"Bizim özümüzdə də çox günah var" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-10-2015, 20:09 | Şərh sayı: (0) | Baxılıb: 422
"Bizim özümüzdə də çox günah var"
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarların problemlərlə üzləşməsinə münasibət bildirib.
APA-nın məlumatına görə, A.Paşazadə deyib ki, builki Həcc dövründə yayılan məlumatları, videoçəkilişləri izləyib, zəvvarların açıqlamaları ilə tanışdır.
"Bəzi səbirsizliklər gördüm. Kimdədir günah? Dindarlardamı, din xadimindəmi, yaxud mən göndərdiyim din adamındamı? Zəvvarlar məgər bilmirdilər ki, Müzdəlifədə sübh namazı zamanı nə qədər orada qalmalıdırlar? Ora gedən adam bilməli idi ki, Müzdəlifədə sübh namazından sonra avtobuslar gedib-gəlir. Bilməlidirlər ki, 8 saat əvvəl hava limanında olmaq lazımdır. 8 saat əvvəl gəlməli, 4 saat əvvəl avtobus verilməlidir, 4 saat da keçid dövrüdür. Bu edir 16 saat. Bu məlumatı niyə dindarlara vaxtında açıqlamırlar ki, narazılıq da yaranmasın, onlar da "biz gecikdik, bizə baxmadılar" deməsinlər. Bunun günahı kimdədir?" Bu, Səudiyyə Ərəbistanının qanunudur. Bunu öyrənmək lazımdır. Nə üçün vaxtında camaata deyilmir bunlar? Bizim özümüzdə də çox günah var".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər