Azərbaycanlı uşaqları kimlər övladlığa götürürlər? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 19:28 | Şərh sayı: (1) | Baxılıb: 613
Azərbaycanlı uşaqları kimlər övladlığa götürürlər?
Azərbaycanda anadan olmuş körpələri övladlığa götürmək üçün daha çox Türkiyə və Rusiyadan müraciətlər edilir.
Bunu Trend-ə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Seymur Məmmədov deyib.
Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı ABŞ və bir sıra Avropa ölkələrinin vətəndaşları da Azərbaycana az müraciət etmir: "Buna baxmayaraq, son 6 ay ərzində Azərbaycandan cəmi bir uşaq xarici ölkə vətəndaşına övladlığa verilib. Avropadan Fransa və Avstriya vətəndaşları Azərbaycandan uşaqları övladlığa götürməkdə maraqlıdır. Son 6 ay ərzində Rusiya vətəndaşı tərəfindən Azərbaycandan bir uşaq övladlığa götürülüb. O da Rusiyada yaşayan və adıçəkilən ölkənin vətəndaşlığını alan azərbaycanlıdır".
Ötən il Azərbaycandan 4 uşaq xarici ölkədən olan ailələrə (2-si Gürcüstan, 1-i Almaniya, 1-i ABŞ-dan olan ailə) övladlığa verilib.
Komitə nümayəndəsi bildirib ki, azərbaycanlı ailələr də xarici ölkələrdən uşaqları övladlığa götürməkdə maraqlıdır: "Sözügedən məsələ ilə bağlı Azərbaycandan daha çox müraciət Gürcüstana edilir. Gürcüstanda doğulmuş uşaqların övladlığa götürülməsi üçün bir sıra müraciətlər olunub. Artıq bununla bağlı sənədlər Gürcüstan tərəfinə göndərilib. Bundan sonrakı proseslər Gürcüstanda həll olunmalıdır. Müraciətə baxılma 6 və ya 7 ay çəkir".
Qeyd edək ki, Azərbaycandan olan uşaqların xarici ölkə vətəndaşlarına övladlığa verilməsi Ailə və Mülki Prosessual məcəllələrə əsasən, valideyin himayəsindən məhrum olmuş uşaqların uçot qaydaları və digər qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycanda övladlığavermə xarici ölkələrin təcrübəsinə əsasən həyata keçirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər