İki erməni əsgər döyüşdən qorxub İNTİHAR ETDİ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-04-2016, 15:01 | Şərh sayı: (0) | Baxılıb: 852
İki erməni əsgər döyüşdən qorxub İNTİHAR ETDİ

Bunu Ermənistanın Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərindəki erməni hərbçilərinin ümumi əhval-ruhiyyəsi də göstərir.
Ermənistandan olan sosial şəbəkə istifadəçilərinin yazdıqlarına görə, bu gün səhər saatlarında Dağlıq Qarabağın Hadrut rayonunda iki erməni əsgər intihar edib. Onlar Hadrutdan cənubdakı Vəng kəndində, "Spitak Xaç" monastırının yaxınlığında özlərini vurublar. Erməni əsgərlər avtomatın lüləsini ağızlarına dayayaraq tətiyə bağladıqları kəndiri çəkiblər və atəş açıblar.
Həmin əsgərlərin Tuğ kəndindən, Ermənistan Silahlı Qüvvələrinin 2087 saylı hərbi hissəsindən qaçdıqları deyilir.
Ermənistanın Dağlıq Qarabağda yerləşdirilmiş 2-ci kəşfiyyat-diversiya alayı, 7-ci ordu korpusunun Karmakar alayı və 5070-ci hərbi hissənin əsgərləri arasında fərarilik hallarının artdığı deyilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər