Allahın vilayəti |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 21-05-2016, 21:16 | Şərh sayı: (0) | Baxılıb: 344
Allahın vilayəti
Allah bütün mövcudların vəlisidir. Allah bütün mövcudlara onun özündən daha yaxındır. Allah mövcudların üzərində istədiyini edə bilir. Allahın ümumi vilayəti (məsələn, Allahın ümumi rübubiyyəti) bütün insanların üzərində eynidir. Lakin şüurlu və ixtiyarlı mövcudlara aid olan vilayətə daxil olmaq üçün layiqli olmaq lazımdır. Əgər insan ilahi vilayətə daxil olub, Allahın vəlisi olmaq istəyərsə, yəni Allahın onun işlərinə nəzarət edib, onu özbaşına buraxmamasını arzulayarsa, imanlı olmalı və göstərişlərə əməl etməlidir. Çünki Allah iman gətirənlərin vəlisidir. Allah imansız insanların vəlisi deyil. Yəni bu qəbil insanların işlərinə nə nəzarət edir, nə də onlara tədbir görür. Lakin Allah bəzi insanların işlərini öz öhdəsinə götürür. Belə bir insan xeyirin nədə olduğunu anlayır və heç nədən nigaran qalmır.” Onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar.” Çünki Allahın onları sevdiyini bilirlər. Allah onlara yalnız xeyir əta edir. Beləliklə, nigarançılığa heç bir səbəb yoxdur.
İmam Sadiq (ə) buyurur: "Möminin işlərinə təəccüb edirəm. Əgər Allah yer üzünün səltənətini ona əta edərsə, demək xeyiri bundadır. Əgər bədənini tikə-tikə doğrayarlarsa, yenə də xeyiri bundadır.”
Əlbəttə, bu vilayətin sonsuz mərtəbələri var. Birinci mərtəbə odur ki, hər nə versələr qane olur, halal ruzi, yaxşı zövcə, çətinliklərin aradan qalxması, hacətlərin gerçəkləşməsi ilə kifayətlənir. Ən üstün mərtəbə budur ki, bütün işlərini öhdəsinə götürmüş Allahın necə də sevimli olduğunu anlayır, ona aşiq olur və əldə etdiyi ilahi məhəbbətlə kifayətlənmir.
Minacatın bu hissəsində ərz edirik: İlahi, məni vilayət əhlinin arasında qərar ver. (Lakin, hansı mərtəbədə? Məlum olur ki, vilayət əhlinin məqamları müxtəlifdir. Beləliklə, Allahdan yenə də istəyirik) Məhəbbətinin artacağına ümid edən şəxslərin arasında!
Yuxarıda qeyd etdiklərimizdən bir neçə nəticə çıxarırıq:
1. İman üçün Allah-təala ilə xüsusi əlaqə yaratmaq lazımdır;
2. Allah hamının yaradanı və hamının Rəbbidir. Lakin Onun lütf və mərhəməti hamıya eyni qədər şamil olmur.
Allah həm dünyapərəstlərə, həm də allahpərəstlərə kömək edir. Lakin Allahın köməkləri fərqlidir. Bəzi insanlara bilmədikləri halda xeyir əta edir. Müəyyən hallarda insanlar əta olunan xeyirlərdən gileylənirlər. Məsələn, fəqirlik, zəlzələ, sel və sair. Quranda buyurulur: "Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli ola bilər.”
3. Biz öz istəyimizlə istədiyimiz məqama çata bilmərik. Bu məqamı Allah əta etməli, onu qorumalı və artırmalıdır. Demək, Allahdan istəməliyik ki, "əta et”, "qoru” və "artır.”
İnsanın Allahın ona mərifət nuru əta etməsi üçün ləyaqəti olmalıdır. Dərs oxumaq, düşünmək, kitab yazmaq, məktəb açmaq, mürşid olmaq ləyaqət deyil. Bəli, insan mərifətdən danışa bilər. Lakin qəlbin nurani olması tamam başqadır. "Allah bir kəsə nur verməsə, onun nuru olmaz.” Demək, istədiyimiz kimi, istədiyimiz vaxt nurani ola bilmərik. Yalnız Allah bizim mərifət, vilayət, eşq və məhəbbətimizi artırmalıdır. Bəzən, insanın üzünə bütün qapılar bağlanır. Bəzən isə çox asanlıqla Allaha yaxınlaşdığını, sanki Allahı görüb, onunla danışdığını hiss edir.
Beləliklə, Allahdan qətiyyətlə istəməli, eyni zamanda layiq olmalıyıq. "Allahın fəzlindən istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir.” Əgər istəməsək, yaxınlaşmasaq və bağlanmasaq heç nə əldə etməyəcəyik. Əlbəttə, dua etmək də ilahi tövfiqdir. Bir neçə nöqtəyə diqqət etməliyik:
1. Mənəvi kamilliklər maddiyyatdan daha dəyərlidir və daha çox zəhmət tələb edir. Məsələn, ləl sahibi olmaq istəyən şəxs zəhmət çəkməli, tər tökməli, mə’dənlərdə axtarış aparmalıdır. Əgər maddi əşyalar bu qədər zəhmətlə əldə olunursa, demək, mənəvi dəyərlər üçün daha çox zəhmət tələb olunacaq. Beləliklə, mənəvi dəyərləri əldə etməyin yolunu tapmaq lazımdır.
2. Allah öz övliyalarını sevir. Buna görə də bizdən qürrələnməyib, kamilliyə çatmaq üçün övliyalara bağlanmağımızı, onları vasitə seçməyimizi istəyir.
3. Məhəbbət və mərifətin bir mərtəbəsi ilə kifayətlənməməliyik. Hər mərtəbəni o biri mərtəbə üçün keçid vasitəsi etməliyik. "Allah aşkarcasına bildirmişdi: "Əgər şükür etsəniz, nemətlərinizi artıracağam.” Beləliklə, hər mərtəbədə ilahi nur hasil olarkən vəzifəmizə əməl etməliyik ki, Allah təkidlə vəd verdiyi kimi lütf və feyzini artırsın. Bu ayədə dörd təkid mövcuddur. Allaha şükür edənlərin maddi və mənəvi nemətlərini artıracağına and içmişdir. Allah-təala bəzən Bələm Baura kimi şəxslərin əhvalatlarını bizə xatırladır; ən üstün məqamlara çata bilən insan ən alçaq dərəcəyə endi. "Fəməsəluhu kəməsəlil-kəlb...”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər