Taciklər Həccə yalnız 40 yaşından sonra gedə bilərlər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 14:21 | Şərh sayı: (0) | Baxılıb: 281
Taciklər Həccə yalnız 40 yaşından sonra gedə bilərlər

Bu barədə jurnalistlərə respublika dini birliklərin nümayəndəsi Hüseyn Şakirov bildirib.
“Hökumətin sərəncamı imanlı müsəlmanların haqlarını heç bir halda pozmur və xələl gətirmir, bu sərəncam islamın müqəddəs məkanlarına ilk növbədə yaşlı adamlara səfər etmək imkanı yaradır”, - Şakirov izah edib.
Onun sözlərinə görə, son illərdə Səudiyyə Ərəbistanı hakimiyyəti həcc ziyarətinə, o cümlədən də Tacikistan üçün kvotanı ixtisar edir, bu isə yaşlı nəslin əksər nümayəndələri üçün həcc ziyarətini problematik edir.
Ötən il 6300 müsəlman həcc ziyarətinə yola düşüb, onların hər biri üçün səfər 3,6 min dollara başa gəlib.
Tacikistan hakimiyyəti yaş həddinin artırılmasını bu yerləri bir çox yaşlı insanların ziyarət etməsi üçün imkan yaradacağına ümid edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər