Halal qazanc və halal təam... |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-06-2016, 19:00 | Şərh sayı: (0) | Baxılıb: 630
Halal qazanc və halal təam...
Həzrət Peyğəmbər (s) buyurur: İbadət yetmiş qisimdir, onun ən üstünü halal ruzi qazanmaqdır...Başqa bir məqamda Həzrət (s) buyurur: Qırx gün halal yiyən insanın qəlbini Allah nuraniləşdirər... Kim halal yesə Allah başının üzərində bir mələk qərar verər. Bu mələk insan süfrədən uzaqlaşana qədər ona bağışlanma diləyər... Bir dirhəmlik haramdan imtina etmək Allah üçün yetmiş qəbul olunmuş Həccə bərabərdir.
Haram qidanın cism və ruha təsiri...
Həzrət Peyğəmbər (s) buyurur: Duasının qəbul olunmasını istəyən kəs qazancını və qidasını haramdan təmizləməlidir... Bir təkə haram qırx gecə namaz və duanın qəbuluna imkan verməz. Bədəndə haramdan cücərmiş ət cəhənnəm oduna layiqdir.
Şərabın haram olması...
Həzrət Peyğəmbər (s) buyurur: Kim şərab içsə qırx gün ibadəti qəbul olmaz. Bu qırx gündə dünyadan getsə kafir kimi gedib...
Səkkiz qrupun namazı qəbul deyil: Əri qarşısında vəzifəsini yerinə yetirməkdən imtina edən, ərini qəzəbləndirən qadın, zəkat ödəməyən kəs, namaz üçün dəstəmaz almayan şəxs, büluğ həddinə çatıb örtüksüz namaz qılan qız, camaat namazında zorla imam dayanan şəxs, məst adam, sidik və təbii ehtiyacını zorla saxlayıb namaz qılan adam.
Məscidin pak saxlanılması...
Həzrət Peyğəmbər (s) buyurur: Qəbrinin qaranlıq olmasını istəməyən şəxs məscidləri işıqlandırmağa çalışsın. Torpaq altda qurdlara yem olmaq istəməyən şəxs məscidi süpürsün.
Başqa bir məqamda buyurur: Pis qoxulu göyərtidən (məsələn soğan və sarımsaq) yeyən şəxs bizim məclislərə (məscidlərə) gəlməsin. Çünki müsəlmanı narahat edən şey mələkləri də narahat edir.
Gecə namazı və nuranilik...
Həzrət Peyğəmbər (s) buyurur: Kim gecə namazı qılsa gündüzlər çöhrəsi nurani olar.
Namazın cism və ruha təsiri...
Həzrət Peyğəmbər (s) buyurur: Beş vaxtın namazı evin qarşısından axan su arxı kimidir. İnsan gündə beş vaxt bu arxda yuyunanda təmiz olduğu kimi beş vaxt namaz qılmaqla ruhunu çirkabdan təmizləyir. Amma namazı qəlbin iştirakı ilə qılsın. Bu halda onda günah qalmaz...
Müsəlman dəstəmaz alıb beş vaxtın namazını qılsa günahları ağacdan yarpaq tökülən kimi tökülər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər