RSS
 

Login:
Şifrə:
» » Allah-təalanın insana xeyirxahlığı

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Allah-təalanın insana xeyirxahlığı

 
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 16-06-2016, 19:20 | Şərh sayı: (0) | Baxılıb: 427

Allah-təalanın insana xeyirxahlığı


Allah-təalanın insana xeyirxahlığıQüdsi bir hədisdə Allah-təala Həzrət Musaya xitabən buyurur: "Ey Musa, mö’min bəndə mənim ən sevimli məxluqumdur. Əgər ona bir çətinlik üz verirsə, onun xeyiri həmin çətinlikdədir... Mən bəndəmin məsləhətini, xeyrini daha yaxşı bilirəm.”
Aydın məsələdir ki, biz dost bildiyimiz şəxsin çətinliyə düşməsini istəmirik. Əgər Allah-təala öz bəndəsini çətinliyə salırsa, bunun hikməti vardır. Allah tərəfindən müəyyən edilmiş çətinliyi düşmənçilik kimi qiymətləndirmək olmaz. Əgər ana öz xəstə körpəsinə bə’zi yeməkləri vermirsə və ya ona acı dərmanlar içirirsə, bu düşmənçilik deyil. Ananı bu işə vadar edən öz körpəsinə məhəbbətidir. Allah da çətinlikləri bu məqsədlə yaradır.
Ana körpəsini sığıb köksünə,
Deyir: sərtliyimdə sevgi var sənə.
Çöhrəmdə gördüyün bu hirs, bu qəzəb
Ana olduğumçün edilir tələb.
Rəvayətdə oxuyuruq: "Bəndəm bəlalarıma səbr, ne’mətlərimə şükr etməlidir.” Ne’mətlərə görə şükr və bəlalar qarşısında şükr insanın təkamül səbəbidir. Rəvayətin davamında oxuyuruq: "Bəndəm mənim qəzavü-qədərimdən razı olmalıdır ki, onu siddiqlər zümrəsində qərar verim...” Sonra isə belə buyurulur: "O zaman həmin zümrəyə qatılar ki, mənim razı olduğum işi görsün və fərmanıma itaət etsin.”
İmam Rahil (r) buyururdu: "Biz vəzifəmizə əməl etməliyik. Nəticə isə bizə aid deyil. Çünki varlıq aləminin müdəbbiri var. Onun qəzavü-qədəri ilə bağlı işlərə razı olmalıyıq.”
Digər bir rəvayətdə həzrət Musa Allah-təaladan soruşdu: "Pərvərdigara, hansı bəndən sənə daha əzizdir?” Allah-təala buyurur: "O bəndəm ki, sevdiyini əlindən aldıqda məndən üz döndərməz.” Bə’zən insanlar əzizlərini itirdikdə Allahdan gileylənirlər. Belələri şübhəsiz ki, Allahın əziz bəndəsi deyillər. Sonra həzrət Musa belə ərz edir: "Pərvərdigara, hansı bəndələrindən razı deyilsən?” Allah-təala buyurur: "O bəndəm ki, məndən xeyir istədiyi vaxt ona verdiyim xeyirdən razı qalmaz.”[25]
Allaha təvəkkül edərək Ondan xeyir istədiyimiz vaxt çətinliklə üzləşmiş olsaq, gileylənməməliyik. Çünki əsil xeyir Allahın bildiyi işdir. Həqiqi mö’minlər Allahın bəlaları qarşısında səbr edir və inanırlar ki, işlərin təqdiri Allahın əlindədir.
Həzrət Peyğəmbər (s) buyurur: "Allah-təala buyurur: "Mənim qəzavü-qədərimdən razı olmayan, ne’mətlərə şükr etməyən, bəlalarda səbr yolunu tutmayan kəs özünə başqa bir mə’bud axtarsın.”[26] Həzrət Peyğəmbər Allah-təalanın belə bir buyuruğunu nəql edir: "Mənim bə’zi mö’min bəndələrim imkanlı olduqları vaxt dindən möhkəm yapışarlar. (Varlı olduqda Allaha itaət edər, fəqirliyə düşdükdə dindən uzaqlaşarlar.) Belələrini böyük imkanlarla sınağa çəkərəm ki, imanları islah olsun.”
Əlbəttə ki, insan təkcə çətinliklərlə yox, həm də ne’mətlərlə imtahana çəkilir. Bə’zi insanlara gen-bol ne’mət verilir ki, onların öz vəzifələrinə bağlılığı aşkar olsun. Allah-təala buyurur: "Bə’zi bəndələrim öz dinlərində yalnız fəqirlik və xəstəlik zamanı möhkəm olurlar... Onları fəqirlik və xəstəliklə sınağa çəkərəm ki, dinləri islah olsun. Mən öz mö’min bəndələrimin dinini necə islah etməyi daha yaxşı bilirəm.”
Yuxarıda sadalanan işlər o zaman baş verir ki, bəndə mö’min olsun və öz işlərini Allaha həvalə etsin. Belə hallarda Allah öz bəndəsi üçün nəyi xeyir bilirsə, onu da gerçəkləşdirir. Əgər insanın xeyiri sərvətdədirsə, ona sərvət verilir, yox əgər onun xeyiri fəqirlikdədirsə, fəqirliyə düçar edilir. Xeyiri fəqirlikdə olan insan nə qədər çalışsa da, günbəgün geri gedir. Çünki o Allahdan xeyir istəmiş və Allah onun xeyrini fəqirlikdə görmüşdür. Əslində belə bir bəndənin üzləşdiyi vəziyyət onun öz duasının nəticəsidir.
Bir daha qeyd edək ki, insan əlini-əlinin üstünə qoyub oturmamalı və təlaş göstərməlidir. Vəzifəni yerinə yetirmək bir işdir, işləri Allaha tapşırmaq başqa bir iş. Əsas məsələ odur ki, insan qarşılaşdığı vəziyyətdən razı qalsın. Allahın təqdirindən asılı olmayaraq, insan öz ailəsinin ehtiyaclarını ödəmək, xəstəliklərdən qorunmaq üçün çalışmalıdır.
Bir çox insanlar öz sağlamlıqlarını qoruduqları halda xəstəliyə düçar olurlar. Bir başqaları isə xəstəlikdən qorunmadıqları halda sağlam olurlar. Çünki Allah onların sağlamlığı üçün başqa bir vasitə qərar vermişdir. İnsan bə’zən yetərincə çalışsa da arzusuna çatmaya bilər. Belə hallarda Allaha arxa çevirmək olmaz.
Allahın qəzavü-qədərindən razı olan insan heç vaxt dünya işlərinə görə narahat olmur. O vəzifəsini yerinə yetirir, Allaha pərəstiş edir və qarşılaşdığı hadisələrdən razı qalır. Amma riza məqamına çatmamış insanlar çətinliklərlə üzləşdikləri vaxt özlərindən çıxır və Allahdan gileylənirlər.
Rəvayətin davamında oxuyuruq: "Bəndələrdən bə’zisi mənə ibadətdə çalışır, rahat yataqdan qalxır, gecə yarı durub namaz qılır və mənə pərəstişdə özlərinə zəhmət verirlər... Onun imanını qorumaq məqsədi ilə bir-iki gecə yuxunu ona qalib edirəm. O, sübh ayılır və gecə namazına durmadığı üçün qəzəblənir, özünü məzəmmət edir. Hansı ki, mən onu ibadətdə özbaşına buraxsaydım, onu lovğalıq hissi bürüyərdi.” Bəli, eqoistlikdən qorumaq, özünəpərəstişdən uşaqlaşdırmaq məqsədi ilə Allah bə’zən bizi yuxuya verir ki, iki rəkət namazımızla qürrələnməyək. Belə hallarda insan hiss edir ki, onun ibadətdə də Allahın yardımına ehtiyacı var.
Rəvayətin davamında buyurulur: "Həmin xudbinlik onu əməlləri ilə aldadır. İnsan öz ibadətindən qürrələnməklə elə bir vəziyyətə gəlir ki, dindən çıxmağa yaxın olur. Çünki o, əməlləri ilə qürrələnir və özündən razı qalır... Ona elə gəlir ki, o, bütün abidlərdən üstündür və ibadətdə hamını ötüb-keçmişdir. (Hansı ki, peyğəmbərlər də ibadətdə süstlüyə yol verdiklərini e’tiraf etmişlər.) İbadəti ilə qürrələnən insan məndən uzaqlaşır və mənə yaxın olduğunu güman edir. Mükafat və savab üçün iş görənlər həmin əməllərlə qürrələnməməlidirlər.” Bəli, insan öz ibadəti, sübh oyanması ilə lovğalanmamalıdır. Çünki belə bir qürur və lovğalıq insanı həlak edə bilər. Əksinə, daim Allahın mərhəməti və yardımı ümidində olmaq lazımdır.
Rəvayətin davamında oxuyuruq: "Belələri nə qədər çalışsalar da, özlərini zəhmətə salsalar da, ömürlərini mənə ibadət yolunda keçirsələr də, təqsirkardılar. Onlar öz ibadətləri ilə mənə pərəstişin mahiyyətini dərk etməzlər. Onlar mənim yanımda olan kəramət, behişt ne’mətləri, uca məqamlara çatmaq ləyaqətini əldə etməzlər. Amma bəndələrim mənim mərhəmətimə e’timad göstərməli, fəzlimdən şad olmalı, xoş gümanla mənə əmin olmalıdırlar. Onlar həmin məqamda mərhəmətimə qovuşar, razılığımı əldə edər və lütfüm onlara bağışlanma libası geydirər. Həqiqətən də, mən rəhman və rəhim Allaham və bu adla adlandırılmışam!”[27] Bir sözlə, insan işlərində Allaha ümidvar olmalı və təkamül yolunda Allahın lütfünə e’timad göstərərək, vəzifələrini ən üstün şəkildə yerinə yetirməlidir. İnsan həm çalışmalı, həm də öz əməllərinə güvənməməlidir.
Çünki bizim əməllərimiz Allahın ne’mətləri ilə bərabər ola bilməz. Əgər əməllərimiz dəqiq hesablanası olsa, elə bir qazancımız olmadığını anlayarıq. Mö’minləri ağuşuna alacaq mərhəmət yalnız Allahın lütfündəndir.
Əgər biz Allaha ibadət ediriksə, bu onun ne’mətləri müqabilində bir şükürdür. Əgər dilimiz onu zikr edirsə, danışmaq qüdrətini də o əta etmişdir. Belə ki, Allaha minnət qoymaq olmaz. Ən üstün bir əməlimiz hesaba çəkilərsə belə, borclu qalarıq. Ona görə də mükafat, ilahi övliyaların məqamına çatmaq arzusunda olmamalıyıq. Çünki onlar uyğun uca məqama Allaha təvəkkül və xoşgümanlıq sayəsində ucalmışlar. Bəli, uca məqamın sirri saleh əməllərdə yox, həqiqi təvəkküldə və rizadadır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor