RSS
 

Login:
Şifrə:
» » Hələb olayları və məzhəbçilik

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Hələb olayları və məzhəbçilik

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-12-2016, 13:50 | Şərh sayı: (0) | Baxılıb: 466

Hələb olayları və məzhəbçilik


Hələb olayları və məzhəbçilik Türkiyəni məzhəb müharibəsinə çəkmək istəyən kim(lər)dir?

Suriya müharibəsi, xüsusən də son olaraq Hələb əməliyyatı müsəlman aləmində, eləcə də hazırda həssas dönəmdən keçən Türkiyədə məzhəbçi çağırışlara səbəb oldu. Bu proses təəssüf ki, hələ də davam edir.

Hələb

Suriyanın ikinci böyük şəhəri Hələbin böyük bir hissəsi 2012-ci ildə Nusra da daxil olmaqla fərqli silahlı terror qruplarının nəzarətinə keçib. Yalnız şəhərin qərbində kiçik bir bölgədə ordu birlikləri qalıb. Bu ilin ortalarından başlayaraq cəbhədə üstünlük qazanan Suriya ordusu Hələbin terrorçular olan şərq hissəsini, payıza doğru daha da irəliləyərək şəhər tamamən mühasirəyə alıb.



Ancaq Hələbin son iki həftədə nəzarətə götürülməsi əməliyyatı, şəhərin şərq bölgəsində baş verən toqquşmalar dünyada böyük bir savaş əleyhinə kampaniyaya çevrildi. Hələbdən hər gün qətlaim, partlayış görüntüləri Qərb, o cümlədən ərəb və Türkiyə mediasında geniş yer aldı. Hələbin şərqində 250 min insanın bombardman altında qaldığı, qida, dərman, su çatışmazlığı olduğu, dinc insanların bombardmanlarda həlak olduğu ilə bağlı sürəkli xəbərlər servis edildi. Bütün bunlar isə şiə-sünni toqquşması başlığı altında verilirdi. (eyni zamanda heç kim Hələbin bir milyondan çox sakininin qaçaraq hökumət nəzarətində olan ərazilərə sığınmasını dilə gətirmir – red.)

Bəşər Əsəd: Bəəsçi, yoxsa irançı şiə?

Bəşər Əsəd ideal dövlət başçısı deyil. (Yaxın Şərqdə beləsi ümumiyyətlə, yoxdur) Hakimiyyəti atasından irs alıb, artıq 16 ildən çoxdur ölkəni idarə edir. Kimsə Suriyada “ərəb baharı”na qədər “güllük-gülüstanlıq” olduğunu idda etmir. Amma məsələ ondadır ki, Suriyada nə Tunisdə, nə də Misirdə olduğu kimi davamlı xalq etirazları, dinc inqilab olmadı. İlk aksiyalardan sonra olaylar silahlı müahribəyə çevrildi və artıq 2012-ci ildə Suriyada dünyanın müxtəlif ölkələrindən gələn və ya gətirilən radikal islamçılar peyda olmağa başladılar. Təbii ki, islam şüarları ilə Suriyaya gətirilmiş bu adamları savaşa cəlb etmək, onlara müsəlman dünyasında dəstək toplamaq üçün ən münasib yol cihad şüarı və islamçılıq idi. Ancaq Əfqanıstandan fərqli olaraq Suriyada qarşı tərəf də müsəlman idi, ona görə də Suriya savaşının şüarı məzhəb oldu.



Suriyada müharibə “şiə-nusayri” Bəşər Əsədin İranın dəstəyi ilə “sünniləri ucdantutma qırdığı” xəbərləri ilə qızışdırıldı. Dünyanın müxtəlif yerlərindən bilgisiz, olanlardan xəbərsiz, beyinləri “cihad” arzusu ilə alışıb yanan radikal islamçılar Suriyaya göndərilməyə başladı. Cihadçıların əlinə keçən ərazilərdə kütləvi və heç bir zərurət olmadan şiə və ələvi əhalisinin qətliamı həyata keçirilməyə başladı. Halbuki Suriyada hakimiyyətdə “Bəəs” Partiyası idi. İran isə bəlli səbəblərdən – Livan və Fələstində və Suriyadakı maraqları səbəbindən Əsədi dəstəkləyirdi. Hər nə qədər kənardan məzhəb düşmənçiliyi rəngi qatılsa da, əhalinin 12 faizinin nusayri, 15 faizinin xristian, və 2 faizinin şiə olduğu Suriyada 70 faizdən çox sünni əhali bütünlüklə hökumətdən üz çevirmədi. Çevirsəydi, Əsəd çoxdan devrilmişdi.

“Ərəb baharı”ndan “şiə-sünni” davasına

Hətta 2015-cü ildə Rusiya Suriyadakı savaşa aktiv şəkildə qatıldıqdan sonra çoxları bu savaşın böyük oyunçuların mübarizəsi olduğunu etiraf etsə də, bu, məzhəb şüarlarına təsir etmədi. Hələbin Suriya ordusunun əlinə keçdiyi bu günlərdə məzhəb çağırışları yenidən gündəmə gəldi. Bu dəfə daha şiddətli, necə deyərlər, əndazəni aşmış formada.

Məsələ ondadır ki, Hələbdə BMT-nin məlumatına görə, 50 min insan mühasirədə qalmışdı. Onlardan 40 mini dinc əhali, 10 min isə silahlılar olub. Ancaq təxliyyələr zamanı məlum oldu ki, dinc əhalinin heç də təxliyyə olunmaq fikri yoxdur, şəhərdən hökumət avtobusları ilə çıxan silahlılar isə Nusra terror təşkilatı, bir neçə ay əvvəl 12 yaşlı yeniyetmənin başını kəsməklə məşhurlaşan “Nurəddin Zingi” briqadasının və digər silahlı qruplaşmaların üzvləri olub. Yalnız az sayda Azad Suriya Ordusu müttəfiq qrupları da vardı. Yəni Hələbdə olanlar əsasən terrorçular olub, onlar da hökumətin əlinə keçməmək üçün dinc əhalidən qalxan kimi istifadə ediblər. Nəhayət dünya mediasının dəstəyi ilə dünyada başladılan Hələb kampaniyası nəticəsində Suriya və Rusiya geri çəkilərək Hələbdəki terrorçuların İdlibə keçməsinə icazə verdi. Halbuki daha əvvəl yaradılmış koridorlar vasitəsilə dinc əhalinin çıxarılması mümkün idi, amma terrorçular dinc əhalidən qalxan kimi istifadə etdilər və nəticədə Hələbin mühasirəsi bir neçə ay uzandı və dinc insanlar, qadınlar, uşaqlar da əzab-əziyyət gördü, bombardmanlara tuş gəldilər.

Türkiyəni kim qarışdırmaq istəyir?

Hələbin mühasirəsi və xüsusən də son olaraq təslim edilməsi Türkiyədə, ərəb ölkələrində, eləcə də Azərbaycanda da kəskin məzhəbçi çağırışlar, nifrət yayan çıxışlarla müşayiət olundu. Hələbin azad edilməsini Suriya ordusu, İran və Rusiya birgə həyata keçirsə də, nədənsə xüsusən də qonşu Türkiyədə əsas vurğu İranin, daha dəqiqi şiəliyin üzərinə edildi. İranın xüsusi təyinatlı əsgərlərinin Hələbdə sünniləri qırdığı, “sünni şəhəri Hələbin” alınması üçün amansızlıq etdiyi, İran ali dini liderinin “sünniləri qırın” fətvası verdiyi, hətta Əbdürrəhman Dilipakın şiə üləmasından bir nəfərin “9 sünni öldürənin cənnətə düşəcəyi fətvası verdiyi” ilə bağlı açıqlamaları qardaş ölkədə “ocağın üzərinə yağ tökdü”.



Aydın görünürdü ki, Türkiyədə bəlli bir şəkildə Hələb olayları üzərindən məzhəb nifrəti yaratmağa cəhdlər edilir. Bir universitet araşdırmaçısının Türkiyədəki ələvi və şiələri qisasla hədələməsi, nüfuzlu din adamı, “Cübbəli Əhməd” kimi tanınan Əhməd Mahmud Ünlünün xəstəxanada videomüraciət yayaraq “İran və şiə təhlükəsi” ilə bağlı çağırışlar yayması onsuz da gərgin olan atmosferi daha da gərginləşdirdi. İş o yerə çatdı ki, hökumət şiə məscidlərini qorumaq üçün, həmin ərazilərə əlavə polis qüvvələri yerləşdirdi. Bu təbliğatın başında “Yeni Akit”, “Yeni Şafak” kimi hakimiyyətə yaxın media və açıq şəkildə Suriyada terrora dəstək verən “islamçı” media dayanırdı. Hələbdə, bütövlükdə Suriyada olanları bir məzhəb müharibəsi kimi təqdim etmək, Türkiyədə 10 milyona yaxın şiə və ələvi icmasına qarşı nifrət çağırışları etmək təbii ki, Türkiyə hakimiyyətinin (hər nə qədər İranla rəqabətdə olsa da) maraqlarına cavab vermir. Burda başqa bir əlin olması qaçılmazdır.

Bu işin içində təxribat olduğunu isə ilk dəfə ən yüksək səviyyədə prezidentin müşaviri Yalçın Topçu açıqladı. Topçu İŞİD layihəsinin Qərb tərəfindən ortaya atıldığını və Suriya, İraq, Yəməndən sonra Türkiyədə məzhəb savaşı başlatmağa xidmət etdiyini bildirdi. Eyni zamanda təxribatın ünvanını da göstərdi. Qərb, onun Yaxın Şərqdə ortaya çıxardığı İŞİD layihəsi. Dolayısı ilə Türkiyədə başladılan məzhəb düşmənçiliyi kampaniyasının İŞİD təbliğatı olduğunu, arxasında isə İran-Türkiyə gərginliyi dayandığını ortaya qoymuş oldu.

Üstəlik İŞİD və Qərb adı qeyd etməklə, bu prosesin xaricdən qaynaqlandığını göstərdi. Türkiyədə xüsusən də son illərdə ərəb ölkələrinin radikal dini qruplarının, fondlarının təsiri artmaqdadır. Bir sıra media orqanları, o cümlədən “Yeni Akit” kimi ifrat radikal nəşrlər hakimiyyətyönlü media kimi görünsə də, əslində xaricdəki fondlardan maliyyələşir. Bu cür medianın ənənəvi Türk islamını deyil, ərəb mərkəzli sələfi və radikal ixvan xəttini müdafiə etməsinin əsas səbəbi də dini təəssübdən çox siyasi və maddi maraqlardır. Səudiyyə Ərəbistan mərkəzli radikal təkfirçi qruplar Türkiyədə artıq çox sərbəstdirlər, çünki son illərdə onların yerləşməsi üçün hər hansı maneə olmayıb.

Ən maraqlı tendensiyalardan biri də “ərəb baharı” olayları gedişində ənənəvi sünniliyin sələfi axımları qarşısında zəifləməsidir. Cihad şüarlarının aktuallıq qazandığı, savaşın ərəb coğrafiyasında aparıldığı bu prosesdə ənənəvi sünnilik hakim mövqeyini radikal sələfilik və xaricilərə təslim etdi. Bunun ən bariz örnəyi Türkiyədə yaşandı.

Rus səfiri “Allahu Əkbər” deyib öldürənlər

Ötən axşam Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Ankarada bir sərgidə çıxış edərkən polis əməkdaşı tərəfindən vurularaq öldürülüb. Terrorçu səfiri güllələdikdən sonra Hələb olayları xatırladıb, bunun bir qisas olduğunu deyib və təkbir söyləyib. Birbaşa səbəb olmasa da, 22 yaşlı polis məmurunun son günlər Türkiyədə ardıcıl aparılan Hələb kampaniyasının təsirində olması aydın görünür. Digər tərəfdən məhz yuxarıda qeyd etdiyimiz radikal islamçı dairələr və onların xaricdəki dayaqları üçün Türkiyənin Rusiya ilə yaxınlaşması məğlubiyyət kimidir. Çünki Türkiyənin Suriya məsələsində Rusiya ilə anlaşması terrora ağır zərbə olacaq.



Yeri gəlmişkən, dekabrın 20-də Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin Moskvada Suriya münaqişəsi ilə bağlı görüşü olacaq. Terrorun bu ərəfədə başlaması yenə də şübhəni o istiqamətə çevririr.

Nəticədə, Türkiyədə xüsusən də son zamanlar din üzərindən çox çirkli oyunlar oynanılır. Dini-məzhəbi qarşıdurma çağırışlar ilə müsəlman aləminin qəlbinə yara vurulur. Bu oyunlar İslam dünyasının mərkəz ölkəsi olan, fərqli din, məzhəb və təriqətlərin yanaşı yaşadığı Türkiyədə oynanılır, Türk insanının dinə həssaslığından istifadə olunur. Türkiyə hakimiyyəti bu oyunlarda olmasa da, özünü hökumətin dəstəkçisi kimi göstərən qruplar, o cümlədən media AKP “çətiri” altında öz çirkli planlarını həyata keçirirlər. Görünən odur ki, bu məsələdə Türkiyə hakimiyyəti də vahid görüşə malik deyil, fərqli təsir qrupları var. Bu isə hökumətin özünün də birmənalı xətt tutmasını çətinləşdirir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor