"Su-24"-ün "qara qutusunun" oxunulması ilə bağlı brifinq keçiriləcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 08:39 | Şərh sayı: (0) | Baxılıb: 293
"Su-24"-ün "qara qutusunun" oxunulması ilə bağlı brifinq keçiriləcək
Rusiyanın Müdafiə Nazirliyi Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindənn vurulan "SU-24" bombardmançı təyyarəsinin "qara qutusunun" oxunulması ilə bağlı brifinq keçirəcək. APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Dekabrın 18-də saat 10.00-da (Bakl vaxtı ilə 11.00-da) Dövlətlərarası Aviasiya Komitəsində Rusiya Müdafiə Nazirliyinin nümayəndələrinin noyabrın 24-də Suriyada Türkiyəyə məxsus qırıcı təyyarə tərəfindən vurulan Rusiyanın "Su-24M" təyyarəsinin "qara qutuları"nın oxunulması proseduruna başlanılması ilə əlaqədar brifinq keçirəcəklər", deyə məlumatda bildirib.
Türkiyə tərəfi Rusiya təyyarəsini ölkənin hava məkanını pozduğuna görə vurduğunu iddia edir. Rusiya tərəfi isə təyyarənin Türkiyə sərhədini pozmadığını və Suriya hava məkanında vurulduğunu iddia edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər