RSS
 

Login:
Şifrə:
» » Dağlıq Qarabağdakı döyüşlər barədə 7 GERÇƏK

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dağlıq Qarabağdakı döyüşlər barədə 7 GERÇƏK

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-04-2016, 15:31 | Şərh sayı: (0) | Baxılıb: 235

Dağlıq Qarabağdakı döyüşlər barədə 7 GERÇƏK


Dağlıq Qarabağdakı döyüşlər barədə 7 GERÇƏK Dövlətlər də insanlar kimi ən çətin məqamlarda gücünü, imkanını və ya imkansızlığını ortaya qoyur, nəyə qadir olduğunu göstərir.

Azərbaycanda son günlər yaşanan hadisələrlə bağlı ekspertlər, analitiklər, siyasətçilər, dövlət mənsubları ilə bahəm, hər bir vətəndaşımız fikrini açıqladı, mövqeyini söylədi. Telekanallar, saytlar, qəzetlər, radiostansiyalarda deyilənlərə sosial şəbəkələrdə paylaşılan fikirlər də qatıldı.
Və bir çox məqamlar bəlli oldu.
Həmin məqamlardan bəhs etmək istəyirəm. Yeridir və vaxtıdır çünki.



1. Bu hissi danmaq olmaz artıq

Son günlərdə yaşananları dəyərləndirəndə başlıca məqam Azərbaycan cəmiyyətində əminlik, qətiyyət və vətənpərvərliyin ən yüksək səviyyədə təzahür etməsidir. "Lazım gələrsə, döyüşə getməyə hazıram" sözləri artıq eşidilmir. O mənhus "Lazım" gəlmədi və heç gəlməsi də gərək olmadı, çünki indi sadəcə, bir cümlə eşidilir: "Əmr gözləyirik, döyüşə getmək, vuruşmaq istəyirik!"
Anasının təşvişlə "ay bala, hələ yaşın çatmır" söyləməsinə rəğmən küçələrə çıxıb bayrağımıza sarılan və "Döyüş! Bizi aparın!" hayqıran yeniyetməmiz, əlləri əssə də, nuru getmiş gözlərində iradə və sonsuz vətən sevgisi oxunan, "Yaşım çox olsa da, avtomat tuta bilərəm - ölsəm də, qoy səngərdə ölüm" deyən qocamız, əvvəlki illərdən fərqli olaraq "Müharibə qorxuludur" əvəzinə "Oğlum vətənə fəda, Vətən sağ olsun" söyləyən anamız, qardaşının hərbi qulluqda olması ilə fəxr edən, amma təşvişini gizlədə bilməyib "Qardaşım ordudadır" söyləyən, fəqət dübarə "Allah bütün əsgərlərimizi qorusun, onlar bizi, Allah onları qoruyur" söyləyən bacımız - onlar insanlarımızdır. O kəslər ki, əzmini, istəyini, cəsarətini göstərir, vətənin daşı üçün daşa dönməyib süstlük və ədalətsizlik daşlarını yerindən oynatmağa hazır olduqlarını nümayiş etdirirlər.
Siyasətçilərimiz, millət vəkillərimiz, dövlət ərkanının mənsubları da artıq dünya birliyinə, ədalətə, haqqa, qlobal siyasət düzəninin qaydalarına, böyük dövlətlərə xitab etmirlər. Onlar birbaşa insanlarımıza üz tutur və danışıqların alınmayacağı təqdirdə savaş olacağını deyirlər.



Baxın - əvvəlki illərdən fərqli olaraq "Savaş olacaq" kəlmələrindən sonra kimsə "Allah eləməsin, müharibə pisdir" söyləyib səksənmir - yox, insanımız "İnşallah!", "Tanrı türkü qorusun!", "Hazırıq, verin o əmri!" söyləyirlər.
Cəmiyyət itkiləri ilə barışmadığını illərdən bəri deyirdisə, indi o itki sindromundan qurtarıb düşməni ən ağır itkilərə ürcah etmək yanğısındadır.
Və xatırlayın - əvvəlki illərdə səngərdəki əsgərlər valideynləriniə ürək-dirək verməyə çalışırdılarsa, indi atalarını, analarını sakitləşdirmək istəyirlər, "Ana, buradayam" deyirlər və ana da o qəhrəman oğlu ilə, düşmənin qarşısına sinəsi ilə sipər çəkən yavrusu ilə fəxr edir.
Hamımız təki, çünki aprelin 1-dən 4-dək olan o üç gün, cəmi, vur-tut üç gün cəmiyyəti elə dəyişdi ki, özümüzə, ruhumuza, gerçəyimizə, mənəviyyatımızın məhvərinə, qanımızdakı tarix yaddaşına döndük.
Azərbaycan indi atılmağa hazır pələngi xatırladır və düşmən də bunu anlayır.
Vallah ki, anlayır və başa düşür ki, "atəşkəsin pozulması", "silahlı təxribat" vaxtları arxada qalıb, Azərbaycan əsgərinə atılan hər gülləyə Vətən fədailərimiz onlarla mərmi ilə cavab verir, ən zəif təxribatın əvəzi dişlərini qıcayanın başının əzilməsi ilə başa çatır.

2. Sırf texniki məqam - olduğu kimi

Azərbaycanın Müdafiə Nazirliyinin fəaliyyəti də gerçəkdən, təqdir olunasıdır.
Nazir Zakir Həsənov əsgərlərlə masa arxasına oturub çörək kəsir, "Ye, oğul, birlikdə vuruşacağıq" deyir və beləcə, bütün cəmiyyətə üz tutur ki, bilin, əsgərlərimin yanındayam. Döyüşlərdə erməniləri ən çox təşvişə salan məsələlərdən biri də hərbi əməliyyatların ən qızğın, atışmaların ən təhlükəli olduğu bölgədə nazirin olması idi.
Nazir səngərdəydi. Əsgərlərinin yanında, anaların ona etibar etdiyi övladlarla çiyin-çiyinə.
Ana da bildi ki, övladını düşünürlər, qoruyurlar, "ətdən divar" üçün istifadə etmirlər - Azərbaycan əsgəri ən yüksək səviyyədə texnika, silah, sursat, əsləhə və s. ilə təmin olunub, komandirlər əməliyyata başlamazdan əvvəl çox təfərrüatlı şəkildə planlar hazırlayır, kəşfiyyat aparırlar və yalnız bundan sonra düşmən vurulur. Özü də çox ağır, intensiv şəkildə vurulur.
Müdafiə Nazirliyinin mətbuat xidməti gün ərzində dəflərələ məlumatlar yayırdı, faktlarla danışırdı, düşmənin hədyanlarına və yalanlarını tutarlı dəlillərlə darmadağın edirdi.



Üstəlik, ermənilərə vurulan zərbələrin "dron"larla çəkilən videolarının yayılması da Müdafiə Nazirliyinin sözlərinin arxasında əməllərin durduğunu aşkar əyan edirdi.
Ermənistanın hakimiyyət dairələri, mediası, xüsusi xidmət orqanları informasiya müharibəsi aparmağa çalışsalar da, uduzdular.
Bu, faktdır və ermənilərin özləri də etiraf etməyə başlayıblar.

3. Mediativ müşayiət və ya ötən səhvlər təkrarlanmadı

Dağlıq Qarabağ münaqişəsi zonasından hərbi əməliyyatlar başlayan ilk saatlardan xarici ölkələrin kütləvi informasiya vasitələri ilə təmaslarda əvvəlki səhvlərə yol verilmədi. Dünyanın ən məşhur, nüfuzlu KİV-lərinin Azərğbaycana gəlmiş jurnalistləri, çəkiliş qrupları, reportyorları birbaşa cəbhə bölgəsinə aparıldı, onlar nələr baş verdiyini əyani şəkildə gördülər.
İllər əvvəl xarici mediada barəmizdəki yalanların, iftiraların sayı-hesabı yoxdusa, bu dəfə bir sıra aşkar ermənipərəst və ya ermənilərə mənsub KİV-lər istisna olmaqla, əksər agentliklər, telekanallar, saytlar və qəzetlər Azərbaycan ordusunun əməliyyatları barədə olduğu kimi yazdılar, ermənilərin zərbələrdən sonra qaçdıqlarını etiraf etdilər.
Bu dəfə reportajlar "Özümüz gördük, şahidiyik" ruhlu idi.
Yoxlanılmamış, heç bir istinadsız məlumatlar, sosial şəbəkələrdəki "divan ekspertləri"nin və "qonşu arvadın söylədiyi etibarlı informasiyaya görə" tipli abdal statuslar, virtual olaraq az qala Yerevanadək gedib çıxanlar, erməni işğalındakı ərazilərimizin "yarısının azad olunması" barədə "dəqiq xəbər"lər yenə də az olmadı.
Fəqət, bu dəfə ölkənin ciddi mass-mediası aldanmadı, şayiələri yaymadı. Təbii, yanlışlıqlar oldu, amma onlar çox tez şəkildə aradan qaldırıldı.



Üçüncü və ya otuz üçüncü dərəcəli mənasız saytlar, peşəkarlığın nə olduğunu bilməyənlərin rəhbərlik etdiyi resursları nəzərə almıram: bu əqli durğunlar nə xəbərdarlıqları anlayırlar, nə praqmatizmin nə olduğunu dərk edirlər. Onlar həmişəki kimi, şayiələri "etibarlı mənbədən alınan xəbər"lər kimi yaydılar və beləcə, Ermənistanın istəklərini anlaqsız, şüursuz şəkildə yerinə yetirmiş oldular.
Belə saytlar, başabəla "jurnalist"lərin fəaliyyəti heç olmasa, indi nizamlanmalıdır ki, yalanları həqiqət kimi qələmə verməsinlər və düşmənin məqsədlərinə çatmasında korafəhim alətə çevrilməsinlər.

4. Onlar da etiraf etdilər, gördülər və danışdılar

Dağlıq Qarabağ münaqişəsi və işğal edilmiş ərazilərimizlə bağlı dünya birliyinin diqqətini Azərbaycana yönəltməyi, böyük dövlətləri Bakı ilə hesablaşmağa, ən böyük və nüfuzlu media quruluşlarının əsas xəbərlərində döyüş bölgəsindən məlumatların yer almasına nail olduq.
Al Jazeera-dan tutmuş, İndoneziyanın AsiaOne-ına qədər; İspaniyanın El Pais-indən başlamış Avstraliyanın The Herald Sun-adək ən müxtəlif kütləvi informasiya vasitələrinin gündəmi məhz Qarabağ oldu.
Son illərdə ilk dəfə olaraq dövlət və hökumət başçıları, tanınmış siyasətçilər və beynəlxalq təşkilatların rəhbərləri, ekspertlər və şərhçilər Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdilər, həmin ərazilərin erməni işğalından qeyd-şərtsiz azad olunmasının gərəkdiyini dedilər.
ATƏT-in Minsk Qrupu, illərdən bəri letargiya yuxusunda olan, somnambuladakı orqanizm kimi davranan, regiona "başmaq seyrləri" ilə kifayətlənən bu qurumun həmsədrləri də qəflət yuxusundan ayıldılar və "Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan torpaqlarının erməni işğalında olan hissəsinin azad olunmasından keçir" dedilər.



Türkiyə və Pakistan təki əzəli müttəfiqimiz, bizə qardaş ölkələrdən tam dəstək almağımızla yanaşı, Belarus, Ukrayna, Gürcüstan, İrlandiya, İspaniya, İtaliya, Səudiyyə Ərəbistanı və daha 74 ölkə "Azərbaycanı dəstəkləyirik" dedilər.
Rusiya əvvəlki illərdən fərqli olaraq mediasını bütünlüklə erməni seyrangahına çevirmədi, Ermənistanın yalanlarını həqiqət kimi təqdim etmədi, Dağlıq Qarabağdakı separatçıları "müdafiə olunan tərəf" kimi göstərmədi. Əksər hallarda belə oldu - "Birinci Kanal" və ya LifeNews-dakı yalanları istisna etməklə.
LifeNews demişkən: erməni Aram Aşotoviç Qabrielyana məxsus bu telekanalın Azərbaycana yolladığı, ağı qara, qaranı da ağ kimi qələmə verən çəkiliş qrupu ölkədən qovulandan sonra ermənilər və onların havadarları bu olaydan ölkəmizin əleyhinə istifadə etməyə çalışmaq istəsələr də, alınmadı.
Əvvəlcə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu insidentdə Azərbaycanın "adekvat davrandığını" söylədi, daha sonra Rusiya XİN-in sözçüsü Mariya Zaxarova azərbaycanlı həmkarlarının qərarını "anlayışla qarşıladığı"nı vurğuladı.
Bundan başqa, ilk dəfə Rusiyanın sosial şəbəkələrinin istifadəçilərinin tam əksəriyyəti LifeNews-un çəkiliş qrupunun Azərbaycana, gerçəkdən də, yalan və dezinforamasiya yaymaq üçün yollandığına şübhə etmədiklərini dedilər.
Dünya birliyi və xüsusilə də Rusiya, ABŞ, Fransa anladılar ki, Azərbaycan xalqı rəhbərliklə tam həmrəydir, Dağlıq Qarabağ və işğal edilmiş ərazilərimizin erməni işğalında olması ilə əsla barışmaycaq, danışıqların "axsaması" təqdirində antiterror əməliyyatına başlayaraq Ermənistanın hərbi birləşmələrini ölkədən vurub çıxaracaq.
Azərbaycanın bu əzmini bariz şəkildə görən dövlətlər artıq fəallaşıblar və bu aktivlik birmənalı olaraq xeyrimizədir, maraqlarımıza xidmət edir.

5. Ermənistan hələ belə pərişan olmamışdı

Ermənistan son üç gündəki olaylarda birmənalı şəkildə məğlub vəziyyətdədir. Əvvəla, rəsmi Yerevan illərdi ki, Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərimizdə hərbçilərinin olmadığını vurğulayırdı.
Fəqət, aprelin 2-də döyüşlər başlayan kimi Ermənistanın Müdafiə Nazirliyi itkilər barədə məlumatlar yaymağa başladı, sonra Ermənistanın ən müxtəlif yerlərindən "könüllülər" adı ilə məcburi, zorla yığılmış erməniləri Qarabağa yollamağa başladı.
Döyüşlərin ikinci günündə Ermənistan prezidenti Serj Sarkisyan təlaşını və qorxusunu gizlədə bilməyərək ölkəsinin Təhlükəsizlik Şurasının iclasında rəsmi Yerevanın illərdən bəri çəkindiyi, söyləmək istəmədiyi sözləri dilə gətirdi və döyüşlərin dayanmayacağı təqdirdə Dağlıq Qarabağdakı terrorçu rejimin "dövlət müstəqilliyi"nin Yerevan tərəfindən rəsmən tanınacağını dedi.



Yerevanda hakimiyyətlər illərdən bəri dəyişirdi, amma indiyədək Ermənistanın heç bir prezidenti belə absurd, ölkəsi üçün çox təhlükəli bəyanatla çıxış etməyi ağlına da gətirmirdi.
İntellektual qabiliyyəti ermənilərin lağ obyektinə çevrilmiş Sarkisyan bunu etdi və Minsk Qrupunda həmsədr ölkələrlə yanaşı, BMT belə, Ermənistanın çox təhlükəli, işğalçı, qeyri-adekvat siyasət yürütdüyünü etiraf etdi.

6. Erməni itkilərinin siyahısına baxaq

Dağlıq Qarabağda hərbi əməliyyatların getdiyi günlərdə Ermənistanın itkilərlə bağlı verdiyi açıqlamalara diqqətlə fikir verin. Yerevan itkilərin real sayını gizlədir, sadəcə, 57 hərbçisinin həlak olduğunu deyir.
Həmin hərbçilər arasında bir nəfər də olsun, qarabağlı erməni yoxdur. Üstəlik, Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında döyüşlərdə həlak olmuş hərbçilərin tam əksəriyyətinin zabitlər olduğu vurğulanır. Özü də həmin zabitlər Ermənistandakı hərbi hissələrin az qala hamısını əhatə edir.
Dağlıq Qarabağdakı terrorçuların "rəsmi açıqlamaları"na görə, döyüşlərdə 101 nəfər itiriblər, 29 nəfər itkin düşüb. İtkin düşənlərin də həlak olduğuna şübhə olunmur. Beləcə, yalnız "rəsmi statistika"ya görə, ermənilər 3 gün davam etmiş döyüşlərdə 187 nəfər (57+101+29) itiriblər. Yaralılara gəldikdə isə, Ermənistanın Müdafiə Nazirliyi və Xankəndidəki separatçı rejimin "rəsmi" bəyanatlarında onların sayının 387 nəfər (132+255) olduğu "etiraf" edilir.
İtkilərin gerçək sayı dəfələrlə artıqdır və Ermənistan mediasında bu, fasiləsiz vurğulanır.

7. Atəşkəsə niyə razılaşdıq, hücumları davam etdirmədik?

Azərbaycan hərbi əməliyyatları bundan sonra da intensiv şəkildə davam etdirsəydi, beynəlxalq ictimai rəydə əleyhimizə qarşı dəyişikliklər başlanacaqdı, ölkəmiz beynəlxalq təşkilatların, böyük dövlətlərin qınaq hədəfinə çevriləcəkdi. Bu isə Azərbaycanın atəşkəsə vadar edilməsi mexanizmlərinin işə salınması, sanksiyalara əl atılması ilə sonuclana bilərdi.
Və sonucda beynəlxalq arenadakı mövqelərimiz hədsiz zəifləyəcək, Ermənistan isə tam əksinə, "zərərçəkən və müdafiə olunan tərəf" statusu qazanacaqdı.



Biz müharibə tərəfdarı deyilik - torpaqlarımızı işğal edən düşmənin hücumlarının qarşısını almışıq.
Məhz bu səbəbdən də atəşkəs vaxtında qəbul edilmiş qərardı və cəmiyyətdəki militar çağırışlar, "Haydı, döyüşə!" tipli bəyanatların intensivliyinin azalmasına ehtiyac var.
İndi Ermənistanın işğalçı siyasətinə qarşı savaşın yeni mərhələsi, düşmənin informasiya və siyasi müharibəsinin dəf olunub əks-hücuma keçilməsi üçün dönəm başlanır.
İşğaldakı torpaqlarımızın son qarışını azad edənədək hər birimiz savaşda olmalıyıq.
Siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, idmanda, incəsənətdə, səhiyyədə - hər sahə indi ölkənin güclənməsinə xidmət etməlidir.
Belədə, qələbəyə daha tez çatacağıq.

Elçin Alıoğlu



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor