RSS
 

Login:
Şifrə:
» » Səfəvilər dövründə türkdilli ədəbiyyat

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Səfəvilər dövründə türkdilli ədəbiyyat

 
Müəllif: Admin | Bölmə: Azərbaycan tarixi | Vaxt: 4-05-2016, 23:54 | Şərh sayı: (0) | Baxılıb: 601

Səfəvilər dövründə türkdilli ədəbiyyat


Səfəvilər dövründə türkdilli ədəbiyyatXV-XVI əsrlərdə türk dövlətlərində türk dilində (fars dili ilə yanaşı) gözəl şeir nümunələri yaradılırdı. O zamanlar nəinki xalq içində, hətta sarayda da türkdilli ədəbiyyat kifayət qədər geniş yayılmışdı. Hökmdarlar və vəzirlər belə, türkcə şeir yazır, hətta bu dildə divan yaradırdılar. Xorasanda Əmir Hüseyn Bayqaranın vəziri qüdrətli şair Əlişir Nəvai, daha sonralar Şeybani xanları (o cümlədən, Mühəmməd Şeybani, Übeyd xan) cığatay dilində yazırdılar. Böyük Moğollar imperiyasının banisi Babur şah da türkcə gözəl şeir və nəsr nümunələri yaradırdı. Qaraqoyunlu dövlətinin güclü hökmdarı Cahanşahın “Həqiqi” təxəllüsü ilə türkcə divanı vardır.

Osmanlı sultanlarından da bir çoxu şair olmuşdur. XV-XVI əsrlərdə hakimiyyət sürmüş Osmanlı sultanlarının əksəriyyətinin şeir divanları vardır. Uluslararası Türkmen-Türk Üniversitesi, Türk Dili ve Edebiyatı Bölümü, Öğretim Görevlisi Şadi Aydın “Farsca divan sahibi Osmanlı sultanları və divanlarının nushaları” adlı məqalədə farsca divanı olan Osmanlı sultan və şahzadələri barədə məlumat verərək, Sultan II Mehmet Fatihin, Sultan Süleyman Qanuninin (təxəllüsü Mühübbi), Sultan III Muradın (təxəllüsü Muradi), şahzadələr Cəm Sultanın (təxəllüsü Cəm) və Bayezidin (təxəllüsü Şahi) farsca ilə yanaşı, türkcə də divan sahibi olduqlarını yazır. Bəzi təzkirələrdə bunlardan əlavə Sultan II Bayezidin (təxəllüsü Ədli), Sultan II Səlimin (təxəllüsü Səlim), şahzadə Mustafanın (təxəllüsü Müxlisi), Sultan III Muradın (təxəllüsü Murad) türkcə bütöv və natamam şeirləri xatırlanır.

Maraqlıdır ki, Sultan Səlim Yavuz şeir təbinə malik olsa da, türkcə az şeir demiş, əsasən fars dilində yaratmışdır. Onun fars dilində divanı vardır. Sultan Səlimin yaradıcılığından danışan digər tədqiqatçılar da onun türkcə deyil, farsca yazdığını qeyd etmişlər. Şadi Aydın Sultan Səlim haqqında danışarkən, onun farsca və türkcə şeirlər yazdığını bildirsə də, əsərləri sırasında yalnız farsca divanının adını çəkir və 16 fərqli nüsxəsi haqqında məlumat verir (baxmayaraq ki, eyni məqalədə başqa Osmanlı sultanlarının türk dilində də divanı olduğunu qeyd edir).

Adnan Menderes Universiteti, Fənn-Ədəbiyyat fakültəsi, Türk dili və ədəbiyyatı bölümü üzrə mütəxəssis Hasan Gültekin “Yavuz Sultan Səlimin farsca beytləri ilə tərcümələri” məqaləsində məsələyə daha da aydınlıq gətirərək, Sultanın niyə türkcə yox, farsca şeir deməyə üstünlük verdiyini izah edir: “Divanını türkcə deyil, farsca şeirlər söyləyərək tərtib etməsi onun fərqli cəhətidir. Rəvayətə görə, Şah İsmayılın “Xətai” təxəllüsü ilə türkcə şeirlər söyləyərək, türk millətinin hökmdarlığına təkbaşına yiyələnmək istəməsi qarşısında Yavuz Sultan Səlim də türkcə və farsca danışan bölgə xalqının tək hökmdarı olduğunu təsdiqləmək məqsədi ilə farsca şeirlər söyləmişdir” (Turkish Studies, International Periodical For The Languages, Literature and History of Turkish or Turkic. Volume 10/8 Spring 2015, p. 1217-1246).

Səfəvi hökmdarları saray ünsiyyətində türk dilinə üstünlük verdikləri kimi ədəbi fəaliyyətdə də bu dilin dəyərini qoruyub-saxlamağa çalışırdılar. Şah İsmayılın “Xətai” təxəllüsü ilə yazdığı gözəl qəzəllər, dördlüklər, “Dəhnamə” poeması, “Nəsihətnamə” məsnəvisi ədəbiyyat tariximizin şah əsərləri sayılır. Onun oğlu I Təhmasib də şeir təbinə malik idi və “Bəhrami” təxəllüsünü daşıyırdı. Şah Təhmasibin fars dili ilə yanaşı, türk dilində də yazdığını məşhur ədəbiyyatşünas Fuad Köprülü təsdiq etmişdir. Şah Təhmasibin Sultan Süleyman Qanuni ilə türkcə müşairəsi (şeirləşməsi, deyişməsi) də mənbələrdə öz əksini tapır (bax: dr. Mehmet Nuri Çinarcı. Sefevi sarayında türkçe şiir yazan bir şehzade, Türkiye Sosyal Araştırmalar dergisi, il 19, sayı 3, səh. 168-169). Səfəvi şahlarından II Şah Abbas “Sani” təxəllüsü ilə türkcə şeirlər demişdir. Bunu XVII əsr təzkirələrinə istinadən Fuad Köprülü, Məhəmmədəli Tərbiyət (“Danişməndane-Azərbaycan” kitabında) kimi ünlü tədqiqatçılar da təsdiq etmişlər. I Şah Abbasın da ana dilində bəzi şeirləri qalmışdır. (bax: XVII əsr Azərbaycan lirikası (antologiya), Bakı, 2008, səh. 118). Səfəvi şahzadəsi İbrahim Mirzə (Şah İsmayılın nəvəsi) də türkcə xalq ədəbiyyatı ruhunda şeirlər qoşmuşdur.

Azərbaycanda Səfəvilərə kimi türkdilli ədəbiyyat ənənəsi formalaşmışdı. İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, Yusif Məddah, Qasim Ənvar, Hamidi, Əhməd Təbrizi, Xətai Təbrizi, Qul Əli, Suli Fəqih, Mustafa Zərir, İmadəddin Nəsimi, Cahan şah Həqiqi, Xəlili, Hidayət və başqaları azərbaycan türkcəsində dəyərli sənət əsərləri yaratmışdılar. Şah İsmayılın müasirləri Həbibi, Kişvəri, Gülşəni, Bəsiri, Füzuli, Həqiri də azərbaycan dilində yazırdılar. Şah İsmayıl Xətainin sarayında məliküş-şüəra (şairlərin başçısı) vəzifəsi Azərbaycan şairi Həbibiyə məxsus idi. Sarayda Süruri, Tüfeyli, Qasimi, Şahi kimi şairlər böyük hörmət sahibi idilər. Sonrakı dövrlərdə ya bütünlükdə, ya da qismən azərbaycan dilində yazmış şairlərin sırasında Fədai, Yusif bəy Ustaclu, Təbrizli Xəlifə, Fəzli, Həqiri, Rəhməti, Ruhi, Əmani, Məczub Təbrizi, Qövsi Təbrizi, Saib Təbrizi, Vəhid Qəzvini, Vaiz Qəzvini, Əbdürrəzzaq Nəşə və başqalarının adını çəkə bilərik. Şah Süleyman və Şah Sultan Hüseyn zamanında Səfəvi sarayında Mirzə Möhsün Təsir Təbrizi məliküş-şüəra idi.

Sarayda böyük nüfuza malik olan bəzi azərbaycanlı əyanların şeir təbi də vardı, onlar ədəbiyyat, rəssamlıq, biblioqrafiya kimi sahələrdə fəaliyyət göstərirdilər. Məsələn, II Şah Abbasın və Şah Süleymanın baş vəziri Məhəmməd Tahir Vəhid Qəzvini, II Şah Abbasın sarayında xidmət edən Tərzi Əfşar, Şah Süleymanın katibi Məlik bəy Avçı, Şah Abbasın, sonralar isə Moğol şahlarının həkimi Məsihi, Səfəvi sarayının kitabxanaçısı Sadiq bəy Əfşar, Şah Səfi, II Şah Abbas və Şah Süleymanın dövründə sarayda məsul vəzifələr tutmuş Murtuzaqulu sultan Şamlu (Zəfər) həm də öz qələmlərini şeir sahəsində uğurla sınamış və türkcə gözəl şeirlər yazmışlar. Saraydan kənarda, vilayətlərdə yüksək vəzifədə çalışan bəzi əyanların da şeir təbi vardı. Məsələn: Təbriz şeyxülislamı Mirzə Saleh Təbrizi, Qum darğası və Gəncə-Qarabağ bəylərbəyi Müsahib Gəncəvi, Məşhəd valisi və Herat bəylərbəyi Səfiqulu bəy Şamlu (Səfi), şeyxülislam Mövzi Əhəri və başqaları.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor