Ermənistan özü iç üzünü açır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-04-2016, 19:17 | Şərh sayı: (0) | Baxılıb: 249
Ermənistan özü iç üzünü açır
Ermənistan müdafiə məsələsində Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatı (KTMT) və digər strukturlara yox, yalnız özünə güvənməlidir.
Ixlas.Az azvision.az-a istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan deyib.
Onun sözlərinə görə, rəsmi İrəvan həmişə KTMT-a müraciət edə bilər, lakin belə yanaşmanın məqsədəuyğunluğu sual altındadır.
Nazir müavini vurğulayıb ki, Ermənistanın bu və ya digər təşkilata üzvlüyü birmənalı dəstək anlamına gəlmir: "Biz bu yaxınlarda baş verən Qarabağ hadisələrinə qədər dəfələrlə deyirdik ki, ilk öncə yalnız özümüzə güvənməliyik. Çünki artıq gözləntilər təhlükəli ola bilər. Digər tərəfdən isə xüsusilə tərəfdaşlar olmaqla, bütün ölkələrlə əlaqələrin vacibliyi nəzərə alınmalıdır".
Nazir müavini, həmçinin KTMT çərçivəsində əməkdaşlığın müxtəlif aspektlərinin hərbi-texniki və hərbi-iqtisadi cəhətdən sərfəli olduğunu da bildirib. "KTMT-nın baş katibi Nikolay Bordyuja Qarabağdakı vəziyyətə reaksiya verib".
Qeyd edək ki, cəbhədəki son döyüşlərdən sonra Ermənistan tərəfinin "biz yalnız özümüzə güvənməliyik" deyə bəyanat verməsi düşmən ölkənin dünya dövlətləri tərəfindən dəstəklənmədiyi ilə bağlı deyilənləri bir daha sübur edir. Xüsusən də Ermənistan Qarabağdakı son döyüşlərdə sərgilədiyi mövqeyə görə Rusiya rəhbərliyinə qarşı aqresiv münasibət nümayiş etdirir. Sözsüz ki, Ermənistan Azəbaycanla müharibə edə biləcəcək gücdə deyil. Bu baxımdan düşmən ölkə ona himayə edən dövlətlərin gücünə güvənir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər