Erməniləri dəhşətə salan İTKİLƏR |
Müəllif: Admin | Bölmə: --- | Vaxt: 3-04-2016, 20:21 | Şərh sayı: (3) | Baxılıb: 1582
Erməniləri dəhşətə salan İTKİLƏR
Aprelin 2-nə keçən gecə cəbhə xəttində baş verən qanlı döyüşlərdə ermənilərin onlarla ölən hərbçisi ilə yanaşı, yüzlərlə yaralısı var. Anspress yazır ki, ötən gündən etibarən Ermənistan KİV-də yerləşdirilən məqalələrin başlıqları yalnız bir istiqamətdə qoyulur: "Yaralılar niyə Qarabağdan İrəvana gətirilir?" və ya "Ermənistanın Müdafiə Nazirliyi itkilərlə bağlı niyə susur?" və s.
"Yaralıların sayı o qədərdir ki, onları daşımaq üçün helikopterlər çatmır", - erməni mətbuatı da açıq şəkildə etiraf edir ki, Qarabağdakı son döyüşlərdə Ermənistan tərəfi o qədər itki verib ki, yaralıların yerləşdirilməsi üçün Qarabağdakı hospitallarda yer qalmayıb və onlar helikopterlərlə, avtomobillərlə İrəvana göndərilir.
"Armenianreport" yazır ki, Azərbaycan Müdafiə Nazirliyi şəhidlərinin sayını açıqlasa da Ermənistan Müdafiə Nazirliyi real itkiləri gizlədir və susur.
"Erməni jurnalistlər məlumatları mülki vətəndaşlardan, tibb mərkəzlərindən, ölən əsgərlərin gətirildiyi kilsələrdən və ya təsadüfi şahidlərdən alırlar. Şahidlər isə dəhşətli faktlar deyirlər. Bildirirlər ki, yaralıların sayı o qədərdir ki, onları daşımaq üçün helikopterlər çatmır, avtomobillərlə daşıyırlar. Ona görə də onlar yolda ölürlər. Həkimlər çatışmır, dərmanlar yoxdur", - erməni saytı yazır.
"Armenianreport" saytında dərc edilən məqalə"Armenianreport" saytında dərc edilən məqalə
Ümumiyyətlə, erməni mətbuatı döyüşlər başlayan gündən etibarən Ermənistan Müdafiə Nazirliyini itkiləri gizlətməkdə, yalan məlumatlar yaymaqda günahlandırır. Təsadüfi deyil ki, bu gün Ermənistanda əsgər anaları növbəti etiraz aksiyası keçiriblər.
Ermənistan prezidenti Serj Sarkisyan döyüşlər zamanı 18 hərbçinin öldüyünü, 35 hərbçinin yaralandığını bildirsə də əsgər anaları buna inanmırlar.
Azərbaycan MN məlumat verir ki, döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Bundan başqa, qeyd olunur ki, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər