"Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsində status-kvonu qətiyyətlə pisləməlidir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-04-2016, 20:49 | Şərh sayı: (0) | Baxılıb: 203
"Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsində status-kvonu qətiyyətlə pisləməlidir"
Avropa İttifaqının (Aİ) ötən gün verdiyi bəyanat son illər Dağlıq Qarabağ münaqişəsi üzrə ən mühüm bəyanatdır.
Bunu Trend-ə elektron poçt vasitəsilə siyasi analitik, Markett Universitetinin (ABŞ) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.
P.Teys bildirib: "ABŞ-ın Azərbaycanın işğal edilmiş ərazilərində status-kvonu pisləyən bəyanatla hələ də çıxış etməməsi təəccüb doğrurur".
Onun sözlərinə görə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını təcili azad etməlidir: "Beynəlxalq ictimaiyyət, Aİ və ATƏT, eləcə də ABŞ, Yaponiya, Pakistan, İndoneziya kimi dünyanın qabaqcıl dövlətlərinin Ermənistana Azərbaycan torpaqlarının işğalından imtina etmədiyi müddətcə sanksiya tətbiq etmələrinin vaxtı çatıb".
Xatırladaq ki, ötən gün Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar sessiyasında qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş status-kvo yalnız daha böyük güc tətbiqinə gətirib çıxara bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər