RSS
 

Login:
Şifrə:
» » Qeyri-ilahi ifrat eşqlərdən qurtarmağın və qarşısını almağın yolları nədir?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qeyri-ilahi ifrat eşqlərdən qurtarmağın və qarşısını almağın yolları nədir?

 
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 2-01-2016, 06:09 | Şərh sayı: (0) | Baxılıb: 1050

Qeyri-ilahi ifrat eşqlərdən qurtarmağın və qarşısını almağın yolları nədir?


Qeyri-ilahi ifrat eşqlərdən qurtarmağın və qarşısını almağın yolları nədir?


Sual: Bəzən bir nəfər dostla əlaqələr tam şəkildə aşiq-məşuqluğa çevrilir. Az bir diqqətlə başa düşmək olur ki, bu dostluq Allaha xatir deyil və bu məsələnin ən mühüm dəlillərindən biri qarşı tərəfin zahiri gözəlliyinin mühüm olmasıdır. İş o yerə çatır ki, dostundan ayrı qalmağa təqəti olmur və hətta günün ən çoxunu onun haqqında fikirləşir. Sizin fikrinizlə belə dostluğu necə kənara qoymaq olar və ya ən azı orta səviyyəli etməli və gələcəkdə belə ifrat dosluğun qarışısını almaq olar?

Cavab: İnsan ictimai bir varlığ olduğuna görə yaşadığı həyatda başqaları ilə əlaqədə olmağı ehtiyaclıdır. Amma, dostun seçilməsində diqqətli olmaq lazımdır ki, ilahi hüdudular, ifrat-təfritlər və bəzi halətlərə düşülməsin ki, insanın dünya və Axirətdə səadət və xoşbəxtçiliyinə zərbə vurmuş olmasın.
Hər hansı bir kəsə və şeyə şiddətli məhəbbətin və bağlılığın olması eşqdir. Bu eşq üç qismdir: 1) həqiqi eşq; elə bir eşqdi, insanın canına hopmuş olur, əvvəli və sonu Allahdır. Belə eşqdən “Böyük eşq” kimi də ad aparırlar. 2) məcazi eşq; elə bir eşqdir ki, Allah-Taalanın yaratdıqlarının zahirinə, məsələn, insana və onun kamal sifətlərinə olur. Belə eşqdən “kiçik eşq” kimi də ad aparılır. 3) mənşəyi şəhvət və cinsi hissiyyat olan yalan olan yalançı eşq; bu eşq insanın nəfsinin və şəhvət qüvvəsinin onun ağlı üzərində tam hakimiyyətinə səbəb olur və sonda, insanın məhv və həlak olması ilə nəticələnir. Beləliklə, Allaha və məsum İmamlara (ələyhimussalam) olan eşqdən başqa bütün eşqlər yalançı eşqdir.
Qeyri-ilahi ifrat eşqlərdən qurtarmağın və qarşısını almağın və yolları bunlardan ibarətdir:
A) dostları seçməkdə istər cinsi cəhətdən yəni, qız-oğlan münasibətində şəri qanunları nəzərə almaq (məsələn, naməhrəm oğlanla qızın dostluğu olmaz)
B) ifratçı dosluğun mənfi nəticələrini və əsərlərini nəzrə almaq;
C) Əsl həqiqi ilahi eşqi gücləndirmək. Əgər insanda əsl həqiqi ilahi eşq güclənsə yerdə qalan yalançı eşqlər öz-özünə aradan gedəcəkdir;


Ətraflı cavab: Bu sualın cavabında üç məsələ çox mühümdür.
1.Dostun məqamı və seçilməsinin əhəmiyyəti; İnsanda ictimai ruhiyyənin olmasına xatir hər bir fərd öz yaşayışında müxtəlif insanlarla dostluq və əlaqələrə möhtacdır. Həmçinin, təzə həyata daxil olan cavanlar və yeniyetmələr özlərinə gələcək həyat yoldaşı və layiqli dostlar tapmaqda çox israrlıdırlar. Amma, onu da bilmək lazımdır ki, əksər əxlaqi inhiraflar və ictimai çətinliklər yersiz və ləyaqətsiz dostlar vasitəsi ilə meyda gəlir. Ona görə də insanın yaxşı dostları və layiqli yoldaşları onun gələcək həyatında və şəxsiyyətinin formalaşmasında, əxlaq və mənəviyyatının möhkəmlənməsində çox mühüm təsir qoyur.
Başqa sözlə desək, əgər dostluq və məhəbbət məntiq, ağıl, Quran və Əhli-Beytin (əleyhimussalam) buyurduğu göstərişlər və çərçivələr əsasında olsa, hər cür ifrat və təfritçilikdən uzaq olsa, insan üçün ən gözəl qızıl fürsət olar və nəticə verər. Əgər belə olmasa, çox acı nəticələr verəcək.
Allah-Taala Qurani-Kərimdə buyurur: “O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: "Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol turardım; Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim; . And olsun ki, Qur’an mənə gəldikdən sonra məni ondan (Qur’ana iman gətirməkdən) o sapdırdı....”[1]
İslam Peyğəmbəri (s) dostluğun məqamı haqqında buyurur: “İnsan dinində dost olur. Bəs, diqqətli olun ki, kiminlə dost olursunuz.”[2]
Bəs, insan diqqətli olmalıdır ki, dünya və Axirətdə xoşbəxtliyinə təsir edən, insani əxlaqına təsir edən yaxşı dost və yoldaş seçməkdə çox diqqətli olmaq lazımdır.
2. Dostluqda hədd və orta səviyyəni gözləmək: dostluqda ən mühüm məsələdən biri də dostluq vasitəsində hədd-hüdud, ilahi hökmləri gözləmək, ifrat və təfritlərdən qorunmaq lazımdır; Çünki, bəzən dostluqlar öz adi səviyyəsindən xaric olur və inhirafa aparan eşqbazlığa səbəb olur. Dostluğun hədd və hüdudunan qorunması və ifratdan qaçmaqdan ötrü eşq və eşqin növləri haqqında biliyimiz olmalıdır.
Lüğət kitablarında eşq şiddətli dostluğ və məhəbbət mənasında gəlib.[3]-[4] Həmçinin, eşq sözü ərəbcədən əşəqə kəlməsindən alınıb. Əşəqə sözünün mənası sarmaşıq bitkisi mənasındadır.[5] Sarmaşıq elə bir bitkidir ki, başqa ağaca dolaşır. Bu mənada, insanın dostluğu bir şeylə və kəslə şiddətli olduqda onun vücudu bu dostluqda ram olur və ruhuna mütləq hakim kəsilir. İnsanın belə halətinə eşq deyilir. Eşq özü isə üç qismdir:
Birinci: Həqiqi eşq; İslam mədəniyyətində həqiqi eşq yəni, Allah-Taalaya pərəstiş etmək. Əmirəl-möminin Əli (ə) buyurur: “Xoş olsun o kəsin halına ki, Allaha ibadətə aşiq olsun və qəlbən bu əmələ bağlana və bədəni ilə yerinə yetirə!”[6] Əllamə Təbatəbai eşqin tərifində yazır: “ eşq yəni, kamal ardınca olan mövcudun (insanın) mütləq kamal sahibinin (Allah-Taalanın), gözəl və ehtiyacsız Pərvərdigarın cazibəsində qərar tutmaqlıq......və bütün varlığın Ona tərəf olması və Onu tələb etməsi məşuqun ardınca olmaq....”[7] Beləliklə, həqiqi eşq, gözəlliyə və ya müthəq xeyrə olan eşqdir. Buda eşqlərin ən üstün və uca mərtəbəsidir. Bu eşq elə bir eşqdi ki, insanın canına hopmuş olur, əvvəli və sonu Allahdır. Belə eşqdən “Böyük eşq”, ilk və ya üçüncü məhəbbət kimi də ad aparırlar.[8]
İkinci: məcazi eşq; alimlər və filosoflar həqiqi eşqlərin müqabilində iki eşq növü tərif edirlər ki, məcazi və yalançı eşq adlanır.
Məcazi eşq, Allah-taalanın yaratdıqlarının zahirinə məsələn, insana və onun kamal sifətlərinə, yəni, Allahın varlıq aləmində yaratdığı və haqqdan xəbər verən kamal sifətlərinə olan eşq. Bu eşqdən “kiçik eşq” adı ilə də ad aparırlar. Bununla belə, insanda eşq olmamaqdansa belə eşqdə qalması daha münasibdir. Amma belə eşq, həqiqi eşqin nəticəsini verməz.[9] Pak və iffətli məcazi eşq həqiqi eşq aləminə yetişməkdən ötrü nərdifan, yol və vəsilədir.
Yalançı eşq, elə bir eşqdir ki, əsli şəhvət və cinsi meylə qayıdır. Bu eşqdə aşiq, məşuqun zahiri şəklində, rəng və ətrində məhv olur. Belə bir eşq (ki, onu cəfa edib eşq adlandırıblar) səbəb olur ki, əmmarə nəfsinin qüdrəti və şəhvət hökuməti ağıl qüvvəsinə qalib gəlsin. Nəticədə, insanın həlak və məhv olması ələ gəlir. Yalınçı eşq, şəhvətin tüğyanınıdan başqa bir şey deyil. O da qeyd etdiyimiz kimi cinsi və heyvani köklərdən sərçeşmə alır.[10]
Ustad şəhid Mütəhhəri belə eşq haqqında yazır: “Gözəl surət və bəzənmiş saç görməklə bədəni lərzəyə düşən və zərif bir əli tutmaqla özünə burulan cavan bilməlidir ki, bu halda məddi və heyvani hisslərdən başqa bir şey yoxdur. (yəni, əsl həqiqi eşqdən xəbər yoxdur) Belə eşqlər sürətlə gəlir və sürətlə ötüb keçir. Etimad olunmalı və vəsf olunmaq qabiliyyətinə malik deyil və xətərlidir. İnsan, belə ehtiras və hisslərin müqabilində iffət və təslim olmamaq ruhiyyəsi ilə iman saxlayıb əsl həqiqi eşqə çata bilər.”[11]
Bu səbəbə görə insan, heyvani hisslərdən mənşələnən belə yalançı eşqlərdən və məhəbbətlərdən çəkinməlidir. Ona görə ki, belə eşqlərin sonu qəzəbə, cinayətə, giriftarçılıq, ayrılıq və həsrətlə sona yetir. Yalançı eşqlərdən nicat tapmağın ən yaxşı rolu insanda həqiqi ilahi eşqin möhkəmlənməsidir. Əgər insanda həqiqi eşq vücuda gəlsə və möhkəmlənsə, belə yalançı eşqlər öz-özünə aradan gedər və insan başa düşər ki, Allahdan başqa bütün eşqlərin dəyəri yoxdur. Qara qaş, qara göz və qara xal ardınca gedincə həqiqi gözəllik, yəni, onları yaradanın ardınca olmaq lazımdır.
İnsan özündə və qəlbində həqiqi eşqə çatmaqdan ötrü bəzi özündə şəraitləri yaratmalıdır. Əgər bu şəraitlər insanda yaranmasa təbii ki, insanda əsl həqiqi eşq olan Allah məhəbbəti yaranmayacaq. Şair demişkən;
Naz əhli, naz əhlini cəzb edər, Nur əhli, nur əhlini tələb edər.
Göyərçin göyərçinlə, bayquş bayquşla, Həmcins öz həmcinsi ilə uçar
Əlbəttə, yalançı eşq, ifrat məhəbbət və qeyri-ilahi eşqlərin qarşısını almaqdan ötrü aşağadakı məsələlərə diqqət etmək lazımdır.
1.Dost seçməkdə çox diqqətli olmalıyıq; Elə şəxsləri dost seçməliyk ki, etiqad, əxlaq, elm və sair cəhətdən bizdən üstün olsun. İslam Peyğəmbərinin (s) buyurduğu kimi “Dostunuzu görmək sizə Allahı yada saldırsın, danışığı sizin elminizi artırsın, əməlləri Axirəti sizin yadınıza salsın.”[12] İmam Həsən Müctəba (ə) övladına buyurur: “Oğlum! Kiminlə oturub kiminlə drumasını, hara gedib hara gəldiyini bilmədən heç kimlə dostluq etmə. Əgər yaxından tanıdın və rəftarları xoşuna gəldisə, onunla dostluq elə. Onunla dostluğun bu niyyətlə olsun ki, onu yolunu azmağdan saxlayasan və çətin vaxtında ona kömək olasan.”[13]
Başqa sözlə desək, dostluğda şəri həddləri gözləmək (qarşı tərəfin həmcins və qeyri-həmcins olmasını) nəzərə almaq və dostluğun hədlərini qorumaq lazımdır. Bu hədlərin bəzilərini qeyd edirik:
A) Dostluqlar Allaha xatir və Allaha görə olsun (əgər belə olsa möhkəm olar), Dünya, nəfsi istəklərə və həva-həvəsə görə dost olmayın;[14]
B) Dostluğda orta səviyyəni qormaq, ifrat və təfritdən çəkinmək lazımdır;[15]
C) Təhqiq və imtahan etməmiş dost seçməmək;[16]
D) özünün ən mhüm sirr və gizlin sirlərini hətta ən yaxın dosta açmamaq;[17]
H) Dostların şəxsi işlərində və həyatına həddən artıq daxil olmamaq;
V) Açıq-aşkar günah edib, o günahı sənə gözəl göstərmək istəyənlərlə dost olmamaq;[18]
Z) yalançı, fasiq, paxıl, axmaq, nadan, qohumlarla əlaqəni kəsən, dili zəhər, cahil, şərəfsiz və şər insanlarla dostluq etmə;[19]
2.İfrat dostluğun mənfi təsirlərinə həqiqətlə baxmaq; çünki;
A) Ən yaxşı dostlarımız da inhiraf yola düşə bilər. Əgər bu zaman onlardan çəkinə bilməsək bizim də yolumuz xətərə düşəcək;
B) İnsan həyatında bir çox hadisələr ola bilər ki, insanını dostlarını bir-birindən ayrılmasına səbəb ola bilər. Əgər bu halda dostluq ifratçılqla olubsa, ayrılıq da çox çətin, sağalmaz şiddətli ehtiraslı zərbələrla olar; Bəzi ifrat dostçuluqda insan öznünü ən dərin sirrini dostuna açır və zaman keçdikcə belə halın çox mənfi nəticələri müşahidə edirlər; [20]
C) Bəzən belə ifrat eşq o həddə qədər çatır ki, bir tərəf yaxud hər iki tərəf bir-birindən elə pis məqsədlərlə istifadə edirlər ki, hər iki tərəfə əxlaqi cəhətdən sağalmaz yaralar vurulur;
D) İfrat dostluqlar bəzən şəxslərin, xüsuslə cavanların və yeniyetmələrin ictimai təfəkkürlərinin inkişafına maneçilik törədir və onlarını ailələləri və sair ictimai mərkəzlər o cümlədən, məktəb və məscidlərlə yaxşı və sıx əlaqələrinin aradan getməsinə səbəb olur. Bu da onları dərs, ibadət, mənəviyyat kimi mövzulardan geri atır və onları Allahdan qafil edir.[21]
H) Diqqət etmək lazımdır ki, Allaha və Məsum İmamlara (əleyhimussalam) olan eşqdən başqa hər hansı bir eşq yalançı və davamsız eşqdir.[22]
Daha çox məlumat üçün müraciət edin:
Mövzu: Hesabçı əql, qəlb, iman və eşq, sual-10758;
Mövzu: İrfan və fəlsəfi cəhətdən eşq, sual-14935.

[1] Furqan surəsi 27-29
[2] Biharul-Ənvar, c.74; səh.192
[3] Əqrəbul-məvarid, c.2; səh.786
[4] Əql, hesabçı, qəlb, iman və eşq mövzusundan götrülüb, sual-10758; (sayt-937)
[5] Cubran Məsud, Ər-Raid, tərcümə edən, Rza Ətrabinicat, c.2; səh.1190; ikinci çap, 1376 şəmsi ili, Qüds Rəzəvi adanı nəşriyyat və müəssisə,
[6] Usul Kafi, c.2; səh.38
[7] Təbatəbai Əllamə, Məhəmməd Hüseyn, səh.411
[8] Tələbələrin sual və cavabları; İrfan və təsəvvüf, c.12; səh.231-233
[9] Tələbələrin sual və cavabları; İrfan və təsəvvüf, c.12; səh.231-233- bir az dəyişikliklə
[10] Tələbələrin sual və cavabları; İrfan və təsəvvüf, c.12; səh.231-233- bir az dəyişikliklə
[11] Mürtəza Mütəhhəri, İmam Əlinin (əleyhissalam) cazibə və dafiə qüvvəsi, Qum, Sədra nəşriyyatı, səh.56
[12] Biharul-Ənvar, c.74; səh.186
[13] Məhəmməd Cavad Təbəsi, Əhli-Beyt (ə) məktəbində övladların hüququ, səh.176
[14] Ğürərül-hikəm, c.2; hədis-1795-1796
[15] Nəhcül-Bəlağə, hikmət-268
[16] Ğürərül-hikəm, c.2; səh.86; səh.810
[17] Biharul-Ənvar, c.4; səh.177
[18] Biharul-Ənvar, c.74; səh.190
[19] Xisal Səduq, c.1; səh.244; Usul Kafi c.4; səh.453; Kənzul-ümmal, c.9; hədis-24844
[20] Nəhcül-Bəlağə, Hikmət-268
[21] Səbah elmi-təhqiqat jurnalı, 7, 8, saylar, 1382 şəmsi ili, səh.24-26
[22] İnsanın eşq və əqli, mövzusundan köçrülüb; sual-1822 (2935 sayt)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor