Şükr etmək |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-01-2016, 07:08 | Şərh sayı: (0) | Baxılıb: 1221
Şükr etmək
Nemətə şükr etmək neməti verəni tanımaq, buna sevinmək və Onun razı olduğu yerdə istifadə etməkdir. ("Ovsaful-əşraf" səh. 70)
Şükr etmək səadət əhlinin ən fəzilətlıi məqamı, bəlanın aradan getməsinə və nemətin artmasına səbəbdir.
Bunun üçün də Allah-Təala Qurani-Kərimdə buyurur:
وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ
O zaman Rəbbiniz bildirmişdi: "Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.("İbrahim" surəsi, ayə 7)
Bu ayədən məlum olur ki, naşükürlük etmək insanın axirətdə əzab çəkməsinə və dünya nemətindən məhrum olmasına səbəb olur.
Sadi deyir:
"Kainatda surət və zahiri baxımdan ən gözəl məxluq insandır və ən eybəcəri itdir. Bütün alimlər vəfalı itin nemətə naşükürlük edən kafir insandan fəzilətli olması barədə eyni fikirə gəlmişlər.
Şükürün mənası neməti nemət verənin razı olduğu yerdə istifadə etmək olduğu üçün insan verilən neməti necə və ya harda istifadə etməsinə Allahın razı olduğunu və olmadığını bilməlidir. Bununla o naşükürlüyü tərk edər və şükr etmiş olar.
Allahın nəyi sevdiyini və bəyənmədiyini bilmək üçün müqəddəs şəriətə müraciət edilməlidir. Çünki yalnız burada Allahın sevdiyi və bəyənmədiyi əməllər yazılmışdır. Belə ki, Allah xoşladığı əməlləri vacib və ya müstəhəb, xoşlamadığını isə haram və ya məkruh adlandırmışdır.
Demək, şəri hökümləri bilmədən və bunları əməllərdə tətbiq etmədən Allaha bəyəndiyi kimi şükr etmək mümkün deyildir.
Bil ki, Allaha şükr etmək bir neçə yolla mümkündür:
1 - Özündən iqtisadi cəhətdən zəif və dini elmlərdə yüksək olan insanlara diqqət yetirmək.
2 - Ölənlərə baxmaq. Onların yenidən bu dünyaya dönüb yaxşı əməllər görməsi arzusunda olmalarını xatırlamaq. Belə ki, Allah-Təala Qurani-Kərimdə buyurur:
وَلَوْ تَرَىٰ إِذِ الْمُجْرِمُونَ نَاكِسُو رُءُوسِهِمْ عِنْدَ رَبِّهِمْ رَبَّنَا أَبْصَرْنَا وَسَمِعْنَا فَارْجِعْنَا نَعْمَلْ صَالِحًا إِنَّا مُوقِنُونَ
Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: "Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qəti inandıq!”(– deyəndə )görəydin!" ("Səcdə" surəsi, ayə 12)
حَتَّىٰ إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ
لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ
"(Onlar şirk və küfr içində qalarlar və) nəhayət, onlardan birinə ölüm gəldiyi zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: "Ey Rəbbim! Məni geri qaytar. *Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) ("Muminun"surəsi, ayə 99-100)
İnsan özünün onlardan biri olduğunu hiss etməli və sanki hal-hazırda geri dönərək ona verilmiş fürsətdən istifadə etməlidir.
3- Düçar olduğu əzəmətli müsibətləri, öldürücü xəstəlikləri və bundan xilas olacağının mümkünsüz olduğunu zənn etdiyini xatırlamalıdır. Bəlkə də bütün bunlar onun ölümünə səbəb olacaqdır. Odur ki, həyatda qalmasını yeni bir fürsət .
4- Hər bir müsibətdə Allaha şükr etməlidir. Çünki ola bilsin ki, Allah onu bundan da böyük bir bəlaya və ya ən böyük bəla olan dinində fəlakətə düçar edər.
5 - İlahi mərifəti dərindən bilməli, İlahi yaradılışlar, zahiri və batini nemətlərin növləri haqda düşünməlidir. Belə ki, Allah-Təala Qurani-Kərimdə buyurur:
وَآتَاكُمْ مِنْ كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِنْ تَعُدُّوا نِعْمَتَ اللَّهِ لَا تُحْصُوهَا ۗ
O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz."("İbrahim" surəsi, ayə 34)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər