Şərabın yaranma tarixi |
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 25-12-2015, 01:44 | Şərh sayı: (0) | Baxılıb: 1024
Şərabın yaranma tarixi
Şərabın nə vaxt meydana gəlməsi bizə dəqiq mə`lum deyildir. Hal-hazırda mövcud olan Tövrat və İncil kitablarında da şərab haqqında danışılmışdır. Bundan əlavə, qədim Misir və Babil aşurilərindən əldə qalan əsərlərdə, müxtəlif millətlərin əfsanələrində, o cümlədən yunanların, rumların qədim əfsanələrində şərabın adı çəkilmişdir.
Həzrəti İsa (əleyhissalam)-dan qabaqkı dövrlərdə yaşamış qədim yunan tarixçisi Blinyus yazır ki: "Mən yüz ildən qalmış şərab içdim”. Humerus adlı başqa bir tarixçi özünün "Əl-Yazər” kitabında şərabın adını çəkir.
Bə`ziləri üzüm şərabının meydana gəlməsini belə nəql edirlər: Həzrət Adəm (əleyhissalam) üzüm ağacını əkir. Bu səhnəni görən Şeytan gəlib onun dibində tovuz quşunu kəsir. Üzümün yarpaqları açıldıqdan sonra isə dibində meymun kəsərək onun qanını ağacın dibinə tökür. Amma ağac bar gətirdikdən sonra, Şeytan onun dibində bir şir kəsir. Meyvə kamil yetişdikdən sonra isə bu dəfə onun dibində bir donuz kəsir. Deyilənə görə, həmin səbəbə görə şərab içən şəxsdə bu dörd heyvanın xasiyyəti zahir olur.
Şərab içənin rəngi və surəti əvvəlcə tovuz quşu kimi qızarır. Şərab onun damarlarına keçdikdən sonra məst olaraq meymun kimi rəqs etməyə başlayır. Sərxoşluq halı onun bütün bədənini bürüdükdən sonra kimisə vurub öldürmək istəyir. Şir kimi hər tərəfə həmlə edir. Daha sonra onda əsəb yorğunluğu yaranır və yatmaq istəyir. Bu vaxt xoruldayaraq yuxuya gedir və özünü Şeytanın ixtiyarında qoyur.
Tarix səhifələrində bu cür əhvalatlara çox rast gəlmək olar. Hər halda, şərabın yaranma tarixi bizə dəqiq şəkildə mə`lum olmasa da, onun adının qədim zamanlardan, hətta demək olar ki, bəşərin ömrü ilə bərabər olmasına şübhə yoxdur.
Amma şərab və məstedici içkilərin rəsmi şəkildə hazırlanması miladi tarixinin birici ilindən İskəndəriyyədə başlanır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər