"Dağlıq Qarabağ Qafqazı partlada bilər" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-04-2016, 01:08 | Şərh sayı: (0) | Baxılıb: 264
"Dağlıq Qarabağ Qafqazı partlada bilər"
"Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşəndə Ermənistan yardım üçün MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yardımü çün müraciət etməyib".
Ixlas.Az RİA Novosti-yə istinadən bildirir ki, bunu KTMT-nin baş katibi Nikolay Bordyuja deyib.
"Heç bitr istək olmadı. Ermənistan rəhbərliyi ilə təmaslar zamanı mənə anlatdılar ki, Ermənsitan malik olduğu potensialın böyük qisminiişə salmayıb. Bu səbəbdən yardım istəmədilər", - Bordyuja deyib.
Onun sözlərinə görə, beynəlxalq hüquqa uyğun olaraq, Dağlıq Qarabağ Ermənistanın bir hissəsi deyil və KTMT qüvvələri yalnız Ermənistanın dünya birliyi tərəfindən tanınmış sərhədlərinə müdaxilə olarsa, yardım edəcək.
"Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsi zonasındakı situasiya KTMT-nin məsuliyyət zonasında təhlükəsizliyin təminatı üçün böyük əhəmiyyət kəsb edir. Residiv olarsa, aktiv və birbaşa hərbi qarşıdurma olarsa bu, bütün Qafqazı "partladacaq". Onda bu müünaqişəyə bir çox ölkələr cəlb olunacaq, Qafqazın bir çox xalqlarına təsir olacaq. Sülhü qorumaq çox önəmlidir. Əks təqdirdə Qafqazda çox böyük müharibə olacaq. Mənsə bunu istəməzdim", - N.Bordyuja vurğulayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər