RSS
 

Login:
Şifrə:
» » Nizami, Füzuli və Nəsimi hansı şərabdan yazırdılar?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Nizami, Füzuli və Nəsimi hansı şərabdan yazırdılar?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 7-02-2017, 19:27 | Şərh sayı: (0) | Baxılıb: 184

Nizami, Füzuli və Nəsimi hansı şərabdan yazırdılar?


Nizami, Füzuli və Nəsimi hansı şərabdan yazırdılar? İrfan aləmi və təsəvvüf terminləri ilə tanış olmayan bəzi şəxslər ariflərin qələmindən çıxmış klassik ədəbiyyat nümunələrindəki “şərab” və “mey” sözlərini zahiri mənada qəbul edirlər. Onların fikrincə, həmin şeirlərin müəllifləri həqiqətən, içki məclislərində sərxoşluq və əyyaşlıq etmiş, həttə bunu gizlətmədən öz əsərlərində də təbliğ etmişlər.

Əslində ruhaniyyat və irfan aləminin sultanları olan, əsərlərini minacat və nəətlərlə başlamağı özlərinə fəxr bilən, dəfələrlə müqəddəs ziyarətgahlara gedib Allaha sədaqətlərini əməlləri ilə sübuta yetirən minlərlə Şərq şairi (millətindən asılı olmayaraq) bu “ittiham”ların hədəfinə çevrilmişdir. Müsəlman fikir aləminin iftixarı sayılan Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Xəyyam, Həkim Sənai, Hafiz Şirazi, Şəms Təbrizi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Mühəmməd Füzuli, Seyyid Əzim Şirvani kimi nəhəngləri şərabxorluqda təqsirləndirmək ən azı insafsızlıqdır. Əgər bü mütəfəkkirlərin yaradıcılığına nəzər salsaq, görərik ki, onlar həmişə məcazi meydən və şərabdan danışmış, həqiqi şərabı isə haram bilmişlər.

Bu məqalədə müsəlman dünyasının böyük irfan sahibləri olan məşhur şairlərdən bir neçəsinin məstedici içkiyə olan münasibəti barədə onların öz əsərlərindən sübutlar verilir. Orta əsrlərdə Yaxın Şərqin klassik ədəbiyyat dili fars dili olmuş, təqribən XIV əsrə kimi Azərbaycan şairlərinin də böyük əksəriyyəti bu dildə yazmışlar. Ona görə də, Xaqani və Nizami kimi dahi Azərbaycan şairlərinin beytlərinin farsca orijinalını deyil, Azərbaycanca tərcüməsini təqdim edirik.

İrfan ədəbiyyatının öncüllərindən olan, şeirdə “qələndəriyyə” adlanan üslubun ilk nümayəndələrindən sayılan Həkim Sənai Qəznəvi öz əsərlərində ilk baxışdan əyyaşlara mənsub olan ifadələri simvolik dillə işlətmiş ilk şairlərdən sayılır. O, “Hədiqətül-həqiqə” məsnəvisində sərxoşluq gətirən əsil şərab haqqında belə yazırdı:

Şəraba meyl etməyin nə faydası var?

Əvvəli şər, axırı su yoluna getməkdir...

Onun sirrindən ürəkdə sevinc yaranmaz,

O, insana mənəm-mənəmlikdən başqa heç nə verməz.

Başqa bir yerdə Sənai belə yazır:

Gecə yatmaq, gündüz isə şərab dalınca düşmək,

Bunlardan savayı dini və malı korlayan şey varmı?!

Məşhur Azərbaycan şairi Xaqani Şirvani isə şəriətin haram buyurduğu şərabı “şeytanın sidiyi” adlandırırdı:

Badəni ağıl üzərində hakim etmə!

Divi mələk üzərində rəhbər etmə!

Mənim xatirim Keyxosrovun camıdır,

Kainatın sirrini aşkar edir.

Bu camdan halal səlsəbil (cənnət suyu) iç,

Haram cəhənnəm zəhərindən uzaq ol!

Şeytanın sidiyini şüşəyə tökmə,

Onu ağıl həkiminin yanına aparma!

Dünya şöhrətli Nizami Gəncəvi sanki gələcəkdə ruhuna qarşı irəli sürüləcək ittihamları görürmüş kimi elan edirdi:

Mənim saqim Allahın vədəsidir,

Qədəhim - özümdən getmək, meyim - özümü itirməkdir.

Yoxsa Allaha and olsun, nə qədər ki, ömür sürmüşəm,

Şəraba ağzımı bulaşdırmamışam.

Əgər ağzım meyə dəyibsə,

Allahın halal buyurduğu mənə haram olsun!

Bu gün təəssüf ki, çoxlarının dinsiz kimi tanıdığı, Azərbaycanın mütəfəkkir oğlu Seyyid İmadəddin Nəsimi öz qəzəllərində yeri gəldikcə, eşqin meyindən məst olduğunu car çəkir, başqalarını da haram şərabı atıb, bu meydən nuş etməyə çağırırdı:

Eşq əlindən gəl şərabi-Səlsəbilü Kövsər iç,

Keç bu meydən kim, çəkərsən ertə rəncindən xumar.

Nəsimi insanları vəhdət meyindən içməyə, yəni ilahi mərifət və bilgilər kəsb etməyə həvəsləndirir:

Şirin ləbidir dilbərin vəhdət meyin peymanəsi,

Ey zahid, ol peymanədən məst ol ki, xoş peymanədir!

Nəsimi açıq-aydın göstərir ki, başqaları üzüm suyunu içirlərsə, o, eşq meyini içir:

Maül-inəbdəndir əgər hər sərxoşun sərxoşluğu,

Mən içmişəm eşqin meyin, sərməstü xummar olmuşam.

(Maül-inəb, yəni üzüm suyu).



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor