Dağlıq Qarabağ erməniləri arasında “donuz qripi” yayılıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 16:37 | Şərh sayı: (0) | Baxılıb: 363
Dağlıq Qarabağ erməniləri arasında “donuz qripi” yayılıb
Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində “donuz qripi” yayılıb. Erməni KİV-lərinin yaydığı məlumata görə, mövsümi qriplə əlaqədar xəstəxanalardakı xəstələrdən nümunələr götürülərkən H1N1 virusuna (“donuz qripi”) yoluxma halları qeydə alınıb.
Dağlıq Qarabağdakı separatçı rejimin “səhiyyə naziri” Karina Balayan bildirib ki, iki gün əvvəl təhlükəli virus üç uşaqda aşkar edilib. Bundan sonra xəstələr “Arevik” tibb mərkəzinə köçürülüb və bütün yaşayış məntəqələlərində təhlükəli virusla əlaqədar tədbirlərə start verilib.
Qeyd edək ki, Ermənistanda 170 nəfərin “donuz qripi” adlandırılan H1N1 virusuna yoluxduğu təsdiqlənib. Onlarda 4-nün vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdiriliblər. Ermənistanın səhiyyə nazirinin müavini Vaan Poqosyan bildirib ki, 2015-ci ilin sonu və 2016-cı ilin əvvəlində H1N1 virusu ilə bağlı 6 ölüm faktı qeydə alınıb. Hazırda ölkədə bütün növ qrip və pnevmoniyadan 855 nəfər müalicə alır. Onlardan 101 nəfəri hamilə qadınlar, 672 nəfəri isə uşaqlardır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər