Azərbaycanda yalnız biometrik pasportu olan zəvvarlar Həccə gedə biləcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-06-2016, 14:51 | Şərh sayı: (0) | Baxılıb: 339
Azərbaycanda yalnız biometrik pasportu olan zəvvarlar Həccə gedə biləcək

Ixlas.Az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu il Azərbaycandan zəvvarların Həcc səfəri yalnız yeni biometrik pasportlarla mümkündür. QMİ zəvvarlara tövsiyə də edir ki, biometrik olmayan pasportları zəvvarla səfər vizası verilənə qədər (iyulun 10-dək) “ASAN xidmət” Mərkəzlərində dəyişsinlər.
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Son qərara əsasən, azərbaycanlı zəvvarlara yalnız Ramazan bayramından sonra vizaların verilməsi mümkün olacaq.
Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır.
Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsi ilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər