Ümrə ilə həcc arasında nə kimi fərq vardır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 19-05-2016, 14:28 | Şərh sayı: (0) | Baxılıb: 334
Ümrə ilə həcc arasında nə kimi fərq vardır?
Sual: Ümrə ilə həcc arasında nə kimi fərq vardır?
Cavab: Bunların hər ikisi müqəddəs Məkkə şəhərindəki Məscidül-həramın şəriətdə nəzərdə tutulmuş şəkildə ziyarətidir. Əsas fərq bundadır ki, həcc yalnız bu əməl üçün təyin olunmuş günlərdə - Qurban bayramı mövsümündə icra olunur. Ümrə ziyarətini isə ilin istənilən vaxtında yerinə yetirmək olar. İlin istənilən günündə Məkkəyə gələn adam ümrə ziyarətini edə bilər. Həcc ziyarətinə gələnlər də həccə başlamazdan əvvəl ümrə ziyarətini yerinə yetirir, bundan sonra həcc günlərində həccə başlayırlar. Ehram bağlayıb Kəbəni təvaf etmək, Səfa və Mərvə təpələrinin arasında səy etmək və saç-saqqalı qısaltmaq (təqsir etmək) həcc ilə ümrənin müştərək əməlləridir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər