ATƏT Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-04-2016, 22:05 | Şərh sayı: (0) | Baxılıb: 216
ATƏT Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilib
ATƏT Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Minsk qrupunun həmsədrləri adından çıxış edən amerikalı həmsədr Ceyms Uorlik və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ATƏT-ə üzv olan 57 dövləti Dağlıq Qarabağ münaqişəsində son baş verən hadisələrlə bağlı məlumatlandırıb.
APA-nın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, C.Uorlik və A.Kaspşik hərbi əməliyyatların dayandırılmasını alqışlayıb, tərəfləri atəşəkəsə hörmətlə yanaşmağa çağırıb.
Onlar vurğulayıblar ki, davamlı atəşkəs əsasında siyasi proesə qayıtmaq çox vacibdir.
ATƏT-ə üzv olan dövlətlər razılığa gəliblər ki, son eskalasiya çox narahatlıq doğurur və ATƏT-in münaqişənin sülh yolu ilə həllini asanlaşdırmaq üçün mərkəzi rol oynamağa davam etməsi vacibdir: "ATƏT-ə üzv olan bütün dövlətlər Minsk qrupunu və həmsədrlərin fəaliyyətini dəstəkləməlidir".
Qeyd olunub ki, həmsədrlər tezliklə A.Kaspişklə birlikdə regiona səfər edəcəklər.
Bununla yanaşı, A.Kaspşikin vəziyyət imkan verən kimi hərbi eskalasiya baş vermiş bölgələrə baş çəkəcəyi bildirilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər