Azərbaycanlı və türk alimlərdən birgə yenilik |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-01-2016, 20:02 | Şərh sayı: (0) | Baxılıb: 336
Azərbaycanlı və türk alimlərdən birgə yenilik
Azərbaycan və Türkiyə alimləri əlin damarlarının unikal şəkli üzrə insanın biometrik eyniləşdirilməsinin yeni metodunu hazırlayıblar. Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan deyiblər.
Bu metod infraqırmızı skanerin köməyi ilə əlin damarlarının şəklini əldə etməyə imkan verir. Skaner infraqırmızı diapazonda çəkiliş etməyə imkan verən xüsusi filtrli fotoaparatla təchiz edilib.
Bununla da skaner damarların şəklini dəqiq əldə edir. Əldə edilmiş məlumatlar şirfrələnmiş formada kompüterə ötürülür və orada biometrik şablon yaradılır.
İnstitutdan bildiriblər ki, hər iki ölkənin alimləri bu sahədə ilk dəfə araşdırma aparırlar: "Yeni metodu tibb sahəsində də tətbiq etmək mümkündür".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər