RSS
 

Login:
Şifrə:
» » ƏHLİ-BEYTİN (Ə) FƏZİLƏTLƏRİ – ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİ

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






ƏHLİ-BEYTİN (Ə) FƏZİLƏTLƏRİ – ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİ

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-04-2016, 00:54 | Şərh sayı: (0) | Baxılıb: 423

ƏHLİ-BEYTİN (Ə) FƏZİLƏTLƏRİ – ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİ


ƏHLİ-BEYTİN (Ə) FƏZİLƏTLƏRİ – ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİQurani-Kərimdə Əhli-beyt imamlarının (ə) üstünlüyünə işarə edən, onları İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən, eləcə də, onların vilayət və imamətini dolayısı ilə sübuta yetirən ayələrdən biri də “Bəqərə” surəsinin 37-ci ayəsidir. Bu ayədə belə buyurulur:

فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ

“Adəm (tərki-övladan, qadağan olunmuş ağaca yaxınlaşdıqdan sonra) öz Rəbbindən müəyyən kəlmələr öyrəndi, onların vasitəsilə tövbə etdi və Allah onun tövbəsini qəbul etdi. Allah tövbələri qəbul edən və mərhəmətlidir!”

Allahın həzrət Adəmə (ə) tövbə üçün öyrətdiyi “kəlmələr”in nədən ibarət olması ilə bağlı təfsirçilər arasında müxtəlif rəylər var. Bəzi təfsirçilərin əqidəsinə görə, bu kəlmələr “Əraf” surəsinin 23-cü ayəsindəkilərdir: “(Adəm və Həvva) dedilər: “İlahi! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyankarlardan olarıq.”

Bəzilərin nəzərincə, bunlar dualar, raz-niyazlar, o cümlədən, balığın qarnında həbs edilən Yunis peyğəmbərin duasından ibarətdir: “Ey mənim Rəbbim! Həqiqətən, mən özümə zülm etdim, məni bağışla. Çünki Sən bağışlayanların ən yaxşısısan!...”

Lakin Peyğəmbəri-Əkrəmdən (s), yaxud səhabələrdən nəql olunan müxtəlif rəvayətlərdə bu “kəlmələr”in Allah-Taalanın Peyğəmbəri-Əkrəm (s), imam Əli, xanım Fatimeyi-Zəhra (s.ə.), imam Həsən və imam Hüseynin (ə) haqqına and verilməsi kimi şərhləri gözə dəyir.

Süyuti “Əd-durrul-mənsur” kitabında bu ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: “Mən Peyğəmbəri-Əkrəmdən (s) soruşdum: Adəm peyğəmbərin Allahdan öyrəndiyi və onun vasitəsilə tövbə etdiyi “kəlmələr” nə idi? Peyğəmbər (s) buyurdu: “O, Allahı Mühəmməd, Əli, Fatimə, Həsən, Hüseynin haqqına and verərək tövbə etdi və Allah da onun tövbəsini qəbul etdi.” (“Əd-durrul-mənsur”, 1-ci cild, səh.60.)

Yenə orada imam Əlidən (ə) belə nəql olunur: “Mən Peyğəmbəri-Əkrəmdən (s) bu ayənin təfsirini soruşdum, Həzrət buyurdu: “...Allah Adəmə öyrətdi ki, belə desin:

اَللّهُمَّ اِنِّى اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، سُبْحانَكَ لا اِلهَ اِلاّ اَنْتَ عَمِلْتُ سُوءً وَظَلَمْتُ نَفْسِى فَاَغْفِرْلِى اِنَّكَ اَنْتَ الْغَفُورُ الرَّحِيمُ، اَللّهُمَّ اِنِّى اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، سُبْحانَكَ لا اِلهَ اِلاّ اَنْتَ عَمِلْتُ سُوءً وَظَلَمْتُ نَفْسِى فَتُبْ عَلَىَّ اِنَّكَ اَنْتَ التَّوّابُ الرَّحِيمُ فَهؤُلاءِ الْكَلِماتُ الَّتِى تَلَقَّى آدَمُ:

“İlahi! Mən Səni Mühəmməd və ali-Mühəmmədin haqqına and verirəm. Sən pak və münəzzəhsən, Səndən başqa heç bir məbud yoxdur. Mən pis iş görüb özümə zülm etdim, məni bağışla. Həqiqətən, Sən bağışlayan və mərhəmətlisən. İlahi! Mən Səni Mühəmməd və ali-Mühəmmədin haqqına and verirəm, Sən pak və münəzzəhsən, Səndən başqa heç bir məbud yoxdur. Mən pis iş görüb özümə zülm etdim, mənim tövbəmi qəbul et. Həqiqətən, Sən tövbələri qəbul edən və mərhəmətlisən.” Adəmin Allahdan öyrəndiyi “kəlmələr” bunlardan ibarət idi!” (“Əd-durrul-mənsur”, 1-ci cild, səh.60.)

Bu rəvayətdən açıq-aydın başa düşülür ki, bu üç təfsir arasında ziddiyyət yoxdur. Ola bilər ki, onların hər biri Adəm peyğəmbərə öyrədilmişdir. Adəm də onların həqiqətini, dolğun məna və batinini duymaqla onda kamil ruhi dəyişiklik baş vermiş, Allah-Taalanın lütf və mərhəmətini qazanmışdır.

İbn Məğazili “Mənaqib” kitabında Səid ibn Cübeyrin İbn Abbasdan belə nəql etdiyini yazır: “Peyğəmbəri-Əkrəmdən (s) həzrət Adəmin (ə) Allah-Taaladan öyrəndiyi “kəlmələr” barəsində soruşulduqda, Həzrət buyurdu:

سَئَلَهُ بِحَقِّ مُحَمَّدٍ وَعَلِىٍّ وَ فاطِمَةَ وَالْحَسَنِ وَالْحُسَيْنِ اِلاّ ما تُبْتَ عَلَىَّ فَتابَ عَلَيْهِ:

“O, Allahı Mühəmməd, Əli, Fatimə, Həsən və Hüseynin haqqına and verərək tövbəsinin qəbul olunmasını istədi və Allah da onun tövbəsini qəbul etdi.” (“Ehqaqul-həqq”, 9-cu cild, səh.102.)

Əllamə Qunduzi “Yənabiul-məvəddət”, Beyhəqi “Dəlailun-nubuvvət”, Bədəxşi “Miftahun-nəcah”, Abdullah Şafei “Mənaqib” kitablarında da bu hədisi nəql etmişlər. (“Ehqaqul-həqq”, 9-cu cild, səh.102.)

Əksər kitablarda bu hədisin sonu İbn Abbasa gedib çıxsa da, onun ravisi təkcə o deyil. Çünki “Əd-durrul-mənsur” kitabında Deyləminin “Müsnədül-firdovs” kitabından nəql edilən bu hədisin sənədi imam Əliyə (ə) yetişir. İmam Əli (ə) buyurur: “Peyğəmbəri-Əkrəmdən (s) bu ayə (“kəlmələr”in nəyə işarə olunduğu) haqda soruşdum... Həzrət (s) buyurdu: “Allah-Taala Adəmə tövbəsinin qəbul olunması üçün Mühəmməd və ali-Mühəmmədin haqqını and verməyi öyrətdi.” (“Əd-durrul-mənsur”, 1-ci cild, səh. 60 ixtisarla.)

Bu haqda həm şiə, həm də əhli-sünnə mənbələrində imam Sadiqdən (ə) də müxtəlif sənədli rəvayətlər nəql olunmuşdur.

Əhli-beytin (ə) fəzilətlərini bəyan edən bu hədislərin üstündən gözüyumulu keçmək olmaz. Adəm peyğəmbərin tövbə etməsi və bağışlanması üçün Allah tərəfindən əmr olunur ki, Allahı Mühəmməd (s) və ali-Mühəmmədin (ə) haqqına and versin! Bu məqam Əhli-beytdən (ə) başqa kimsəyə aid olmayan, məhz onlara məxsus çox böyük məqamdır. Belə bir şəraitdə, imamət və xilafət məqamına onlardan başqasını layiq bilmək olarmı?! Bu fəzilətlər göstərir ki, imamət və vilayət məqamı Peyğəmbərin (s) sülaləsi və Əhli-beytində qiyamət gününə qədər davam edəcək! (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.288-291.)

Rza Şükürlü



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor