RSS
 

Login:
Şifrə:
» » Rusiya forpost Ermənistanın arxasından çəkilir?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Rusiya forpost Ermənistanın arxasından çəkilir?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 19:19 | Şərh sayı: (0) | Baxılıb: 185

Rusiya forpost Ermənistanın arxasından çəkilir?


Rusiya forpost Ermənistanın arxasından çəkilir?Ağır iqtisadi duruma görə Kreml müttəfiqinə vəd etdiyi güzəştli kreditləri verməyə bilər; onların arasında silah-sursat almaq üçün ayrılan 200 milyon dollarlıq vəsait də var; işğalçı ölkə isə ərazilərimizin süni məskunlaşmasını davam etdirir...
İşğalçı Ermənistan gözlənildiyi kimi, əsas siyasi-hərbi dayağı və iqtisadi sponsoru Rusiyada yaşanan ağır sosial-iqtisadi problemlərin altını ən ciddi şəkildə çəkməyə başlayıb. Düşmən ölkədən gələn son xəbərlər buna şübhə yeri saxlamır.

Söhbət təkcə Rusiyadan Ermənistana pul transfertlərin həcminin yarıbayarı azalmasından və erməni əmək miqrantlarının durumunun pisləşməsindən getmir. Məsələ ondadır ki, Rusiya günbəgün ağırlaşan iqtisadi vəziyyət üzündən Ermənistan qarşısında öz kredit öhdəliklərini də yerinə yetirmək problemi ilə üzləşib. Musavat.com-un məlumatına görə, bu barədə erməni iqtisadçı-eksperti Aşot Yegizaryan bildirib. Onun sözlərinə görə, problem o dərəcədə dərinə işləyib ki, ölkə vəd elədiyi kreditləri verə bilməyəcək.

Bundan öncə Ermənistanın maliyyə nazirinin müavini Pavel Safaryan Rusiyada indiki tendensiyasının qalacağı təqdirdə kredit öhdəliklərinin yerinə yetirilməsi üçün risklərin yaranacağını istisna etməmişdi.

Erməni ekspertə görə, Moskvanın günün birinə kredit vermək qabiliyyətində olmayacağı ehtimalı həmişə olub. “Bundan əlavə, Rusiya rəsmən bəyan edib ki, mövcud sosial-iqtisadi situasiyanı nəzərə alaraq, öz üzərinə yeni kredit öhdəlikləri götürməyəcək, əvvəlki razılaşmalara isə əməl eləmək niyyətindədir. Ermənistanın kreditləri hansına aid ediləcək - bilinmir”, - deyə o qeyd edib.

Lakin o, Kremlin əvvəlki anlaşmalara da riayət edəcəyinə şübhə ilə yanaşır. “Doğrudur, bu, ölkənin imic məsələsidir, ancaq situasiya elədir ki, Rusiya öhdəlikləri yerinə yetirə bilməyəcək. Odur ki, elə bir əsas yoxdur iddia edək ki, Rusiya Ermənistana maliyyə yardımı edəcək. Əgər bir il öncə kimsə buna inanırdısa, indi belələri qalmayıb” - əlavə edib erməni ekspert.

***

Xatırladaq ki, Rusiyanın Ermənistana boyun olduğu son kreditlər arasında müasir silah-sursat almaq üçün nəzərdə tutulan 200 milyon dollarlıq kredit də var. Erməni tərəfi çox ümid edirdi ki, bu kredit hesabına elə Rusiyanın özündən ucuz qiymətə alacağı silah və hərbi texnika hesabına Azərbaycanla hərbi balansı qismən öz xeyrinə dəyişə biləcək.

Göründüyü kimi, öz hayında olan Rusiya indi heç kredit vermək qabiliyyətində də deyil. Çünki öz büdcəsi ciddi çətinliklərlə üzləşib və bu çətinlikləri dünya qiymətinə silah satışı sayəsində də aradan qaldırmaq mümkün deyil, o ki ola, güzəştli qiymətlərlə satılacaq, həm də özünün ayıracağı kreditlər hesabına satılacaq silahlar hesabına.

Lakin bu, əsla o anlama gəlmir ki, Rusiya forpost Ermənistanın arxasından çəkilir, yaxud ondan imtina edir. Sözsüz ki, yox. Ermənistan şimal qonşumuzun regionda əsas hərbi qalasıdır və Moskva sonadək ondan imtina etməyəcək. Sadəcə olaraq, Rusiyanın beynəlxalq sanksiyalar üzündən (yeri gəlmişkən, Ermənistan kimi işğalçılıq siyasətinə görə) üzləşdiyi iqtisadi-maliyyə çətinlikləri düşmən və işğalçı ölkə də bölüşmək zorundadır.

Çünki könüllü şəkildə özünün siyasi, iqtisadi taleyini ona bağlayıb, öz təhlükəsizliyini, o sırada sərhədlərinin mühafizəsini ona həvalə edib. Bu da o anlama gəlir ki, ermənilər ruslarla diktə-tələb yox, yalnız xahiş dilində danışa bilərlər və Kremlin istənilən kaprizinə, yalan vədlərinə və bütün bunlardan qaynaqlanan iqtisadi məhdudiyyətlərə dözüm göstərməlidirlər.

***
Ancaq nə qədər qəribə də olsa, ağır iqtisadi problemlər fonunda ermənilərin işğal altındakı Azərbaycan ərazilərini süni şəkildə məskunlaşdırmağa davam etdiyi haqda xəbərlər yayılıb. Bu dəfə Laçın rayonunda yeni kənd salması haqda məlumat mətbuatda yer alıb. Məlumatlara görə, “Ariavan” adlanacaq yeni kəndin tikintisi sürətlə davam edir.



Modern.az xəbər verir ki, Laçının müharibə zamanı dağıntılara məruz qalmış Zabux kəndinin yerində salınan yeni kənd ermənicə Ariavan adlanacaq və 50 evdən ibarət olacaq. Hazırda evlərdən 26-sı istifadəyə verilsə də, 24-nün tikintisi ilin sonuna qədər başa çatdırılacaq. Paralel surətdə kəndə yeni yollar salınır və kanalizasiya, su xətləri çəkilir.

Ariavan kəndinin yaradılması fikri Livan ermənilərinə məxsusdur. Məhz onların yaratdığı “Ari” fondu Zabux kəndinin xarabalıqları üzərində salınan kəndin maliyyə xərclərini öz üzərinə götürüb.Gələcəkdə evlərin sayı 150-ə çatdırılacaq və onlardan biri hissə Qarabağa köçən ermənilərə, qalanı isə satışa çıxarılacaq.Qeyd edək ki, Zabux kəndi Ermənistanın Gorus rayonu ilə həmsərhəd ərazisində yerləşir.

***
Bu fakt bir daha işğal edilmiş Azərbaycan ərazilərində etnik təmizləmə aparmış işğalçı Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymadan ərazilərimizi süni şəkildə məskunlaşdırmaq siyasətini davam etdirdiyini sübut edir. Rəsmi Bakı yəqin ki, bu faktla əlaqədar öz mövqeyini bildirəcək.

Təbii ki, Minsk Qrupu həmsədrlərinin də məsələyə reaksiyasına ehtiyac var. Əfsus ki, vasitəçilər indiyədək işğalçı tərəfin bu kimi hərəkətlərinə adekvat münasibət bildirməyiblər. Halbuki, İrəvanın süni məskunlaşma siyasəti sülh danışıqları prosesinə ən ciddi əngəllərdən biridir.

Bu, o deməkdir ki, İrəvan heç nəyə məhəl qoymadan işğalçılıq siyasətini davam etdirir. Belədə, onunla Azərbaycan tərəfinin sülh danışıqları aparmasının, o cümlədən vasitəçilərin çox səy elədikləri prezidentlərin görüşünün anlamı qalmır.

Onu da qeyd edək ki, Ermənistanın Dağlıq Qarabağda Suriyadan qaçan erməni ailələrini yerləşdirməsi barədə də indiyədək dəfələrlə məlumatlar yayılıb. Bu və digər faktlar həmçinin, Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçiləri tərəfindən etiraf edilib. Di gəl ki, həmsədrlər hətta ermənilərin özlərinin boyunlarına aldıqları faktları belə həmişə görməzlikdən gəliblər.
Odur ki, rəsmi Bakının Ermənistanın işğalçılıq siyasətini ifşa eləməkdən ötrü Beynəlxalq Məhkəməyə, BMT və ATƏT-ə müraciət eləməkdən başqa yolu qalmır. Minsk Qrupunun özünün də səlahiyyətli və effektli bir qurum olmamasını gündəliyə gətirməyin zamanı çatıb.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor