Türkiyə daha çox qaz alacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-12-2015, 01:04 | Şərh sayı: (0) | Baxılıb: 246
Türkiyə daha çox qaz alacaq
Türkiyə Azərbaycandan, Qətərdən, Əlcəzairdən və Nigeriyadan ixrac edilən təbii qazın həcmi artrmaq niyyətindədir.
Ixlas.Az anspress-ə istinadən bildirir ki, Azərbaycandan ixrac edilən neftin və təbii qazın həcmini artırmaq üçün danışıqlar aparan Türkiyə eyni zamanda Qətər, Əlcəzair və Nigeriya ilə maye qazın ixracını artırmağı planlaşdırır. Hələlik bu ölkələrdən daşınacaq sıxılmış qazın dəqiq həcmi müəyyən edilməyib.
Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərlə danışıqlardan uğurlu nəticələr əldə edib. Belə ki, sıxılmış qazın qısa müddətdə ixracının baş tutacağı gözlənilir.
Mətninin hazırlanmasına dekabrın ortalarında başlanılan uzunmüddətli memamrandum Türkiyə şirkəti "BOTAŞ"la və Qətər milli neft şirkəti arasında imzalanıb.
Qətərin Türkiyədəki səfiri Səlim Mübarək Əli-Şəfi yaxın günlərdə Türkiyənin Qətər qazı ilə tam təmin olunması üçün bütün işlər görüləcəyini bildirdi. O həmçinin vurğulayıb: "Biz Türkiyəyə nə qədər sıxılmış qaz istəyirsə çatdırmağa hazırıq".
Dekabrın ortalarında bütün bu ölkələr nəzərdə tutulan həcmdə sıxılmış qazın Türkiyəyə ötürülməsi üçün razılığa gəlib. Süveyş kanalı ilə ötürülən Qətər qazının yeni terminallarının Egey və Aralıq dənizi sahillərində yaradılması planlaşdırılır.
"Boru kəmərləri vasitəsi ilə ötürülən xammalın həcmi Türkiyə terminallarının imkanlarından aslıdır". Bunu geologiya və minerologiya elimləri namizədi Arif Şahrunov bildirib. O həmçinin əlavə edib ki, hər il Əlcazairdən, Qətərdən ixrac edilən 4.4 mlrd. Və 1.2 mlrd. Kubmetr maye təbii qazın həcmi yaxın illərdə aratacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər