbə toxunan digər Qur᾽an ayələrində də qadağan olunmuş mö᾽cüzələrin müşriklərin əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələrə aid olduğuna dəlalət edir. Bu ayələri diqqətlə araşdırdıqda mə᾽lum olur ki, müşriklər özləri üçün əzab göndərilməsini istəmiş və ya tələb etdikləri mö᾽cüzəni təkzib etməklə keçmiş ümmətlərdə olduğu kimi, əzaba düçar olmuşlar.

Bu məzmunda nazil olmuş ayələr ümumi şəkildə üç qismə bölünür.

1. Bəla istənilən ayələr;

2. Əyləncə məqsədilə tələb və sonralar təkzib olunan mö᾽cüzələr haqda nazil olmuş ayələr;

3. Mö᾽cüzələr təkzib olunduqdan sonra gəlmiş bəlalar haqda nazil olmuş ayələr.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor