NATO-nun baş katibi Rusiyanı alyansa üzv olan ölkələrin hava məkanına hörmət etməyə çağırıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 31-01-2016, 09:51 | Şərh sayı: (0) | Baxılıb: 320
NATO-nun baş katibi Rusiyanı alyansa üzv olan ölkələrin hava məkanına hörmət etməyə çağırıb

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Stoltenberq Rusiyaya məxsus “SU-34” təyyarəsinin Türkiyənin hava məkanını pozmasına münasibət bildirərkən bildirib.
“Mən Rusiyanı addımlarını məsuliyyətlə atmağa və NATO-nun hava məkanına hörmət etməyə çağırıram. Rusiya bu cür halların gələcəkdə təkrarlanması üçün bütün lazımi tədbirlər görməlidir”, - deyə NATO-nun baş katibi qeyd edib.
Qeyd edək ki, Türkiyə XİN-i Rusiyaya məxsus “SU-34” qırıcı təyyarəsinin Türkiyə hava məkanını pozduğunu bəyan edib. İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər