RSS
 

Login:
Şifrə:
» » Akademikdən qalan izlər və sözlər

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Akademikdən qalan izlər və sözlər

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 10:39 | Şərh sayı: (0) | Baxılıb: 230

Akademikdən qalan izlər və sözlər


Akademikdən qalan izlər və sözlərHəyat budur: son ucu ölümlüdür. İstərsən dağda çoban ol, ömrünü dünyadan xəbərsiz keçir, istərsən akademik ol, şöhrət, sərvət qazan, lap kosmonavt ol, göyə çıx, xeyri yoxdur, o son qaçılmazdır.

Dünyanın ən varlı adamı Bill Qeyts deyilmi? Gün gələcək, onun milyonlarla insanın həyatını xilas etmiş milyardları cənab Qeytsin öz həyatını xilas etməyə yetməyəcək və ona da nekroloq yazılacaq. Uorren Baffet də, Karlos Slim də eləcə. Rokfellerdən artıq olmayacaqlar ki.

Yer üzünün ən tərs, ən qüdrətli, ən odioz adamı Putindir, onun da son günü uzaqda deyil. Stalinə qalmayan dünya Putinə də qalmayacaq. Obama da gedəcək, Ərdoğan da, Merkel də.

Hər dəfə çox şöhrətli, çox hay-küylü biri vəfat edəndə istər-istəməz bu həqiqəti xatırlayırsan. Həmin şəxs dünyadan cavan gedəndə heyifsilənənlər çox olur, amma vəfat edənin yaşı 80-90 olanda ataların məsəli yada düşür: “Səksən, doxsan, bir gün yoxsan”.

Yeri düşəndə hər kəs, o cümlədən ən əqidəli ateistlər də vəfat etmiş adam haqqında “Allah o dünyasını versin” deyirlər, amma bu ritorik ifadədir, əsas insanın bu dünyada yaşaması, müəyyən izlər, xoş xatirələr qoyub getməsidir.

Akademik Cəlal Əliyev bu dünyada izlər və sözlər qoyub getdi. Hələ uzun illər onun işlətdiyi ifadələr dildə-ağızda gəzəcək. Necə ki, son illərdə mərhum akademikin heç bir ictimai-siyasi fəaliyyəti yox idi, amma onu hər gün xatırlayırdılar – mediada, siyasi kuluarlarda, sosial şəbəkələrdə.

Nə yazıq ki, akademiki daha çox bir telekanal və onun aparıcı siması haqqında dilə gətirdiyi kəskin sözlərə görə yada salır və kütləvi şəkildə ona haqq qazandırırdılar. Bu da həmin şəxsin tutduğu və ictimaiyyət tərəfindən qəbuledilməz sayılan mövqeyinə görə olurdu və olur. Əslində isə o ifadələr yada salınmağa layiq deyil.

Ancaq bir vaxtlar Cəlal Əliyev siyasət olimpinin zirvəsində olarkən daha qüdrətliydi. Həm eks-prezident Heydər Əliyevin əziz qardaşı olaraq, həm hakim YAP-ın rəhbərlərindən biri kimi, həm də Milli Məclisin üzvü qismində, dövlətin idarə olunmasında mühüm söz sahibiydi.

Ölkədə hər kəs bilir ki, 1993-2005-ci illər arasında Cəlal Əliyev ölkədə 3-4 mühüm adamdan biriydi, ən yüksək dövlət postlarına kadrların yerləşdirilməsi məsələsində mühüm rolu vardı, özünü yaxşı aparmayan nazirlərin, İH başçılarının işdən götürülməsi məsələsini həll edə bilirdi.

Onun iqtidar komandasında nə qədər ötkəm olmasını göstərmək üçün bir faktı da xatırlamaq gərəkdir. 2001-ci ilin son ayında mərhum Heydər Əliyev jurnalistlərlə görüşərkən “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun “sizin qardaşınız məni efirdən söyür”, replikasına cavab olaraq demişdi ki, “Cəlal Əliyev elə bir adamdır ki, məni də söyə bilər”...

Bundan başqa, iqtidar düşərgəsində ölkənin siyasi müxalifəti ilə ən barışmaz mövqedə duran adam da Cəlal Əliyev idi. Onun müxalifətçiləri, xüsusilə də müxalifət partiyalarının liderlərini görən gözü yox idi. Bu nifrət haradan qaynaqlanırdı, bilinmirdi,amma mərhum akademik Milli Məclisin iclaslarında öz kəskin mövqeyini tez-tez ortaya qoyurdu.

Cəlal müəllimin mətbuatla da ciddi problemləri vardı. O, hakimiyyətin və özünün ünvanına səslənən, yazılan hər bir tənqidi fikri çox ağrılı qarşılayırdı və yaranmış münaqişəni həll etmək üçün daha çox qanunların gücündən istifadə edir, qəzetləri məhkəməyə verib cərimələtdirirdi.

Bütün bunlar artıq keçmişdə qalıb. Bir çox başqaları kimi, Cəlal Əliyevin də ömrü başa çatdı, dövranı keçdi, həyat mübarizəsi tarixə qovuşdu. Yuxarıda dediyimiz kimi, bu qaçılmaz son hamıya nəsib olacaq.

Ancaq oturub düşünəndə görürsən ki, qazanmaq istədiyin şöhrət də, hakimiyyət də, var-dövlət də çox mənasızdır. Hamısı müvəqqətdir, sonda insana gerçəkdən də heç nə qalmır.

Bizim ölkədə insanlar hətta çox ahıl yaşlarında bir ehtirasa qapılır, 150-300 il ömür sürəcəklərmiş kimi mübarizəyə qoşulur, asudə həyat dan imtina edir, vuruşur, çarpışır, nələrsə əldə edirlər, amma əldə etdiklərinin zövq-səfasını doğru-dürüst yaşamadan dünyadan köçüb gedirlər.

Biz bu ölkədə yaşamırıq, yaşayış uğrunda mübarizə aparırıq. Akademikimiz də, çobanımız da, fəhləmiz də, məmurumuz da. Hamımız.


musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor