TANAP-ın Türkiyə hissəsində tikinti dayandırılıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 15:24 | Şərh sayı: (0) | Baxılıb: 246
TANAP-ın Türkiyə hissəsində tikinti dayandırılıb
TANAP-ın Türkiyə hissəsində tikinti işləri dayandırılıb.
“APA-Economics”in “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycanın Xəzər dənizindəki təbii qazı öncə Türkiyəyə, daha sonra Avropaya nəql edəcək 850 km. uzunluğundakı "Trans Anadolu" Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) çərçivəsində işlərin həyata keçirildiyi 20 şəhərdən biri olan Ankara bölgəsində qəribə hadisə baş verib.
Belə ki, Gölbaşı rayonunun Dikilitaş məhəlləsində boruların yerləşdiriləcəyi tunel buldozerlə qazılarkən Roma İmperiyası dövrünə aid yeraltı otaqlar aşkar olunub.
Üzərində xaç simvolları olan 4 otağın aşkar olunmasından sonra bölgədə boru döşəmə işləri dayandırılıb.
VII əsrə aid olduğu ehtimal edilən otaqlarda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri araşdırmalar aparırlar. Mütəxəssislər otaqların həmin dövrə aid məzar olduğunu düşünürlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər